Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva


§ 31. FƏTƏLİ  xANIN  BEşİYİ



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə39/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   35   36   37   38   39   40   41   42   ...   51

118
§ 31. FƏTƏLİ  xANIN  BEşİYİ
I hissə
Sizə  hardan  deyim?  Quba  mahalından*.  Quba  mahalında  kimdən*? 
Hüseynəli  xandan*.  Hüseynəli  xan Azərbaycanın  dörd  bir  səmtinə  –  Badi-
Kubəyə,  Dəmirqapı  Dərbəndə,  Şəkiyə,  Qarabağa,  Lənkərana,  İrəvana, 
Naxçıvana, Təbrizə, Marağaya, Ərdəbilə … çapar göndərmişdi. Qəsdi bu idi 
ki, o mahalların adlı-sanlı* xanlarını* Novruzqabağı bir yerə yığsın, incikliyi, 
umu-küsüsü olanları* barışdırsın.

Neçə  gün  idi 
ki
,  qonaqlığa  hazırlıq*  görülürdü.  Mahalın  ən  mahir 
ovçuları səhərin gözü açılmamışdan bildirçin, qırqovul, turac, kəklik ovuna 
çıxırdılar. Çobanlar* kəsiləcək erkəkləri seçirdilər, qızlar* iri-iri sinilərdə düyü 
arıtlayırdılar. Eşikağasının 
da ki
, bir ayağı elə çarşıda qalmışdı. Baş aşpaz nə 
deyirdisə, şabalıd olsun, kişmiş olsun, albuxara olsun, dərhal alıb gətirirdi.♥
Hüseynəli xan 
həm də
 düşünürdü 
ki
, axırda hər qonağa adına layiq bir 
bəxşiş 

 versin.

 
Odur ki
, əvvəl istədi 
ki
, eşikağasını tanıdığı zərgərlərin*, 
xəttatların*  yanına  göndərsin,  görsün  nələri  var? 
Amma
  sonradan  fikrini 
dəyişdi. Belə qərara gəldi 
ki
, özü Badi-Kubəyə – “Böyük çarşı”ya getsin, seç-
sin, ürəyinə yatan şeylər alsın.  
Hüseynəli xan nökər-naibə göstəriş verdi 
ki
, faytonu hazırlasınlar*. Sonra 
arvadını – Usmi Əhmədxan qızını çağırıb dedi:
– Mən səfərə çıxıram.

 Bir həftəyə* kimi gələcəyəm. Mahalda gözün olsun.
Hüseynəli  xan  lap  obaşdan  yola  çıxdı.  İki  ötüb,  üç  deyən  günü  Badi-
Kubəyə yetişdi.  “Böyük çarşı”  Qız qalasından* azca yuxarıda – karvansaranın 
düz  qabağında  idi.  Burada  nələr  satmırdılar? Üzük,  sırğa,  boyunbağı,  nişan 
xonçaları, Osmanlıdan* gətirilmiş qılınclar*, qaragül dəridən tikilmiş buxara 
papaqlar*, Xorasan kürkü, qısası, hildən, darçından*, zəfərandan*, iydə quru-
sundan*, püstədən, badamdan* tutmuş,  xalça-palazacan hər şey.

Hüseynəli  xan  “Böyük  çarşı”da  xeyli  gəzib-dolaşandan*  sonra  qını 

  qəbzəsi  qızıl  suyu  ilə  işlənmiş,  qiymətli*  daş-qaşlarla  bəzədilmiş  bir 
neçə osmanlı* qılıncı aldı.

 
Elə çıxıb getmək istəyirdi 
ki
, xalça-xalı satılan  
yerin qabağında yan-yana düzülmüş beşikləri görəndə 
ayaq saxladı
, diqqətlə 
baxmağa başladı.
Məşhur beşik ustası Hacıəli kişi Hüseynəli xanı görən kimi tanıdı. 
Odur 
ki
, yaxınlaşıb*: “Xan, beşik almaq istəyirsiniz?” – deyə xəbər aldı.
Hüseynəli xan dedi:
– Yox … Elə-belə baxıram … çox qəşəngdilər. Kim düzəldib bunları?
Hacıəli  kişi  kamali-ədəblə  əlini  köksünə  qoyub:  “Bəndeyi-həqiriniz”,  
– dedi.
Hüseynəli xan dedi: “Hacıəli kişi, Allah-Təala mənə bir övlad bəxş etsə
beşiyini sənə düzəltdirəcəyəm”. 
Çap üçün deyil


119
Hüseynəli xan Qubaya qayıdandan* sonra qonaqları* gəldi. Seçmə erkəklər, 
bildirçinlər*,  qırqovullar,  turac 

  kəkliklər  kəsildi,  qazanlar*  qaynadı,  düz 
yeddi gün, yeddi gecə bir qonaqlıq* oldu 
ki
, gəl görəsən. 
Elə ki
vədə yetişdi, 
getmək vaxtı gəldi, Hüseynəli xan aldığı hədiyyələri* gətirib dedi:
– Bax hərənizə bir qılınc almışam.

 Bir olsaq, düşmən qorxar, üstümüzə 
gəlməz.
Qılınclar qonaqların* çox xoşuna gəldi. Elə oradaca qurşandılar, dedilər:
– Hüseynəli xan, çox sağ ol 
ki
, bizi bir yerə yığdınHəmişə evinə şadlığa-
şadyanalığa gələk. 
  
   
 
 
 
 
 
         İşləyəni: 
Dilsuz
Necə  bilirsiniz,  Hüseynəli  xan  beşik  almaq  üçün  “Böyük  çarşı”ya 
gedəcəkmi? Mətni siz necə davam etdirərdiniz? Öz variantınızı təqdim edin. 
SÞZLÖK
  umu-küsü – обида                       
albuxara – сушёная слива               
sini – поднос                      
qın – футляр
qəbzə – рукоятка                   
hil – кардамон                       
darçın – корица                                                     
yüyrük – колыбель, люлька
SЮZ EHTИYATI
çarşı – базар
xəttat – коллиграф
nökər-naib – слуги           
eşikağası – придворный служащий
qurşanmaq – опоясываться 
qəsd – замысел 
kamali-ədəblə – с почтением 
bəndeyi-həqiriniz – покорный слуга

 Mətnin məzmunu üzrə aşağıdakı suallara cavab verin. 
1) Xanlıqda qonaqlığa hazırlıq necə gedirdi? 
2) “Böyük çarşı”da Hüseynəli xanın diqqətini nə cəlb etdi?
3) Hüseynəli xan nə üçün “Böyük çarşı”ya özü getməyə qərar verdi?
4) “Böyük çarşı” harada yerləşirdi və orada nələr satılırdı? 
5) Hüseynəli xan nə məqsədlə Azərbaycanın dörd bir səmtinə çapar göndərdi?
6) Hədiyyələri verəndə Hüseynəli xan qonaqlara hansı arzusunu bildirdi?
7) “Böyük çarşı”da Hüseynəli xan Hacıəli kişiyə nə  dedi?
|
  Necə  bilirsiniz,  sualların  sırası  mətndəki  ardıcıllığı  əks  etdirirmi? 
Fikrinizi əsaslandırın və müvafiq ardıcıllığı bərpa edin.

 Qruplara bölünün və mətn üzrə tərtib edilmiş planın  bəndlərindən biri 
üzrə danışın.
1) Hüseynəli xanın niyyəti. 
 
3) “Böyük çarşı”da.
2) Qonaqlığa hazırlıq.   
 
4) Hədiyyələrin təqdimi.
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə