Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
37
sadiqlərin mütləq fənafillah” olmaları vacibdir ki, surətdən keçsin-
lər, məna onlara kəşf olunsun
66
.
Dil istər
ona kəşf ola gər babi-məani,
Raci, belə tövcih edüb ərbabi-məani,
Babülillah ilən fəth olu hər babi-məani
Feyzi-nəzəri-babi-Şübeyrü Şəbər istər
67
.
Raci klassik ədəbiyyatdan bəhrələnirdi, onun təsirində idi,
eyni zamanda dövrünün ədəbi mühitinin əhatəsində idi, onun ab-
havası ilə yaşayıb yaradırdı. Dərdli şair idi. Kərbala şəhidlərinin
eşqini ruhuna hopdurmuşdu. Həyatı boyu oralara-o müqəddəs
məkanlara can atırdı. Ona görə də yaşı əlli olmamış artıq qocal-
dığını, dərddən belinin büküldüyünü, saçlarının ağardığını bildi-
rir və “Kərbəlanı qismət elə Raciyə hüzzar ilən”, – deyir.
Ağlaram, ta nə qədər cismdə canım vardur,
Oxşaram mən səni ta nitqi-bəyanim vardur.
Raciyəm, bir
sənə aləmdə gümanim vardur,
Ya Hüseyn, istə bu il vəqfeyi-qurbanə məni.
deyə yalvarır. Arzusu baş tutmayanda səbrə üstünlük verir.
Raci, əgər bu il sana
Olmadı qismət Kərbəla
Səbr et gilən, ey binəva,
Əssəbri miftəhül fərəc
68
.(
səbr hər xoşbəxtliyin açarıdır)
Şair beləcə həyatı boyu bir Əhli-beyt aşiqi, Allah aşiqi kimi
bir islam həyatı yaşayır, müqəddəs yerləri görməyə can atır və
bir gün zəvvarlara qoşulub Həccə ziyarətə gedir. “Şəcərənamə”
də Həccə getməyi ilə də bağlı maraqlı bilgilər var. Qeyd etdiyi-
miz kimi, bu üç qardaş ip toxuma (əlaqəbəndlik) işi və ticarətlə
məşğul olmuşlar. Bu barədə yeri gəldikcə şeirlərində söhbət açır.
66
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 93
67
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 91
68
Yenə orada, səh. 222, 237
Sədrəddin Hüseyn
38
Ziyarət ərəfəsi topladıqları pul ancaq birinin həccə getməsinə
imkan verir. Raci çox istəyir ki, bu haqdan böyük qardaşları Hü-
seyn istifadə etsin. Ancaq sonda Racinin getməsi qərarlaşdırılır.
Orada Raci ilə gedən başqa qohum və tanışlarının da adı çəkilir
69
.
S.Ə.Şirvani yazır ki, “Tarixi-hicrətin 1292-minci ilinin əvaxirində
şahzadeyi-əzəm Fərhad Mirzə beytüllahül-həramə azim olan ili
Məkkeyi-müəzzəməya müşərrəf olmüşdur. İtmami-ə’maldən son-
ra cənab Fərhad Mirzə ta’beləri ilə Cəddə yolundan vapor ilə İs-
tanbul yoluyla müraciət edirlər. Amma cənab Hacı Əbülhəsən
Cəddədən rakibi-səfineyi-atəşi olub, dəryayi-Şəbdən rəvaneyi-
Ətabati-aliyət ikən təlatümi-tufandan səfinələri şikəst olub, ol
gövhəri-ğülzümi-ədəb və ol afitabi-bürci-həsəb dəryayi-şəbdə
əhbaları (Məhərrəm ayının 10-u,1293-ci sənədə) ilə qərq oldu-
lar”
70
. Burada bir maraqlı məqam onların şahzadə Fərhad Mirzə
ilə Həccə getmələridir. İşin daha qəribə tərəfi ziyarətdən sonra
yollarının ayrılmasıdır. Belə ki şahzadə Fərhad Mirzə təbəələri ilə
İstanbul yolunu tutur, Raci isə nədənsə Cəddədən Qülzümə doğ-
ru gedir. Ədəbiyyatşünas N.Rizvana görə Raci “Hafizin “Divan”ın-
dan fal açmış,
gördüyü ilk
Eşq dərdinə, dəniz meykədə,
mən qəvvasam,
Cummuşam burda, görən bir də hayandan çıxam
beytini oxuyub İstanbul yolundan əl çəkir və Cəddədən gə-
miyə oturub Qırmızı dənizin Bab-əl-Məndab boğazında tufana
düşür və on məhərrəm 1292 (17.02.1873)-ci ildə 300 nəfərlə bir-
gə qərq olur”
71
.
M.Tərbiyət isə ziyarətin 1293-cü ildə olduğunu və S.Ə.Şir-
vani kimi Səburun mərsiyəsindəki “əya qəffar” ifadəni maddeyi-
tarixə çevirərək hicri 1293-cü ildə Qülzüm (Qırmızı) dənizdə bo-
69
Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).
Təbriz: Fəxri-Azər nəşriyyatı.1377, səh. 18
70
Şirvani S.Ə. Əsərləri.3 cilddə. IIIc., Bakı, 1974. 499 səh. 181
71
Cənubi Azərbaycan Ədəbiyyatı tarixi I c., Bakı: Nurlar nəşriyyatı, 2009, səh. 251