10
❺
A.Səhhət M.Lermontovun şeirlərini tərcümə etməklə onu azərbaycanlı
uşaqlara tanıtmaq istəyirdi. Bəs siz Lermontov haqqında nə bilirsiniz? Bil dik-
lərinizi qısaca danışın.
❻
Necə düşünürsünüz, nəyə görə dostları Krılovdan tərcümələr etməyi
M.Ə.Sabirin ruhuna daha yaxın hesab edirlər? Sabirin əsərlərindən oxuduğunuz
nümunələr bu fikri söyləməyə əsas verirmi? Satirik şairin “Ata nəsihəti”
şeirindən aşağıdakı parçanı oxuyun və fikrinizi yoldaşlarınızla bölüşün.
Bəsdir, ey oğul, boş yerə bu elmə çalışma,
Qanın tələf oldu!
Gündüz, gecə səy eyləyibən dərsə alışma,
Canın tələf oldu!
Bu şəhrdə çoxdur, görürəm, elm oxuyanlar,
Onlar nə tapıblar?
Divanədilər malını bu yolda qoyanlar,
Guya ki, yatıblar...
HИKMЯT XЯZИNЯSИNDЯN
1) Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehti-
yatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir. Frensis Bekon
2) Kitablar bizi ötən əsrlərin varisi edir. Nəcəf bəy Vəzirov
3) Kitab bir nəslin digər nəslə mənəvi vəsiyyətidir. Aleksandr Gertsen
4) Kitabxanalar insanlığın tək etibarlı və qalıcı olan yaddaşıdır. Artur
Şopenhauer. 5 ) Kitablar qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəh bər-
dirlər. Samuel Smayls
❼
Aşağıdakı aforizmin oxuduğunuz hekayənin qəhrəmanları ilə əlaqəsini
izah etməyə çalışın:
Sənə hər kimsə elm edə təlim,
Ona vacibdir eyləmək təzim. Seyid Əzim şirvani
SÞZLÖK
təzim etmək – поклоняться
təlim – обучение
❽
Verilmiş birləşmələri Azərbaycan dilinə yazılı tərcümə edin və cüm-
lələrdə işlədin.
дорогие гости, близкие по духу, хорошая инициатива, мой юный друг,
нехватка учебников, присоединился к нему, прочитанный отрывок
Çap üçün deyil
11
❾
Mətndə qırmızı rəngdə verilmiş ifadənin izahı hansı bənddə daha dəqiq
ifadə olunmuşdur?
A) Sürətlə hərəkət edirdi. B) Çox sevinirdi. C) Həyəcanlanırdı.
D) Yeriməyə çətinlik çəkirdi. E) Sürətlə yeriyirdi.
❿
Nitqinizi uyğun səs tonu ilə tənzimləməklə mətni səhnələşdirin.
⓫
Firidun bəy Köçərlinin tərcüməsində İvan Krılovun “Tülkü və üzüm”
təmsilindən aşağıdakı parçanı oxuyun. Altından xətt çəkilmiş isimlərin qəbul
etdiyi şəkilçilər üzərində müşahidə aparın və onların nə bildirdiyi ilə bağlı
fikrinizi söyləyin.
TüLKü VƏ üzüM
… Tülküciyəz dayandı,
… Doğrudur mənim sözüm,
Baxdı, ağzı sulandı.
Dəyməyibdir o üzüm.
Dişi alışma tutdu,
Yesəm, dişim qamaşar,
dodağı, dili yandı.
Yemədim onu özüm.
|
İvan Krılovun əməksevərlik mövzusunda olan hansı təmsilini (Siz bu
təmsili bilirsiniz) Azərbaycan dilinə Abdulla Şaiq tərcümə etmişdir?
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Azərbaycan dilində əşya bildirən sözlərin kimə və ya nəyə (hansı şəxsə və ya
şəxslərə)
mənsub olduğunu
bildirmək üçün xüsusi şəkilçilərdən istifadə olunur. Bu
şəkilçilər
mənsubiyyət şəkilçiləri
(аффикс принадлежности) adlanır.
Tək
I şəxs (mənim) -ım
4
(-m) – xalq+
ım
,
vətən+
im
,
qürur
+
um
, gülüş+
üm
,
ana
+
m
...
II şəxs (sənin) -ın
4
(-n
)
– xalq+
ın
,
vətən
+
in
, qürur+
un
, gülüş+
ün
,
ana
+
n
...
III şəxs (onun) -ı
4
(-sı
4
) – xalq
+
ı
, vətən+
i
,
qürur+
u
, gülüş+
ü
,
ana
sı
, nənə+
si
,
palto+
su
ütü+
sü
...
Cəm
I şəxs (bizim)
-ımız
4
(-mız
4
) – xalq+
ımız
, vətən+
imiz
, qürur+
umuz
,
gülüş
+
ümüz
,
ana+
mız
...
II şəxs (sizin)
-ınız
4
(-nız
4
) – xalq+
ınız
, vətən+
iniz
, qürur+
unuz
,
gülüş+
ünüz
, ana+
nız
...
III şəxs (onların) -ı
4
(-sı
4
) – xalq+
ı
, vətən+
i
, qürur+
u
,
gülüş
+
ü
, ana
sı
, nənə+
si
,
palto+
su
ütü+
sü
...
⓬
Sizcə, hekayənin sonuncu cümləsində “o” əvəzliyindən sonra niyə
vergül işarəsi qoyulmayıb? Öyrəndiyiniz qaydanı yadınıza salın və fikrinizi
əsaslandırmağa çalışın.
Çap üçün deyil
12
⓭
Qruplara bölünün və müəllimin təqdim etdiyi mətndən biriniz Firidun
bəy Köçərlinin həyatı, digəriniz isə yaradıcılığı ilə əlaqədar hissəni Azərbaycan
dilinə tərcümə edin, məzmununu danışın.
|
Mətnin məzmunu üzrə suallar tərtib edib yoldaşlarınıza verin.
⓮
Mətndə qara şriftlə verilmiş sözlərin qrammatik mənasını sualların
köməyi ilə müəyyənləşdirin. Fərqli qrammatik mənalarda işlənən sözləri
qruplaşdırıb müvafiq sütunlarda sualları ilə birlikdə yazın.
⓯
Mətndə altından xətt çəkilmiş feillərin zamanını və şəxsini müəy-
yənləşdirin. Sonra mavi rəngdə verilmiş feillər üzərində müşahidə aparın və
onların hansı şəxsi bildirdiyini söyləyin. Necə bilirsiniz, bu feillərin hansı za-
manda olduğunu təyin edə bilərsinizmi? Fikrinizi bildirin.
⓰
Aşağıda gördüyünüz cədvəldə adlarına mətndə rast gəldiyiniz yazıçı
və şairlərin bəzi əsərlərinin yeri dəyişik düşüb. Aşağı siniflərdə oxuyub öyrən-
diyiniz bu əsərləri yadınıza salın və yanlışlığı tapıb düzəldin.
F.Köçərli
A.Şaiq
M.Ə.Sabir
A.Səhhət
“Tülkü və kəklik”,
“Dəvə və tikan”,
“Uşaq və buz”
“Oyan, oğlum”,
“Səməni”, “Arı”,
“Uşaq və dovşan”
“Məktəbə
çağırış”,
“Yaz günləri”,
“Qərənfil”
“Tənbəl”,
“Pələng ovu”,
“Ayı və şir”
|
Bu əsərlərin adında mənsubiyyət şəkilçisi ilə işlənmiş sözləri seçib
səsləndirin və hansı şəxsə aid mənsubluq bildirdiyini izah edin.
⓱
Mətndə adı çəkilən yazıçı və şairlərdən biri haqqında maraqlı təqdimat
hazırlayın.
⓲
Mətndə kursivlə verilmiş sözlərin sinonimlərini tapıb söyləyin.
§ 3. SAQQALLI UşAQ
I hissə
Bəzi uşaqlarda belə bir pis xasiyyət* olur ki, əllərinə karandaş düşən kimi
başlayırlar evin divarlarını yazmağa. Hələ çoxusu kömürlə də, tabaşirlə də
yazır. Hələ sən kömürü və tabaşiri deyirsən, mən elə pis uşaq görmüşəm ki,
əlinə mismarı, ya bıçağı alıb, divarları cızıb xarab eləyir.
Nədənsə, divar yazan uşaqlarla* mənim aram yoxdu; ondan ötrü ki, əgər
sən yaxşı uşaqsan və könlün məşq etmək istəyir, götür kağızı-qələmi, bir yerdə
otur və nə qədər kefindir, yaz.
İndi keçək nağılımıza.
Çap üçün deyil
Dostları ilə paylaş: |