Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə20/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   16   17   18   19   20   21   22   23   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
61 
Vaqif  yaradıcılığının  Raciyə  təsirindən  danışmaq  düzgün 
olmazdı. Çünki Racinin vaxtında Qüzey Azərbaycanı Rusiyanın iş-
ğalı altında idi. O vaxt Vaqifin əsərləri çap olunmamışdı. Şifahi şə-
kildə Raciyə çatıb-çatmadığı da bəlli deyil. Ancaq yəqin ki, Raci 
öz müasiri Nəbati ilə və əsərləri ilə tanış idi. Vaqif və Nəbatidə 
özünü  göstərən  bəzi  oxşar  notlar  Nəbati  vasitəsilə  Raciyə  də 
çatmış ola bilər. Bu yöndən Vaqiflə Raci arasında paralellər apar-
mağı lazım bilməyib, bircə oxşar nümunəni verməklə kifayətlə-
nirik: 
Vaqif:  
Qoymaz göz önündən sevən sevəni,  
Könüldən könülə yollar görünür.
145
  
Raci:  
Gərçi deyillə yoldu könüldən könüllərə,  
Raci, bu söz yalandır mənim etiqadimə.
146
  
Şairlər qübar-toz sözündən müxtəlif şəkildə istifadə etmişlər.  
Aşıq Abbas:  
…Dəstələ zülflərin yerə dəyməsin,  
Yollar qubarlanar, toz dyər sana.
147
 
Raci:  
Daməni-pakin qübaralüdə olmaz, qorxma, gəl,  
Geymiş boyunca yar qəba, damənin öpüm.  
Ali-əba yetişdi çün Kərbübəla diyarinə,  
Batdıla sərbəsər möhnəti qəm qübarinə.
148
  
Bağrına  basmaq  ifadəsi Vaqifdə  müstəqim mənadadırsa, 
Racidə obrazlaşır, metaforik güc qazanır. Birində vəfalı Kərbala 
                                                           
145
  Molla Pənah Vaqif. Əsərləri. Bakı: Yazıçı, 1988,190 səh. 86 
146
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 80 
147
  Aşıqlar.  Bakı: Gənclik, 1970, səh. 10 
148
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 43, 142 


Sədrəddin Hüseyn 
62
 
yaralı Qasimi bağrına basırsa, digəri gülbədən tək yardan gələn 
məktubları.  Şəhriyarda  isə  zaman,  məkan  dəyişir,  səngər,  yara 
alan əsgər və metaforik “tellər”in tam yeni bir ifadəsi: 
Vaqif:  
Səfərdə yar yanından gələn kağızları bir-bir,  
Öpər Vaqif, basar bağrına hərdən gülbədənlər tək.
149
  
Raci:  
Yar dərdin basaram dərdimə dərmən yerinə.  
Və ya 
 Ağuşə can kimi allam məzaruvi
150
  
M.Şəhriyar:  
“Tellərin bas yarama, qoyma məni qan apara!”
151
 
Şübhəsiz, Raci klassiklərdən təsirləndiyi kimi, özündən son-
rakı ədəbi irsə də öz müsbət təsirini göstərə bilmiş, bir çox şair-
lər ondan bəhrələnəcəyi qədər ustad bir sənətkardır və ədəbi va-
rislik zəncirində özünəxas bir halqaya sahib olmuşdur. Təkcə “Nə 
eşq olaydı...” mətləli qəzəlinin təsir dairəsinə nəzər salsaq kifayət 
edər. 
Raci:  
Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı.
152
  
X.Natəvan:  
Nə mən olaydım, İlahi, nə də bu aləm olaydı! 
Nə də bu aləm əra dil müqəyyədi qəm olaydı!
153
    
M.Ə.Sabir:  
Nə dərs olaydı, nə sənət, nə elmi sənət olaydı. 
Nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı.
154
  
 
                                                           
149
  Molla Pənah Vaqif. Əsərləri. Bakı: Yazıçı, 1988, səh. 105 
150
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 40, 123 
151
  Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı: Elm, 2000, səh. 28 
152
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 37 
153
  Natəvan X.Əsərləri.(tertibçi Bəylər Məmmədov). Bakı: Yazıçı, 1983. 158 səh. 279 
154
  Mirzə Ələkbər Sabir. Hophopnamə. Bakı: Yazıçı, 1980, səh. 166 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
63 
H.Cavid:  
Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı. 
Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı.
155
  
M.Səfvət:  
Nə eşq olaydı, nə aşiq, nə dil, nə dilbər olaydı,  
Nə gül olaydı, nə bülbül, nə mey, nə sağər olaydı.
156
 
 
  
                                                           
155
  Hüseyn Cavid. Əsərləri.4 cilddə. II c., Bakı, 1982, səh. 32 
156
  Cənubi Azərbaycan ədədbiyyatı tarixi. II c., Bakı: Qanun,  2013, səh. 189 


Sədrəddin Hüseyn 
64
 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
65 
 
II FƏSİL 
ƏBÜLHƏSƏN RACİNİN LİRİKASI 
 
2.1.  Əbülhəsən Racinin məhəbbət lirikasi 
Ə.Racinin yaradıcılığını ənənəvi üsulla təhlil qeyri-mümkün-
dür. Onun yaradıcılığına mütləq klassik Azərbaycan, Şərq ədəbiy-
yatı kontektsindən, dini və fəlsəfi görüşlərinə də eyni ədəbiyyatın 
fəlsəfəsindən yanaşmaq lazım gəlir. Klassik irsi tədqiq edərkən 
“nəzəri fikrin son nailiyyətləri səviyyəsindən onları yenidən qiy-
mətləndirmək” (Y.Qarayev) lazımdir. Çünki “ədəbiyyatşünaslığı-
mız tarixində elə hallar olmuşdur ki, klassiklər qarşısında qeyri-
obyektiv müddəalar və tələblər irəli sürülmüş, “klassikləri öyrət-
mək (!)” iddiası “klassikləri öyrənmək” vəzifəsini üstələmişdir. ...bu 
baxımdan  görüləsi işlərin  böyük bir  hissəsi hələ qarşidadır.”
157
 
Hər hansı bir sənət əsəri yarananda o mütləq özündən əvvəlki 
ədəbiyyatı sərf-nəzər edir, ondan bəhrələnir: “Klassik bir əsər… 
Düşüncə baxımından bir dəyər daşımalı, çoxluq tərəfindən dəyər-
ləndirilən dini, tarixi və əxlaqi normalara uyğun, …gələcək nəsil-
lərin sevəcəyi və faydalanacağı əsərlər olmalıdır.”
158
 
İnsan yarandığı gündən onun özünün daxili aləmi, başqa-
sına bənzəməyəcək hisslər, duyğu və düşüncələr dünyası olmuş-
dur. Bu duyğu və düşüncələrin ən riqqətli anında onlar dilə gəl-
miş, sözlə ifadə olunmuşdur. Sözün qəlbə tərcümanlığı isə söz 
sənətkarlarına, şairlərə nəsib olmuşdur. Şairlərin ipə-sapa düzdü-
yü bu duyğu-düşüncələrə şeir deyilmişdir. Aristotelə görə “Şairin 
vəzifəsi həqiqətən olub keçənlərdən deyil, ola bilən şeylərdən, 
                                                           
157
  Qarayev Yaşar. Meyar şəxsiyyətdir. Bakı: Yazıçı, 1988, səh. 414 
158
  Ramazan Kaplan. Klassiklər tartışması Ankara, AKM yayın,1998, səh. 25 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə