Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə40/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   36   37   38   39   40   41   42   43   ...   51

120

 Mətndəki faktlardan çıxış edərək aşağıdakı sualların mətnin məzmu-
nunu əks etdirmədiyini əsaslandırın.
1) Hüseynəli xan zərgərin yanına  niyə eşikağasını göndərdi?
2) Hüseynəli xan niyə qılınc deyil, buxara papaq almaq istədi?
3) Hüseynəli xan niyə “Böyük çarşı”ya getmək fikrindən daşındı?
4) Hacıəli kişi niyə Hüseynəli xanı tanımadı?
5) Hədiyyələr niyə qonaqların xoşuna gəlmədi?

 Ahəng qanununa uyğun şəkilçi variantları seçmək və sözləri düzgün 
əlaqələndirməklə müəllimin təqdim etdiyi mətni Azərbaycan dilinə tərcümə 
etsəniz, Fətəli xan haqqında  müəyyən məlumat alacaqsınız. Özünüzü sınayın.

  Verilmiş  cədvəldəki  qruplara  uyğun  gələn  isimləri  mətndən  seçib 
müva fiq xanalara  yazın və quruluşca növlərini izah edin.
Yer, 
məkan
Heyvan,   
quş
Peşə, 
sənət
Şəxs,  
ad
Quru 
meyvə
Ədviy-
yat  
Geyim 
Zərgərlik 
məmulatı

 Necə bilirsiniz, mətnin “Qonaqlıq”, yoxsa “Fətəli xanın beşiyi” adlan-
dırılması  daha  məqsədəuyğun  olardı?  Debata  qoşulun  və  fikrinizi  faktlarla 
əsaslandırın. 

 “Vətəni qorumaq üçün” ifadəsinin mətndəki yerini müəyyənləşdirin: 
Necə düşünürsünüz, bu ifadə mətndəki hansı rəngdəki ürək simvolunun yerinə 
qoyulmalıdır? Fikrinizi mətnin məzmunundan çıxış etməklə əsaslandırın. 
|
 “Vətəni qorumaq üçün” ifadəsini işlətməklə cümlələr qurub yazın.

  Mətnin axırıncı altı cümləsində işlənmiş feilləri seçib, hansı formada 
və şəxsdə olduğunu izah edin. Əlavə misallarla fikrinizi əsaslandırın.
|
 Qruplara bölünün və hər biriniz  seçdiyiniz feilləri müxtəlif formalarda 
işlədin. Sonra hərəniz  bir feili  formalardan biri üzrə şəxslər üzrə dəyişib yazın.

 Mətndə qara şriftlə yazılmış sözləri dəftərinizə köçürün və kontekstə 
uyğun sinonimlərini qarşılarında qeyd edin. 
|
 Həmin sözləri qrammatik mənalar üzrə qruplaşdırıb ayrı-ayrı sütunlarda 
yazın.

  Mətndə  işlənmiş  bağlayıcılar  üzərində  müşahidə  aparın.  Tabesizlik 
və    tabelilik  bağlayıcılarını  seçib  ayrı-ayrı  sütunlarda  yazın  və  qrammatik 
mənalarını izah edin. Fikrinizi izah edərkən rus dilindəki biliklərinizdən də 
istifadə edin.
Çap üçün deyil


121
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Tabesizlik bağlayıcılarının aşağıdakı növləri vardır:
1. Birləşdirmə bağlayıcıları: və, ilə (la, -lə);
2. Bölüşdürmə bağlayıcıları: gah, gah da, ya, ya da, istər, istərsə də, yaxud ...;
3. Qarşılaşdırma bağlayıcıları:amma, ancaq, lakin, halbuki, yoxsa ...;
4. İştirak bağlayıcıları: həm, həm də, həm də ki,  da, də, hətta, habelə, həmçinin, 
o cümlədən, özü də, bir də ...;
5. İnkarlıq bağlayıcıları: nə, nə də, nə də ki.
SÞZLÖK
  birləşdirmə bağlayıcıları – соединительные союзы
bölüşdürmə bağlayıcıları – разделительные союзы
qarşılaşdırma bağlayıcıları – противительные союзы
iştirak bağlayıcıları – участвующие союзы
inkarlıq bağlayıcıları – отрицательные союзы
⓫ 
Mətndə  işlənmiş  mürəkkəb  sözləri  seçib  dəftərinizə  yazın,  yazılış 
qaydalarını izah edin, sonra hər birinin hansı nitq hissəsinə aid olduğunu deyin.

 Üzərində ulduz işarəsi qoyulmuş sözləri tələffüz xüsusiyyəti baxımından 
necə qruplaşdıra bilərsiniz? Özünüzü yoxlayın.

 Aşağıda verilmiş atalar sözlərini oxuyun. Necə düşünürsünüz, onların 
hamısının mətnin məzmunu ilə səsləşdiyini söyləmək olarmı? Fikrinizi bildirin.
1)  Birlik  harada,  dirilik  orada!  2)  Güc  birlikdədir.  3)  El  igidləri  ilə 
tanınar. 4) Dünyanın malı dünyada qalacaq. 5) Elin malı eldə qalar. 6) El 
bir olsa, dağ oynadar yerindən. 7) El köçər, adət köçməz. 8) El malına göz 
dikən gözdən olar.
ATALAR SЮZЦ – AЬLIN GЮZЦ
|
 Atalar sözlərində işlənən feillərin zamanını və şəxsini müəyyənləşdirin.
|
 Atalar sözlərində işlənən “bir”, “diri”, “tanı(maq)”, “yer”, “köç” söz lə-
rin dən eyniköklü sözlər  düzədib cümlələrdə işlədin. 

 Mətndə altından xətt çəkilmiş sözlərin qrammatik mənasını izah edin 
və məna növləri üzrə qruplaşdırıb yazın.

  Necə  düşünürsünüz,  mavi  rəngdə  verilmiş  cümlənin  mətndəki  rolu 
nədən  ibarətdir? Axı  Hüseynəli  xan  çarşıya  beşik  almaq  üçün  getməmişdi? 
Yoldaşlarınızın fikirlərinə münasibət bildirməklə məsələni müzakirə edin.
Çap üçün deyil


122
§ 32. FƏTƏLİ  xANIN  BEşİYİ
II hissə
Bu  qonaqlıqdan*  bir  ilmi,  beş  ilmi  keçdi,  Hüseynəli  xanın  bir  oğlu 
oldu. Adını Fətəli qoydu. Günlərin* bir günü Usmi Əhmədxan qızı  Fətəliyə 
yüyrükdə
 layla çalırdı:
   
Dədəm Qorqud  
 
Qırat versin.
   
Bir ad versin.   
 
Körpəm, ninni,
   
Qoç Koroğlu   
 
Ötkəm, ninni...
Usmi xanım Hüseynəli xanın gəldiyini görüb dedi:
– A  kişi,  bu  uşaq 
bələk
də  durmur, 
gah
  əli ni 
çıxardır, 
gah
 ayağını,
 yüyrüyə
 də sığmır. Eşik ağa-
sını göndər, çarşıdan bir beşik alıb gətirsin. 
Hüseynəli xan bu sözü eşidəndə məşhur beşik 
ustası Hacıəli kişi yadına düşdü. Dedi:
–  Yox,  xanım, 
beşiy
in  dalınca  gərək  özüm 
gedəm.
Hüseynəli  xan  göstəriş  verdi,  faytonu  hazır-
la dılar*.  O,  sübh  tezdən  yola  düşdü.  İki  ötüb,  üç 
deyən günü Badi-Kubəyə yetişdi. “Böyük çarşı”nı 
başdan-ayağa  gəzdi, 
amma
 Hacıəli kişi gözünə 
dəymədi.  Ondan-bundan*  soruşdu,  dedilər  ki,  ta 
yaşlaşıb,  bazara  gəlmir.  Qaldığı  yeri  öyrəndi,  so-
raq laşa-soraqlaşa*  gəlib  evi  tapdı.  Taxta  qapını 
yüngülcə tıqqıldatdı.
Hacıəli kişi əvvəlcə Hüseynəli xanı tanımadı, zənlə baxdı.
Hüseynəli xan dedi:
– 
Əgər
  yadındadırsa,  demişdim 
ki
, Allah-Təala  mənə  bir  övlad  versə, 
beşiyini sənə düzəltdirəcəyəm.
Hacıəli kişi dedi:
– Xan, yadımdadı. Çox şükür 
ki
, Allah-Təala sənə övlad bəxş edib. 
Ancaq
 
mən daha qocalmışam. Əlimin tutarı gedib, beşik düzəldə bilmirəm. Gedək, 
“Böyük çarşı”dan sənə yaxşı bir beşik alaq.
Hüseynəli  xanla  Hacıəli  kişi    “Böyük  çarşı”ya  gəldilər.  Hacıəli  kişinin 
gözü bir beşiyi tutdu, yaxınlaşıb*  onun qiymətini  soruşdu.
Satıcı cavan oğlan idi, Hacıəli kişini tanımırdı, 
odur ki
, dedi:
– Bu, bahalı beşikdi. Uzaq* yerdən alıb gətirmişəm. 
Hacıəli kişi dedi: 
– Bilirəm, sən qiymətini de. 
Satıcı  beşiyin  qiymətinin  “on  qızıl”  olduğunu  söylədi.  Hacıəli  kişi 
Hüseynəli xana sarı çöndü:
– Xan, bu beşiyi almaq* məsləhətdi.
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə