Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə42/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   38   39   40   41   42   43   44   45   ...   51

126

  Səs  tonu,  temp  və  fasiləni  gözləməklə  şeiri  oxuyun  və  əsas  fikri 
müəyyənləşdirin. Sonra bu mövzuda fikir mübadiləsi edin. 

 Şair nə üçün şeiri “Zirvə üstə” adlandırmışdır? Düzgün hesab etdiyiniz 
variantı səsləndirin və fikrinizi əsaslandırın.
A) Şəhidlərin məzarı şəhərin ən hündür hissəsində yerləşdiyi üçün
B) Vətən yolunda canını qurban verənlərin yeri həmişə zirvədə olduğu üçün
C) Xalqın istəyi ilə şəhidlər zirvədə dəfn olunduğu üçün
D) Şəhidlərin dəfn olunduğu xiyabanı milyonlarla insan ziyarət etdiyi  üçün
E) Şəhidlərin ruhu daima başımızın üstündə dolaşdığı üçün

  Qruplarla  işləyin.  Hərəniz  şeirin  bir  bəndində  ifadə  olunmuş  fikri 
geniş lən dirib öz sözlərinizlə danışın. Fikirlərinizi əlavə nümunələrdən istifadə 
et məklə əsaslandırın. 
|
  Şeirin  hər  bəndində  şəhidlərin  qəhrəmanlıq  zirvəsinə  yüksələnədək 
yaşadıqları anlar tərənnüm olunmuşdur. Haqqında danışdığınız bəndin şeirin 
digər bəndləri ilə necə əlaqələndiyini izah edin.

 20 Yanvar faciəsini doğuran tarixi şərait barədə nə bilirsiniz? Fikirlərinizi 
yoldaşlarınızla bölüşün və şəhidlərdən biri haqqında ətraflı məlumat toplayıb 
təqdimat hazırlayın.

 Şeirdə qara şriftlə verilmiş sözlərin kontekstə uyğun qarşılığını tapıb 
səsləndirin. Bunlardan hansının şeirdə daha çox yerinə düşdüyü barədə fikri-
nizi söyləyin.
Köməkçi:
 naxış, nişan; qalib gəlmək, məğlub etmək; qəlb, könül; xatırlat-
maq, yada salmaq; boş-boşuna, əbəs, mənasız, faydasız;  güc, qüvvət, taqət, 
cəsarət; düşünmək, fikirləşmək; daimi, həmişəlik; hesab etmək, zənn etmək, 
güman etmək
Kÿlmÿlÿrin “dili”ni þyrÿnÿk!
xal – 1) Dəri üzərində əmələ gələn xırda, dəyirmi ləkə – Üzündəki xal ona çox 
yaraşırdı; 2) Cürbəcür saplarla, rənglə vurulan naxış; – Bizim xallı xalçalardan, Sər 
çinarlar kölgəsinə. S.Vurğun. 3) İdman yarışlarında və oyunlarda hesablama vahidi; 
say, miqdar – Bu fəndə görə oyunçuya 10 xal verdilər; 4) Musiqinin əsas melodiyası 
ilə həmahəng olan yeni hissə, yeni cəhət – Oxuduğu mahnıda vurduğu xallar bir 
yenilik idi. 5) Nişan – Zərin üstündəki xallar görünmürdü. ♦ Xal kimi – çox kiçik, 
bapbalaca – göyün üzündə bir xal kimi görünən; Xal vurmaq – naxış salmaq.

 Şeirin axırıncı bəndində altından xətt çəkilmiş söz ismin hansı halındadlr?
Debata qoşulun və fikirlərinizi əsaslandırın.
1) Bu söz ismin təsirlik halındadır.      2) Bu söz ismin yiyəlik halındadır.
Çap üçün deyil


127

 Verilmiş nümunələrdən hansında bağlayıcı işlənmişdir? Fikrinizi əsas-
landırın və  bağlayıcıların mənaca növünü təyin edin.
1) Elə bil əbədi xaldı şəhidlər    
4) İllər ötüşəcək, əlli də, yüz də
2)“Ölüm” lə “olum”un arasındaydı 
5) Qorumaqdan ötrü Azərbaycanı
3) Amalı, qüdrəti, ölməzliyilə
 
A) 1, 2              B) 2, 3              C) 2, 4              D) 3, 5                E) 1, 5
|
 Necə bilirsiniz, bu nümunələr içərisində köməkçi nitq hissəsi işlənməyən 
misra varmı? Fikrinizi əsaslandırın.
|
 Necə bilirsiniz, bu nümunələrdən hansında qoşma işlənmişdir? Düzgün 
variantı  tapın və qoşmaların məna növünü təyin edin.
A) 1, 4              B) 2, 3              C) 1, 3              D) 3, 5              E) 1, 5

  Cümlələrin  məzmunundakı  məntiqə  əsaslanaraq  boşluqların  yerinə 
müvafiq bağlayıcıları  artırmaqla atalar sözlərini oxuyun, bağlayıcıların qram-
matik vəzifəsini izah edin və məna növlərini göstərin.
1) Yalan ilə dünyanı gəzmək olar, 
 qayıtmaq olmaz. 2) Tısbağanı
  öldür, 
  arxası  üstə  çevir!  3)  Dostuna  pul  verən 
  pulu-
nu  itirər, 
  dostunu.    4)  Mal  adama 
 
dostdur, 
  düşmən.  
5)  Bir  var  Koroğlu, 
  var  kor  kişinin  oğlu.  6)  Yalançının  evi  yandı,              
 
heç kim ona inanmadı. 
Köməkçi:
 həm, həm də, ya, ya da, çünki,  yaxud, nə, nə də, ancaq, bir də

 Ahəng qanununa uyğun şəkilçi variantları seçməklə 20 Yanvar faciəsi 
haqqında müəllimin təqdim etdiyi mətni Azərbaycan dilinə tərcümə edin. Bu 
barədə daha nə bilirsiniz? Fikirlərinizi yoldaşlarınızla bölüşün. 
❿ 
Aşağıdakı  aforizmləri  oxuyun  və  onların  şeirin  məzmunu  ilə  nə 
dərəcədə səsləşdiyini izah etməyə çalışın. Nitqinizdə onlardan istifadə edin.
HИKMЯT XЯZИNЯSИNDЯN
1) Ən böyük şəxslər özündən çox, mənsub olduğu xalqı düşünən, onun xoşbəxtliyi 
yolunda həyatını verən insanlardır (Mustafa Kamal Atatürk). 2) Dünya tarixində 
ən böyük hünər və qəhrəmanlıqlar vətən naminə edilib (Jan Jak Russo). 3) Vətən 
yolunda ölməklə xeyir gətirəcəyini bilən hər hansı bir vicdanlı insan onun yolunda 
ölməyə tərəddüd edərmi? (Mark Tulli Siseron). 4) İnsan qorxaq olsa da, öz vətəni 
uğrunda qəhrəman kimi ölə bilərmiş (“Əli və Nino”).
⓫ 
20 yanvarda Şəhidlər xiyabanında olarkən, yaxud televiziyada Şəhid lər 
xiyabanından canlı yayımı izləyərkən hansı hissləri keçirmisiniz? Cümlələr və 
abzaslar arasında əlaqələri gözləməklə təəssüratlarınız əsasında “20 Yanvarın 
tarixi dərsləri” mövzusunda mətn tərtib edib yazın. Mətndə konkret fakt və 
nümunələrdən istifadə etməyə çalışın.
Çap üçün deyil


128

  Şeirin  birinci  bəndində  işlənən  feilləri  tapıb  formasını,  zamanını  və 
şəxsini müəyyənləşdirin, sonra onları digər şəxslər üzrə dəyişib yazın. Həmin 
feilləri  feilin digər formalarında da işlədin.
Kÿlmÿlÿrin “dili”ni þyrÿnÿk!
Qüdrət
 
– 1) Böyük qüvvət, güc; bacarıq – Ölkənin iqtisadi qüdrəti; 2) Təsir 
qüvvəsi, böyük nüfuz qüvvəsi – qüdrətli şair və dramaturq; 3) Taqət, iqtidar, güc – Bu 
cür sözlər üçün qüdrəti haradan aldın? 4) Möhkəmlik, iradə, iradə qüvvəsi; cəsarət 
– Ancaq unutma ki, mən ərlərdə qüvvət, qüdrət və cəsarəti sevirəm (C.Cabbarlı).   
5) Təbiət, fitrət, yaradılış –  Qüdrətdən səngərli, qalalı dağlar (A.Ələsgər). 

 Şeirdəki mənsubiyyət şəkilçili sözləri tapıb, əlaqədar olduğu sözlərlə 
birlikdə səsləndirin. Hər iki tərəfdəki şəkilçilərin qrammatik mənasını və nə 
bildirdiyini izah edin.

  Aşağıdakı  sözlərin  içərisində  “gizlənmiş”  düzəltmə  sözləri  tapıb 
səsləndirin, sonra həmin sözləri mənsubiyyətə görə dəyişib yazın və cümlələrdə 
işlədin.
vətənim, ölkəm, qəhrəmanım, şəhidim, ölüm, ömrüm, qorxu, izləri, sözləri, 
gözləri, kökü, ürəkləri
§ 34. QOçAQLAR  HƏMİşƏ  üRƏKLİ  OLUR!..
Qaçaqlar*  kənddən  aralanıb  Gülül  dağına  tərəf  qatarlandılar*.  Onlar 
xeyli getmişdilər
 ki
irəlidə, dağın ətəyində ağlı-qırmızılı, göylü-qaralı at ilxısı 
gördülər. Kərəm yoldaşlarına* dedi:
– Yaralı atı belə sürmək insafdan deyil, gedək o ilxıdan İsmayıla bir at 
seçək.
Yolun səmti dəyişdi. Dəstə* ilxıya yaxınlaşdı*. Kərəm qoca ilxıçıya salam 
verib xəbər aldı:
– Ay əmi, bu kimin ilxısıdır?
Qoca ilxıçı Kərəmi tanımadı. At belində şax oturmuş şümşadboylu, üzü 
təmiz qırxılmış silahlı növcavanı Gəncə bəylərinə oxşatdı. Suala sualla cavab 
verdi:
– Neynirsən, oğul?
– Bizə yaxşı bir at lazımdı!
  Kişi əlini havada oynatdı:
– Ay hay, – dedi. – Bu ilxının yiyəsi ölüb ki, hər yoldan ötən bir at aparsın?! 
Qurban ağanı tanıyırsanmı?
Kərəm atdan yerə endi:
– Uzaqdan-uzağa tanıyıram… 
Amma
 salaməleyküm yoxdu.
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə