Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə44/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   40   41   42   43   44   45   46   47   ...   51

132

 Mətndə altından xətt çəkilmiş sözləri feilin formaları üz rə qruplaşdırıb 
dəftərinizə köçürün, hər birinin qarşısında hansı formada iş lən diyini və şəxsini 
qeyd edin. Hər formadakı feillərdən birini şəxslərə görə dəyişin. 

 Mətndə kursivlə verilmiş sözlərin qrammatik mənasını izah edin və 
onları məna növləri üzrə qruplaşdırıb yazın.  Bir neçəsini cümlələrdə işlədin.

  Mətndə  yaşıl  rəngdə  verilmiş  sözün  eyni,  yoxsa  fərqli  mənalarda 
işləndiyini müəyyənləşdirin və bu sözü başqa mənalarda da cümlələrdə işlədin.

 Mətnin hissələrini müəyyənləşdirin və  hər bir hissəni digəri ilə əlaqə-
ləndirən cümləni tapıb səsləndirin. 
§ 35. QƏLƏBƏNİN  SİRRİ
(rəvayət)
Doqquz* yaşlı uşağın ən böyük arzusu cüdoçu 
 . Lakin o, nəqliyyat* 
qəzasında sol qolunu itirmişdi. Bu hadisədən həm uşaq, həm də ata-anası çox 
məyus  olmuşdular.  Ancaq*  uşaq*  təsəlli  tapsın  deyə  onu  məşhur  cüdo 
ustalarından* birinin  
 qoydular.   
Usta uşağa bir hərəkət öyrətdi. Bu hərəkəti yalnız bir qolla etmək müm-
kün idi. Gecə-gündüz bu hərəkəti təkrar etdilər. Uşaq hərəkəti yaxşı bacarsa 
da, usta ona başqa hərəkət öyrətmək niyyətində* deyildi. 
     
Uşaq* artıq* yorulmuşdu, başqa hərəkət öyrənmək 
 . Usta isə: “Bu hə-
rə kəti tam öyrənməyənə qədər sənə  başqa hərəkət öyrətməyəcəyəm”, – deyirdi.
Bir  müddət*  sonra  uşaq  bu  hərəkəti  ildırım  sürəti  ilə  etməyə  başladı. 
Artıq yarışlarda iştirak etmək vaxtı idi. Qəribə idi. İlk dəfə yarışda təkqollu bir 
cüdoçu iştirak edəcəkdi. Həm də bir hərəkətlə.
Uşaq* etiraz etdi. Necə olsa, ümidini itirmək  istəmirdi. Ustanın isə fikri 
qəti idi. Hər dəfə: “Oğlum, sən öyrəndiyin hərəkəti et, qalanı ilə işin olmasın”, 
– deyirdi.
Nəhayət, yarış başladı. Birinci, ikinci, üçüncü... Uşaq rəqiblərini bir-bir 
keçirdi. Nəhayət, o, finala 
 . Bir hərəkətlə finala çıxdığına özü də inana 
bilmirdi. 
Finaldakı rəqibi çox güclü idi. Uşaq* iri cüssəli* rəqibini görəndə 
 . 
La kin usta arxayın idi və: “Qorxma, bu hərəkətdə səndən güclüsü yoxdur”,  
de  yib şagirdinə ürək-dirək verdi.
Uşaq* ildırım sürəti ilə rəqibini yerə sərdi və yarış boyu rəqibinə göz 
açmağa imkan vermədi. Bəli, uşaq bir qolla çempion* oldu. 
Yarışdan sonra uşaq* marağını gizləyə bilməyib ustadan soruşdu: “İnana 
bilmirəm... Mən necə çempion* oldum?”. Usta sakit bir ifadə ilə dedi: “Bu 
Çap üçün deyil


133
qələbənin  iki  sirri  var,  oğlum.  Birincisi,  cüdonun  ən  çətin  hərəkətlərindən 
birini çox yaxşı bacarırsan. İkincisi, bu hərəkətin yalnız bir müdafiəsi* var 
ki, o da hərəkəti edənin sol qolunu tutmaqdır”. 
SÞZLÖK
  ildırım sürəti – со скоростью молнии 
təsəlli – утешение
cüssəli – плотного телосложения   
təkqollu – с одной рукой

 Mətni oxuyun və əsas fikri müəyyənləşdirin. Nitqinizi uyğun səs tonu 
ilə tənzimləməklə  mətndən çıxardığınız nəticə barəsində danışın.
|
 Mətni oxuyarkən ağ boşluqları hansı sözlərlə əvəz etdiniz? “Kö mək-
çi”dəki  sözləri  nəzərdən  keçirin  və  seçiminizin  düzgün  olub-olmadığını 
müəyyənləşdirin.
Köməkçi: 
qalmaq idi, olmaq idi, oxumaq idi; məşqlərinə, yanına, məktəbinə; 
tələb edirdi, istəyirdi, lazım idi; çıxdı, gəlib çatdı; qaçdı, qorxdu, əsdi

 Qruplara bölünün və hərəniz mətnin məzmunu üzrə yeddi sual tərtib 
edib yazın. Sonra onları digər bir qrupla dəyişin və sualların dilin normaları 
baxımından düzgünlüyü ilə bağlı qiymətləndirmə aparın.

 Cümlələri mətnin məzmununa uyğun ardıcıllıqla sıralasanız, qarşınızda 
mətnin planını görəcəksiniz. Planda hansı dəyişikliyi etmək istərdiniz?
1) Qələbənin iki sirri var. 2) Usta uşağa bir hərəkət öyrətdi. 3) Uşaq qalib 
gələrək finala çıxdı. 4) Doqquz yaşlı uşağın ən böyük arzusu cüdoçu olmaq 
idi. 5) Yarışda ilk dəfə təkqollu cüdoçu iştirak edəcəkdi. 6) O, finala çıxdı və 
qalib gəldi.
|
 Yuxarıdakı cümlələr əsasında planı başqa formada yenidən  yazın.
Köməkçi:
 1) Doqquz yaşlı uşağın arzusu. ...

 Cümlələri mətnin məzmunu əsasında istədiyiniz şəkildə tamamlayın.
1)  Uşaq  ildırım  sürəti  ilə  rəqibini  ...  2)  Uşaq  iri  cüssəli  rəqibini  ...  
3) İnana bilmirəm... 4) Uşaq artıq yorulmuşdu, ... 5) Bu hərəkəti yalnız bir ...  
6) Uşaq hərəkəti yaxşı bacarsa da, ... 7) Bir hərəkətlə finala çıxdığına ...

Necə bilirsiniz, yazdığınız cümlələr mətndəki ardıcıllığa uyğundurmu? 
Fikrinizi konkret faktlar əsasında izah edin və müvafiq ardıcıllığı bərpa edərək 
cümlələri yenidən sıralayın.
|
 Cümlələri bir-biri ilə əlaqələndirərək mətnin məzmununu qısaca danışın.

  Aşağıdakı  aforizmləri  oxuyun  və  yadda  saxlayın.  Hansı  aforizmdə 
deyilən fikri bu hekayənin qəhrəmanına aid etmək olar?
Çap üçün deyil


134
HИKMЯT XЯZИNЯSИNDЯN
1) Tənbəllikavaralıq insan əxlaqını pozur. Abbasqulu ağa Bakıxanov
2) Ağıl olan yerdə zora ehtiyac yoxdur. Heydər Əliyev
3) Özünü ələ almağı bacaran insan hamıdan güclüdür. Lusiy Seneka
4) Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır. Fyodr Dostoyevski
5) Ağıl sonradan ah çəkmək üçün deyil; düşünüb tədbir görmək üçündür. Mövlana
|
 Qruplarla işləyin. Aforizmlərdə altından xətt çəkilmiş sözləri əvvəlcə 
hallandırın, sonra isə mənsubiyyətə görə dəyişib yazın.
|
 Aforizmlərdə  qara  şriftlə  verilmiş  sözlərlə  eyniköklü  feillər  düzəldib 
yazın və onları feilin müxtəlif formalarında cümlələrdə işlədin. 

 Verilmiş birləşmələri tərcümə edin və cümlələrdə işlədin.
девятилетний  мальчик,  знаменитый  мастер,  разные  движение,  
сильный соперник, тайна победы 

 Mətndə  göy  fonla  fərqləndirilmiş  abzaslarda  işlənmiş  feilləri  seçib 
yazın. Onların formasını, zamanını və şəxsini müəyyənləşdirin. Sonra həmin 
feilləri  lazım və vacib formalarında işlətməklə cümlələri yenidən qurub yazın 
və əvvəlki formalarla müqayisə edin.

 Mətndə qara şriftlə verilmiş sözlərin kontekstə uyğun qarşılığını tapıb 
səsləndirin. Bu sözləri müvafiq qrammatik mənalar üzrə qruplaşdırın və hər 
qrup üçün xarakterik xüsusiyyətləri sadalayın.  

 Mətndə altından xətt çəkilmiş sözlərə sual verməklə onların hansı nitq 
hissəsinə aid olduğunu müəyyənləşdirməyə çalışın və nəticəni yoldaşlarınızla 
bölüşün.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Sözlərin və ya cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsinə ədat 
deyilir. Məsələn, “Məndən soruşan var 
ki?
” cümləsində işlənən “
ki
” ədatı “var” 
sözünün,  “
Artıq
  yarışlarda  iştirak  etmək  vaxtı  idi”  cümləsindəki  “
artıq
”  sözü 
bütövlükdə cümlənin təsir gücünü artırır.

  Paralimpiya  oyunları   haqqında  nə  bilirsiniz?  Müəllimin  təqdim  et-
diyi mətni Azərbaycan dilinə tərcümə edin və BİBÖ cədvəlini doldurun. Sonra 
cümlələri bir-biri ilə əlaqələndirməklə mətnin məzmununu danışın. 
|
 Mətn üzrə suallar tərtib edib yoldaşlarınıza verin və cavablara münasibət 
bildirin.

 Aşağıda verilmiş sözləri quruluşuna görə qruplaşdırın və bir neçəsini 
cümlələrdə işlədin.
cüdoçu, nəqliyyat, təsəlli, gecə-gündüz, yorulmaq, ildırım, yarış, təkqollu, 
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə