Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə41/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   37   38   39   40   41   42   43   44   ...   51

123
Hüseynəli xan on qızıl çıxarıb satıcıya verdi:
– Al deyirsən, alım, 
amma
 mən əhd eləmişdim ki, beşiyi sən düzəldəsən.
Hacıəli kişi güldü:
– Xan, elə sən deyən oldu. Bu beşiyi cavanlığımda* mən düzəltmişəm. 
O vaxt Əfqanıstandan* bir tacir gəlmişdi. Bu beşiyi üç qızıl verib aldı. İndi 
bu oğlan da  üç-dörd qızıl bahasına yəqin o tacirdən alıb gətirib. Bir az da özü 
üstünə qoyub. Sağlığına qismət olsun: o uşağın çox gözəl bəxti var ki,
 həm 
əhdin yerinə yetdi,
 həm də
 yurdumuzun malı yurdumuza qayıtdı.        
SÞZLÖK
  zənlə – внимательно  
çönmək – отворачиваться

 Səs tonu, temp və fasiləni gözləməklə mətni oxuyun və 1-ci cümlənin 
mətndəki rolunu müəyyənləşdirin. Fikrinizi əsaslandırın.
A) Mətnin 2-ci hissəsini 1-ci hissə ilə bağlayır.    
B) Əsas hissəni girişlə bağlayır.
C) Nəticəni əsas hissə ilə bağlayır.       
D) Mətnin cümlələrini bir-biri ilə bağlayır.
E) Mətndəki əsas fikri müəyyənləşdirir.
|
 Mətnin 1-ci cümləsində hansı hadisəyə işarə edilir? Yadınıza salın və 
səs tonunuzu tənzimləməklə həmin əhvalatı danışın.

  Necə  düşünürsünüz,  Hüseynəli  xanla  Hacıəli  kişinin  dialoqunu  1-ci 
hissədən çıxarsaq, mətnin davamı və sonluğu oxuduğunuz kimi ola bilərdimi? 
Müzakirə edin və fikrinizi söyləyin.

 Hüseynəli xanı səciyyələndirin. Necə bilirsiniz, mətnin ikinci his sə sin-
dəki Hüseynəli xan 1-ci hissədəkindən nə ilə fərqlənir? Münasibətinizi bildirin.

 Mətni bütöv oxudunuz. Qruplara bölünün və əvvəlcə mətnin hissələrini, 
sonra  isə  əsas  hissəni  girişlə,  nəticəni  əsas  hissə  ilə  bağlayan  cümlələri  
müəyyənləşdirin. Gəldiyiniz nəticələri müqayisə edin.

 Mətndə göy şriftlə  verilmiş sözlər üçün ortaq cəhət nədən ibarətdir? 
Bu sözlərin yazılışı ilə əlaqədar qaydanı yadınıza salın və izah edin.
|
 Qruplara bölünün və hərəniz bu sözlərdən birini həm ismin halları üzrə, 
həm də mənsubiyyətə görə dəyişib yazın və cümlələrdə işlədin.

 Mətndə qara şriftlə verilmiş sözlərin kontekstə uyğun qarşılığını deyin, 
sonra onları nitq hissələri üzrə qruplaşdırıb qrammatik mənalarını izah edin.

 Qruplarla işləyin. Mətndə altından xətt çəkilmiş sözlərin feilin hansı 
formasında olduğunu və  şəxsini müəyyənləşdirin. Hər formadakı (şəkildəki) 
bir feili şəxslər üzrə dəyişib yazın.
İşləyəni: 
Dilsuz
Çap üçün deyil


124

  Mətndə  qırmızı  rəngdə  verilmiş  sözlərin  qrammatik  mənasını  izah 
edin. Tabesizlik bağlayıcılarını seçib yazın və hər birinin qarşısında mənaca 
növünü  qeyd edin.
|
 Seçdiyiniz bağlayıcıları işlətməklə cümlələr qurub yazın
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Tabelilik bağlayıcılarının aşağıdakı növləri vardır:
1. Aydınlaşdırma (изъяснительные) bağlayıcıları: ki, belə ki; 
2.  Səbəb  (
причинные
)  bağlayıcıları:  çünki,  ona  görə  ki,  ondan  ötrü  ki,    onun 
üçün ki, buna görə də, odur ki, ona görədir ki, buna görədir ki, o səbəbə ki, bunun 
üçündür ki ... ; 
3. şərt (условные)  bağlayıcıları: əgər, hərgah, madam ki, indi ki; 
4. Güzəşt  (уступительные) bağlayıcıları: hərçənd, hərçənd ki.

 Mətndə  kursivlə verilmiş ifadələrin kontekstə uyğun mənalarını izah 
edin və onları başqa cümlələrdə işlədin. 
|
 Həmin ifadələrin qrammatik mənalarını izah edin.

  Mətnin  axırıncı  cümləsinin  məzmununu  necə  başa  düşürsünüz? 
Bu  mövzu  sizə  oxuduğunuz  hansı  mətni  xatırlatdı?  Yoldaşlarınızın  fikrinə 
münasibət bildirməklə mövzunu müzakirə edin.
|
 “İtə ataram, yada satmaram” aforizmi ətrafında müzakirə təşkil edin. 
Kÿlmÿlÿrin “dili”ni þyrÿnÿk!
Durmaq
 
–  9)  Qalmaq,  yaşamaq,  var  olmaq  –  Oxuduğum  məktəb  hələ 
də  durur;  Toxunulmamış  qalmaq,  işlənməmiş  qalmaq  –  Verdiyin  kimi  də 
durur. 10) İnkişaf etməmək, bir yerdə qalmaq – Elm bir nöqtədə dura bilməz.  
11) İşləməmək,  dayanmaq; duracaqda, yaxud hər hansı bir yerdə dayanmaq – Maşın 
evimizin qabağında durdu. 12) Gözləmək, səbir etmək – Sən bir dur. Durmaq vaxtı 
deyil.  13) Yer tutmaq, mövqe tutmaq – İntizam  məsələsi birinci yerdə durmalıdır.  
14) “Belə”, “bu yana”, “o yana” və s. sözlərlə – çəkilmək – O yana dur, keçək. 

  Mətndən  mənsubiyyət  şəkilçili  bir  neçə  söz  seçib  dəftərinizə  yazın, 
neçənci  şəxsdə  işləndiyini  müəyyənləşdirib  deyin.  Seçdiyiniz  sözləri  cüm-
lələrdə başqa şəxslərdə  işlədin.
⓬ 
Verilmiş laylalarda buraxılmış sözləri tapıb yerinə qoyun. Nəzərə alın 
ki, hər iki laylada eyni sözlər buraxılıb. Diqqətli olun: bu sözlərin qəbul etdiyi 
şəkilçilər eyni  qrammatik mənalı olsa da, müxtəlif  şəxsləri bildirir. 
Layla, 
 layla, 
 
 
Evində, 
Evim, 
 layla, 
 
 
Yat quzum, 
 ,
Sən get şirin yuxuya
 
 
Dan ulduzu, bir də mən,
Çəkim 
 layla. 
 
 
Durmuşuq 
 . 
|
 Səs tonu, temp və fasiləni göstərməklə laylaları oxuyun.
Çap üçün deyil


125

  Mətndə  siz  “Badi-Kubə”  adına  rast  gəldiniz.  Bu  adın  etimologiyası 
haqqında  nə  bilirsiniz?  Araşdırma  aparın  və  əldə  etdiyiniz  məlumatları 
yoldaşlarınıza oxuyun.

 Cümlələri mətnin məzmunu əsasında tamamlayın. 
1) Həm əhdin yerinə yetdi, həm də ... 2) Eşikağasını göndər, ...  3) Əgər 
yadındadırsa, demişdim ki, ... 4) Mən əhd eləmişdim ki, ... 5) Hacıəli kişinin 
gözü bir beşiyi tutdu, ... 6) A kişi, bu uşaq bələkdə durmur, gah əlini çıxardır, ...
|
 Necə bilirsiniz, cümlələrin sırası mətndəki ardıcıllığa uyğundurmu? Fik-
rinizi əsaslandırın və cümlələri mətndəki ardıcıllığa uyğun yenidən sıralayın.

 Aşağıdakı cümlələrdən hansında tabelilik bağlayıcısı işlənməmişdir? 
Düzgün  cavabı  göstərin  və  hər  bir  cümlədəki  bağlayıcının  məna  növünü 
müəyyənləşdirib deyin.
A) Səftər dayı iyirmi ilə yaxın idi ki, meşəbəyi işləyirdi.  
B) Ana bu gün maaş almamışdı, buna görə də şəhərə çıxmaq istəmirdi.
C) Madam ki, təkid edirsiniz, icazənizlə bir şeir oxuyum.
D) Balalar üçün yazmağı Mahmud əmi də, cənab Köçərli də mənə məsləhət 
görürlər.
E) Kamal anasının gözünə görünmək istəmirdi, çünki onun dedikləri doğru 
çıxmışdı. 
§ 33. zİRVƏ üSTƏ 
İllər ötüşəcək, əlli də, yüz də,
Hər vaxt yaşayacaq* nəğmədə, sözdə,
Xiyaban zirvədir, bu zirvə üstə, 
Elə bil, əbədi xaldı şəhidlər*.
Mərmilər, silahlar gələndə dilə
Anlar günə döndü, günlərsə ilə.
Amalı, qüdrəti, ölməzliyilə
Ölümə qələbə çaldı şəhidlər.
Üzləri andırdı qızaran danı,
Hədər vermədilər ötüşən anı,
Qorumaqdan* ötrü Azərbaycanı
Qüdrəti torpaqdan* aldı şəhidlər.
Vətən deyənlərin* sırasındaydı,
Ellərin yarası yarasındaydı,
“Ölüm”lə “olum”un arasındaydı,
Bir anlıq* xəyala daldı şəhidlər.
Bu şirin həyatda gözləri* qalıb,
Torpaqda* əbədi izləri* qalıb,
Hələ deyilməmiş sözləri* qalıb
Sanmayın dilsizdi, laldı şəhidlər.
Hərə bir palıddır*, kökü dərində,
Qırdılar qanadın küləklərin də,
Odlu insanların* ürəklərində
Əbədi yaşayıb* qaldı şəhidlər!
                               Tofiq Mütəllibov
SÞZLÖK
  amal – идея                   lal – немой                   andırmaq – напоминать
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə