Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə28/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   24   25   26   27   28   29   30   31   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
87 
Şair kainat kitabının heç bir səhifəsində bir hərf xətasının 
belə olmadığını bildirir, Günəşi nümunə gətirir:  
Baxdım süturi-səfheyi-afaqə sərbəsər 
Bir hərf nəbaqaidə yox bu kitabda. 
Bu karxanada hər şey öz yerindədir. Kainat kitabında qeyd 
olunmamış heç nə yoxdur. Hər şey yazılıb, sadəcə oxuya bilmək 
lazımdır. Dünyəvi sevgisinin üzündəki xətti-xalın sirrini anlayan 
yoxdur. Onu anlayan aşiqin eşqi Müshəfinin (Quran səhifələrinin) 
də mütərcimi olmuşdur.  
Yüzündə xalü-xətin sirrini anliyən yox idi,  
O müshəfin də mütərcim edib mənim eşqim.
203
  
“Surəti fərmani-həq, fərmanə bax, can gözün ac, surəti-yəz–
danə bax” deyən sələfi Nəsimi kimi “Baxanda hər yerə, hər yana 
surətin görür”, – deyə fəlsəfi görüşlərini dilə gətirir. Əslində isə 
hürufilərin əsas fikirləri də bu idi ki, yaradılanın hər biri xaliqindən 
xəbər verir. Bu sirri anlamaq üçün hürufat ən yaxşı açardır, vasi-
tədir. Sənətkar yaratdığına imzasını qoymamış deyil. (Bu gün çox 
şeydə, o  cümlədən insan  orqanlarında Allah  sözünü oxumağa 
cəhd geniş yayılıb və nəticələrə dair çoxlu faktlar aşkara çıxır.) 
Yaradılanların ən mükəmməli insan olduğundan ən çox ona tə-
vəccöh edilir. 
Bir qaranlıq gecədir yarın saçı 
Surətində ol mahi-tabana bax. 
Nigari-səfheyi-ruyun nəzarəsi xət ilə 
Aparır göz işığın ruzixət kitab kimi. 
Hay – həyat, daim diri olan, yaşayan və yaşadan anlamına 
gəlir. Külli kainat bu sözü zikr edir. Mövləvi dərvişlərin dilində 
“Hay-hay”, “hey-hey” şəklində virdi-zəban olmuşdur. Hətta xalq 
ifadəsi kimi, hay-huy, hay-küy şəklində daşlaşmışdır:  
                                                           
203
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 8, 17, 20 


Sədrəddin Hüseyn 
88
 
Gəlir bu “hay-huy”, Raci, bu dəm meyxanə səmtindən,  
Ki, huşum uçdu başımdan, bu nə qovğa, bu nə səsdir. 
Şair bəzən bu səsi haraya çağırır: ”Yetişsin nəreyi “hey-hey” 
fələkdən mahi pərvinə”. Haq nurunun hər yerdə təcəllasını Raci 
də qəbul edir:  
Eylədi ayineyi-aləmdə nuru-haq zühur,  
Tapdı ayətində surət məniyi-əllahi-nur,  
Bundan artıq çeşmi-həqbinə degil ayət zərur,  
Sərasər bu ənfusi afaqi-ayətdür qərəz.
204
  
Bu xüsusilə insan surətində görünür, yaradılanların ən mü-
kəmməli olduğundan.  
“Baxıram, vəchi budur daim o rüxsarüvə,  
Var səvabı baxa hər kimsənə Quran yüzünə”  
– deyə hürufanə bir fikir yürüdür və bunun dalınca çox qəribə və 
orijinal bir təşbih işlədir:  
Dəstə-dəstə tökülüb gül yüzə bu zülf siyah,  
Deyəsən əbr düşübdür mahi-təban üzünə.
205
  
Səni görən bilü tarını cəmalunda 
Yazubla bəs deyəsən la ilahə illəllah. 
Bu yazılanları oxumaq, Nəsiminin ifadəsilə, “quş dili” oldu-
ğundan heç də asan deyil.  
Dedi, bir daneyi-xalilə könül vəsfi-ruxun,  
Kimdi bu nöqtədə təfsir edə Quranı dürüst.  
Bir xal dənəli ruxu vəsf etmək olar, amma bu nöqtədə Qu-
ranı kimsə dürüst təfsir edə bilməz. Bu çətinliyi etiraf etsə də, şair 
bacardığı qədər “xət”dən danışır, təşbihlər işlədir, sifətdə “Qul hu 
vəllahi əhəd” surəsinin yazıldığını deyir. Ayrıca “Xətün” rədifli qə-
zəl də yazır.  
                                                           
204
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). 
Bakı: Sabah,1992, səh.64,36, 29, 180
 
205
  Raci.Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 175 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
89 
Belə ki, eylədi gəlməkliyə təcil xətün,  
Dutacax səfheyi-rüxsarüvi bu il xətün.  
…Müshəfi-surətivə surəbəsurə məktub 
Bəiyinnat ayəsinə yazdilə təvil-xətün.  
Xəm qaşun səcdəgah eyləllə mələksimalər və s.  
və ya 
Nə deyim, xalü xətün vəsfini mundan artux,  
Oxur eşq əhli onu sureyi-Quran yerinə.  
-deyərək bu fikri davam etdirib elə bir həddə çatır ki, Tövhid (Al-
lahın birliyi) nöqtəsini nigarın xalında görür.  
 
Axtarma sirri-nöqteyi-tohidi, zahida,  
Xali nigara bax, elə pərvərdigara şükr. 
Özünü dənə və suya həsrət qəfəs küncündə qalan bülbülə 
bənzədərək yalvarır ki,  
Həm xalü həm ləbə de bu künci qəfəsdə  
Biabü danə mürği-dili-zari saxlasın.
206
  
Burada Nəsiminin  
“Ey bülbüli-qüdsi, nə giriftari qəfəssən,  
Sındır qəfəsi tazə ğülüstan tələb eylə.”
207
  
beytini əlavə etmədən keçə bilmədik. Sələfi kimi Raci hərdən Qu-
ran ayələrindəki bəzi beytlərini elə bəzəyir ki, fikirlərin bundan 
gözəl ifadəsi təsəvvürə gəlmir: 
Cameyi-səbz ilə göstərdi ruxi-alini yar,  
Zahir oldu mənə sirri-şəcəri-əxdəri nar. 
Yasin surəsinin 80-ci ayəsinin məalı belədir: “O yaradan ki, 
sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur siz indi ondan 
                                                           
206
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).                                                       
Bakı: Sabah,1992, səh. 24, 26, 27, 40, 83, 25 
207
  Klassik Aərbaycan ədəbiyyatı kitabxanası. V c., Bakı: Elm, 1985, səh. 230 


Sədrəddin Hüseyn 
90
 
od alırsınız.” Beytdə hər şey aydındır, bircə “cameyi-səbz”dən baş-
qa. Əvvəlcə ayənin rəmzlərinə nəzər salaq. Ərəbistanda yaşıl hal-
da sındırılarkən od saçan ağacın mövcudluğu bu yaxınlarda bəlli 
olub. Quran qissələrindən bilindiyi kimi, İbrahimi (əs) Nəmrud oda 
atdırarkən od yandırmaq xislətinin ziddinə olaraq genişlənib bir 
yaşıllıq əmələ gətirir və Xəlilullah yanmır. Yaşıl ağacın xislətində 
od və ya odun içərisində yaşıllıq (yəni yanmamaqlıq), bunun hə-
yatdakı  əlaməti:  40,  bəzən  də  50-60  dərəcə  istidə  yarpaqların 
yaşıl  qalması  sirri.  “Cameyi-səbzə”  gəldikdə  isə  çox  güman  ki, 
cam (şam) ağacının yaşıllığı içərisindən odun-qızartının zühuru 
Allahın ğizli sifətlərindən biridir. Və bunu bir tərəfdən yaşıl örpə-
yə bürünən, üzündə yaşıl niqab olan və bunların altından “ruxi-
ali”nin zühuruna təşbeh edirsə, diğər tərəfdən də içərisində ya-
şıllaq olan Nəmrudun yandırdığı tonqala təşbeh edir: 
Həmişə xaneyi ümmid qalmaz, Raci, dərbəstə 
Olur bir gün ki, lütf ilə Yədullahi fəthi-bab eylər.
208
  
Fəth surəsinin 10-cu ayəsi belədir: “Ey peyğəmbər, (s.ə.s.) 
Hüdeybiyyə səfəri zamanı bir ağacın (ridvan) altında sənə beyət 
edənlər şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın (qüdrət) 
əli  onların  əllərinin  üstündədir.  Kim  (beyəti)  pozsa,  ancaq  öz 
əleyhinə  pozmuş  olur.  Allaha  etdiyi  əhdi  yetrinə  yetirsə,  Allah 
ona mükafat verər”
209
. Ayətdə Məkkənin fəthinə işarə edilir: 
Hübb ayəsi, zahid, sənə Quranda tapıldı,  
Mistaği mənə arizi-cananda tapıldı.
210
  
Hübb ayəsinin məalı belədir: “Vəzirin övrəti cavan qızımızı 
tovlayıb yoldan çıxarmaq istəyir. Yusifin məhəbbəti onun bağrını 
qan etmişdir. Biz onun açıq-aşkar (doğru yoldan) çıxdığını görü-
rük.”
211
  
                                                           
208
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh.69, 62 
209
  Bünyadov Z., Məmmədəliyev V.  Qur’an (tərcüməsi).Bakı, 1992. səh.510 
210
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh.71 
211
  Bünyadov Z., Məmmədəliyev V.  Qur’an (tərcüməsi).Bakı, 1992. səh.204 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə