Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə12/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   8   9   10   11   12   13   14   15   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
37 
sadiqlərin mütləq fənafillah” olmaları vacibdir ki, surətdən keçsin-
lər, məna onlara kəşf olunsun
66

Dil istər ona kəşf ola gər babi-məani
Raci, belə tövcih edüb ərbabi-məani, 
Babülillah ilən fəth olu hər babi-məani 
Feyzi-nəzəri-babi-Şübeyrü Şəbər istər
67

Raci klassik ədəbiyyatdan bəhrələnirdi, onun təsirində idi, 
eyni zamanda dövrünün ədəbi mühitinin əhatəsində idi, onun ab-
havası ilə yaşayıb yaradırdı. Dərdli şair idi. Kərbala şəhidlərinin 
eşqini ruhuna hopdurmuşdu. Həyatı boyu oralara-o müqəddəs 
məkanlara can atırdı. Ona görə də yaşı əlli olmamış artıq qocal-
dığını, dərddən belinin büküldüyünü, saçlarının ağardığını bildi-
rir və “Kərbəlanı qismət elə Raciyə hüzzar ilən”, – deyir. 
Ağlaram, ta nə qədər cismdə canım vardur, 
Oxşaram mən səni ta nitqi-bəyanim vardur. 
Raciyəm, bir sənə aləmdə gümanim vardur
Ya Hüseyn, istə bu il vəqfeyi-qurbanə məni. 
deyə yalvarır. Arzusu baş tutmayanda səbrə üstünlük verir. 
Raci, əgər bu il sana 
Olmadı qismət Kərbəla 
Səbr et gilən, ey binəva, 
Əssəbri miftəhül fərəc
68
.(səbr hər xoşbəxtliyin açarıdır
Şair beləcə həyatı boyu bir Əhli-beyt aşiqi, Allah aşiqi kimi 
bir islam həyatı yaşayır, müqəddəs yerləri görməyə can atır və 
bir gün zəvvarlara qoşulub Həccə ziyarətə gedir. “Şəcərənamə” 
də Həccə getməyi ilə də bağlı maraqlı bilgilər var. Qeyd etdiyi-
miz kimi, bu üç qardaş ip toxuma (əlaqəbəndlik) işi və ticarətlə 
məşğul olmuşlar. Bu barədə yeri gəldikcə şeirlərində söhbət açır. 
                                                           
66
   Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 93 
67
   Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 91  
68
   Yenə orada, səh. 222, 237 


Sədrəddin Hüseyn 
38
 
Ziyarət  ərəfəsi  topladıqları  pul  ancaq  birinin  həccə  getməsinə 
imkan verir. Raci çox istəyir ki, bu haqdan böyük qardaşları Hü-
seyn istifadə etsin. Ancaq sonda Racinin getməsi qərarlaşdırılır. 
Orada Raci ilə gedən başqa qohum və tanışlarının da adı çəkilir
69

S.Ə.Şirvani yazır ki, “Tarixi-hicrətin 1292-minci ilinin əvaxirində 
şahzadeyi-əzəm Fərhad Mirzə beytüllahül-həramə azim olan ili 
Məkkeyi-müəzzəməya müşərrəf olmüşdur. İtmami-ə’maldən son-
ra cənab Fərhad Mirzə ta’beləri ilə Cəddə yolundan vapor ilə İs-
tanbul  yoluyla  müraciət edirlər.  Amma  cənab  Hacı Əbülhəsən 
Cəddədən rakibi-səfineyi-atəşi olub, dəryayi-Şəbdən rəvaneyi-
Ətabati-aliyət  ikən  təlatümi-tufandan  səfinələri  şikəst  olub,  ol 
gövhəri-ğülzümi-ədəb və ol afitabi-bürci-həsəb dəryayi-şəbdə 
əhbaları (Məhərrəm ayının 10-u,1293-ci sənədə) ilə qərq oldu-
lar”
70
. Burada bir maraqlı məqam onların şahzadə Fərhad Mirzə 
ilə Həccə getmələridir. İşin daha qəribə tərəfi ziyarətdən sonra 
yollarının ayrılmasıdır. Belə ki şahzadə Fərhad Mirzə təbəələri ilə 
İstanbul yolunu tutur, Raci isə nədənsə Cəddədən Qülzümə doğ-
ru gedir. Ədəbiyyatşünas N.Rizvana görə Raci “Hafizin “Divan”ın-
dan fal açmış, gördüyü ilk 
Eşq dərdinə, dəniz meykədə, mən qəvvasam
Cummuşam burda, görən bir də hayandan çıxam 
beytini oxuyub İstanbul yolundan əl çəkir və Cəddədən gə-
miyə oturub Qırmızı dənizin Bab-əl-Məndab boğazında tufana 
düşür və on məhərrəm 1292 (17.02.1873)-ci ildə 300 nəfərlə bir-
gə qərq olur”
71
.  
M.Tərbiyət isə ziyarətin 1293-cü ildə olduğunu və S.Ə.Şir-
vani kimi Səburun mərsiyəsindəki “əya qəffar” ifadəni maddeyi-
tarixə çevirərək hicri 1293-cü ildə Qülzüm (Qırmızı) dənizdə bo-
                                                           
69
   Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).                                               
Təbriz: Fəxri-Azər nəşriyyatı.1377, səh. 18 
70
   Şirvani S.Ə. Əsərləri.3 cilddə. IIIc., Bakı, 1974. 499 səh. 181       
71
   Cənubi Azərbaycan Ədəbiyyatı tarixi I c., Bakı: Nurlar nəşriyyatı, 2009, səh. 251 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
39 
ğulmasını  qeyd edir. M.İbrahimov da  bu fikirdədir,  ASE-də  də 
qərq ili 1293(1876), ancaq yeri Qırmızı deyil, Aralıq dənizi göstə-
rilir. F.Köçərli və C.Heyət 1292(1875) rəqəmini qəbul edirlər. Ə. 
Əhmədlunun kitabında verdiyi Səburun mərsiyəsində isə hər şey 
aydındır. Bunu mötəbər mənbə kimi qəbul etməmək olmur, çun-
ki  hələlik  bundan  və  “Şəcərənamə”dən  başqa  əlimizdə  başqa 
dəlil yoxdur. Bir də lerikli Molla Qələmdən qalan əlyazmasıdır ki, 
orada da “Divan”ın yazılma tarixi 1292 göstərilir. Bütün qaynaq-
lar da “Divan”ın ölümündən dərhal sonra tərtib və nəşr olundu-
ğunu göstərir. Səburun mərsiyəsi də “Qələm ənbərin şəmim Sə-
bur, Yafət əz kəlimə aya ğaffar”. 
راّفغ ايآ هملك زا تف اي روبص ميمش نيرابنع ملق 
72
 
beyti ilə bitir. Bizcə, burada illə bağlı fərqlərdə sadəcə diq-
qətsizlik olmuşdur. Çünki Səbura istinad ətsək (bütün mənbələr 
də buna istinad edir.), 1293-ü qəbul etməliyik. Fərqlilik sadəcə 
“əya qəffar” ifadəsinin “əif”lə, ya da “ye” ilə başlamasındadır. “Əlif” 
in əbcəd hesabı ilə rəqəmi 1 olduğundan sayılıb-sayılmaması da 
bir ilin artıb-azalmasına səbəb olur. Adı keçən müəlliflər ərəb əlif-
basını gözəl bilirdilər. Bu baxımdan bəzilərinin “aya” sözündəki 
“əlif”i nəzərdən qaçırmaları təəccüb doğuruir. Dənizə gəldikdə 
isə buradakı fərqlilik müəlliflərin o vaxtkı coğrafi bilgiləri ilə bağlı 
ola bilər. Əgər S,Ə.Şirvani həm Qülzüm, həm də “dəryayi-Şəb” 
(Qara dəniz) deyirsə, onda ASE-yə görə bu dənizin qonşusu Ara-
lıq dənizi ola bilər. Bunun da Qırmızı dənizlə əlaqəsi yoxdur. Bu 
iki  dənizi  birləşdirən  Süveyş  kanalı  isə  o  vaxt  mövcud  deyildi. 
Deməli, Raci ya Qırmızı dənizdən cənuba doğru hərəkət edib İran 
körfəzinə daxil ola bilərdi, ya da şimala doğru getsə, dənizin sa-
hilində quruya çıxmalı və quru yolu ilə Aralıq dənizinə qədər get-
məli, oradan da, Qara dənizə və Osmanlının sahillərinə çıxaraq 
yenə quru yolu ilə vətənə dönməli idı. Bu baxımdan Qırmızı də-
                                                           
72
   Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).                                              
Təbriz: Fəxri-Azər nəşriyyatı.1377,  səh. 19 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə