Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə36/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   32   33   34   35   36   37   38   39   ...   51

109

  Necə  bilirsiniz,  aşağıdakı  cümlələrin  sırası    hekayənin  məzmununa 
uyğun gəlirmi? Fikrinizi əsaslandırın və hekayədəki ardıcıllığı bərpa edin.
1) O, payızda da yarpaqlarını tökmür. 2) Qız sevinə-sevinə  zənbilini dol-
durur və sonra evə yüyürür... 3) Onlar yola düzələndə Natiq bir məsələni də 
öyrənmək istədi. 4) Bilirdim, Natiq balam qışda mənə qonaq gələcək. 5) Qışda 
da birbaş həmin yerə gəlib çıxdıq. 6) Balaca qız qara bata-bata meşəyə üz tutur. 
7) Balaca qız meşəyə  gedib ona təzə meyvə gətirsin.
|
 Uyğun qoşmalardan istifadə edərək cümlələri yenidən qurun.
Köməkçi:
 1) Bu qonaqlıqdan beş il keçdi, Hüseynəli xanın bir oğlu oldu. – Bu 
qonaqlıqdan beş il keçəndən sonra Hüseynəli xanın bir oğlu oldu. 2) Hava ayaz 
olduğundan bir qədər soyuq idi – Hava ayaz olduğu üçün  bir qədər soyuq idi.

 Necə bilirsiniz, hekayədə məzmunla əlaqəsi olmayan cümlələr varmı? 
Varsa, həmin cümlələri tapıb səsləndirin və fikrinizi əsaslandırın.

  Hekayədə göy şriftlə verilmiş sözlərin qrammatik mənasını izah edin 
və hansı məna növünə aid olduğunu müəyyənləşdirin.

  Müəllimin  təqdim  etdiyi  mətni  Azərbaycan  dilinə  tərcümə  edin. 
Şəkilçilərin yazılışında ahəng qanununun tələblərini gözləməyi unutmayın.

 “Qovaq”,  “giləmeyvə”, “mərsin” sözlərini hallandırın. Hal şəkilçilərinin  
artırıldığı sözün  ahənginə uyğun olmasına diqqət yetirin. 
|
 Həmin sözlərin müxtəlif formalarını isim, sifət və saylarla  işlədərək söz 
birləşmələri düzəldib yazın və bir neçəsini cümlələrdə işlədin.

 Hekayədə kursivlə verilmiş sözlərin qrammatik mənasını izah edin və 
hansı məna növünə aid olduğunu müəyyənləşdirin.
                                 
§ 29. KOROğLUYNAN  DƏLİ  HƏSƏN
I hissə
Günlərin*  bir  günü  Koroğlu  Qıratı  minib  Çənlibelin  ətəyindəki  yola 
çıxmışdı.    Bir  də  baxdı  budu,  bir  dəstə  yaraqlı-yasaqlı*  atlı*  gəlir. 
Amma 
atlıların* qabağında bir oğlan gəlir 
ki
, dünyalara dəyər. Üzündən*, gözündən* 
igidlik yağır. Oğlan Koroğlunu görcək, dəstəsinə* hay vurdu. Atlılar o saat 
Koroğlunu araya aldılar.  Koroğlu dayandı. Gözlədi ki, görsün işin axırı nə ola-
caq*. Oğlan atı cövlana gətirdi, süzdürüb düz Koroğlunun qabağında dayandı. 
Sonra bir Koroğluya baxdı, bir atına baxdı, soruşdu:
 
– Əyə, de görüm kimsən? Bu yerlərdə* nə gəzirsən?
Koroğlu dedi:
– Yoldan keçənəm.
Çap üçün deyil


110
Oğlan bir də Koroğlunun atına baxıb soruşdu:
– Bu atı hardan alıbsan?
Koroğlu dedi:
– Mən sənə məsləhət görürəm öz yolunla 
düz gedəsən. 
Yoxsa
 yaxşı olmaz.
Oğlan bu sözdən qəzəbləndi. Hirslə atının 
başını çəkdi. At iki dal ayaqları* üstünə qalx-
dı. Üzünü Koroğluya tutub dedi:
Dəli Həsən elə bildi ki, Koroğlu ondan* 
qorxur. Geri qanrılıb, başının adamlarına dedi: 
– Görünür ki, sən məni tanımırsan? Əgər 
tanısaydın,  belə  danışmazdın.  Mənə  Dəli 
Həsən  deyərlər*.  Bu  yollardan  kim  keçsə, 
mənə bac-xərac verməlidi.
Koroğlu onu tanıdı. Bildi ki, atasının dediyi Dəli Həsəndi. Bir də diqqətlə 
atına, özünə baxdı. Gördü yox, Dəli Həsən, doğrudan da, igid oğlandı. Koroğlu 
atası  ölən  gündən*  bəri  onu  axtarırdı.  Onunla  dostlaşmaq*,  əlbir  olmaq* 
fikrində idi. 
Ancaq
* bilirdi 
ki
, bu iş elə-belə baş tutmayacaq*. Dava-dalaşsız 
məsələ  düzəlməyəcək.  Fikir  onu  götürdü  ki,  indi  nə  təhər  eləsin.  Elə  bu 
fikirdə idi 
ki
, Dəli Həsən bir də qışqırdı:
– Əyə, sənə atdan düş demirəmmi? 
Yoxsa
 əcəlin çatıb?
Koroğlu aramla dedi:
– Dəli Həsən, səsinə qüvvət vermə, igid* dil açmaz, əl açar.
Dəli Həsən dedi:
– Əyə, sən kimsən ki, mənim qabağımda belə yekə-yekə danışırsan?
– Dayan deyim, kiməm.
Bunu  deyib,  Koroğlu  atın  başını  çəkdi.  At  elə  qalxdı  ki,  dırnağının  
altından* qopan daş bir neçə adam boyu Dəli Həsənin başının üstündən* keçib, 
o  tərəfə  düşdü.  Koroğlunun  ətrafını  bürümüş  atlılar  çaxnaşmaya  düşdülər. 
Koroğlu sazı çiynindən* aşırıb döşünə basdı, dedi:
Məndən* salam olsun əcəm oğluna,       Adımı soruşsan, bil, Rövşən olu,
Meydana girəndə, meydan mənimdi!     Atadan, babadan cinsim Koroğlu;
Qıratım köhləndi, özüm qəhrəman,        Mənəm bu yerlərdə* bir dəli, dolu,
Çalaram qılıncı, düşmən mənimdi!            Gündoğandan ta günbatan mənimdi.
Dəli  Həsən  bir  Koroğluya  baxdı,  bir  dönüb  başının  adamlarına  baxdı, 
hündürdən  bir  şaqqanaq*  çəkib  güldü. Atlılar  da  gülüşdülər.  Onların*  bu 
gülüşməyi  Koroğluya  dəydi.  Bir  istədi  Misri  qılıncı  çəkib,  özünü  onlara 
göstərsin. Sonra lənət şeytana deyib, aldı sazı görək nə dedi: 
Qoç Koroğlu çıxar düzə,   
Mən dəlidən öyüd sizə,
Baxmaram əlliyə, yüzə.   
Həddindən* aşmamaq* gərək. 
Çap üçün deyil


111
Koroğlunun belə yekə-yekə nəsihət verməyi Dəli Həsənə lap acıqgəldi. 
Başının adamlarına hay vurub, Koroğluya hücum eləmək istədi. Koroğlu dedi:
Gəl sənə söyləyim, ay Dəli Həsən,
And içmişəm, bu gün döyüş olmasın.
– Əyə, mən də elə bilmişəm 
ki
, bu,  doğrudan da,  igiddi. Tutun, yekə-ye kə 
danışdığına görə atını əlindən* alın, özünə də bir-iki vurub yola salın.
Hadisələr bundan sonra necə cərəyan edəcək? Dəli Həsən Koroğluya qa-
lib gələcək, yoxsa o, Koroğluya məğlub olacaq? Öz variantınızı təqdim edin.
SÞZLÖK
  bac-xərac – устар. дань
yaraqlı-yasaqlı – вооружённый
cins – burada: родословие
köhlən – выхоленный конь
SЮZ EHTИYATI
dünyalara dəyər – бесценный        həddini aşmamaq – не перегибать палку     
cövlana gətirmək – кружить          əcəli çatmaq – наступление смертного 
əcəm oğlu – соотечественник 
 
        часа

 Səs tonu və fasiləni gözləməklə mətni rollar üzrə oxuyun, sonra səh-
nələşdirin. 
|
 Mətndəki əsas fikri müəyyənləşdirin və ardıcıllığı gözləməklə oxu du-
ğunuz hissənin  planını tərtib edib yazın.  

 Dastandan götürülmüş aşağıdakı misraları oxuyun. Necə bilirsiniz, bu 
sözlər hansı dastan qəhrəmanının xarakterinə uyğundur? Misraların mətndəki 
yerini müəyyənləşdirin və fikrinizi əsaslandırın.
İgid meydana girəndə,   
Qaynayıb coşmamaq gərək.

 Koroğlu nə üçün Dəli Həsənlə döyüşmək istəmir? Bunun səbəbi nə ilə 
bağlı  idi? Mətnin məzmununu əks etdirməyən variantı səsləndirin və fikrinizi 
əsaslandırın. 
A) Koroğlu Dəli Həsənin igidliyini yoxlamaq istəyirdi.
B) Koroğlu Dəli Həsənin igidliyini görüb ondan qorxdu.
C)  Koroğlu  başa  düşürdü  ki,  Dəli  Həsənlə  yaxınlaşmaq  elə  də  asan  
olmayacaq.
D) Koroğlu Dəli Həsənlə dostlaşmaq, onunla əlbir olmaq istəyirdi.
E) Koroğlu atası ölən gündən bəri onu axtarırdı.
|
  Nitqinizi  uyğun  səs  tonu  ilə  tənzimləyərək  mətndən  həmin  hissənin 
məzmununu danışın. 

  Dastandan  oxuduğunuz  hissənin  məzmunu  əsasında  Koroğlu  ilə 
Dəli Həsəni müqayisə edin, oxşar və fərqli xüsusiyyətlərini sadalayın. Necə  
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə