Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə24/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   20   21   22   23   24   25   26   27   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
75 
Ey zülf, ölübdü yoxsa bir istəkli aşiqün,  
Matəm tutub ona başuva qarə salmısan. 
Vaxt olur üzünün zülfə bürünməsindən də bezir “badi-sə-
baya” yalvarır. Axır badi-səba rəhmə gəlir, açılan gül üzünə ta-
maşa etməyə imkan tapır və buna şükr edir.  
Etdi səba o zülfüvi yüzdən kənarə, şükr,  
Etdim doyunca gül yüzünə mən nəzarə şükr. 
Heç nəyə əli yetməyəndə Füzulinin “bir ah ilə min Bisütu-
nu badə verdiyi” kimi, Raci də ona hər gecə ilan olan 
O zülf ki, mənə hər tari mardir, Raci,  
Onun evin nə bir ah ilə tarü-mar elədim.
183
  
–  deyərək  təsəlli  tapır.  Rəhmsiz  yarı  “sinəsini  yaralayıb 
zülfünü  dağıdır,  sanki  müşki-xütən  görsənir.”  Göstərdiyi  zülf 
içində xalın nə olduğunu anlaya bilmir, bəlkə də “könül mülkünə 
dam qurub dən göstərir.” Onu elə bir tora salıb ki, “Eyləyib atəşi-
rüxsarını  hin-duyə  behişt,  Xaliqin  hansı  Xəlili  belə  icaz  bilür” 
kimi  misallarla  yanağı  içində  xala  möcüzə  kimi  baxır,  bunları 
qaçılmaz bir tilsi-mə bənzədir. 
Qaçammaz həlqeyi-zülfündən, ey dilbər, mənim könlüm,  
Qöyubsan üstünə xali siyahdan qərəvil sən
184
  
Burada Aşıq Abbasın orijinal bənzətməəri yada düşür: “Dəs-
tələ zülflərin yerə dəyməsin, Yollar qubarlanar, toz dəyər sənə.”
185
 
Şair həm də çox ustalıqla “qərəvil” sözünü şeirə gətirməklə siyasi 
manevr edir. Racinin şeirlərindəki gözəlin saçları da topuğa dəyir, 
yerlə sürünür. Hətta o qədər uzundur ki, bütün bədənini örtə bi-
ləcək paltar kimi nəzərə gəlir.  
Gözəlin saçlarını Zöhhakın çiynindəki ilanlara bənzədərək 
bir az da uzağa gedir. Möminlərin əmmamələri kəfəni əvəz ede-
                                                           
183
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 72, 82, 81 
184
  Yenə orada, səh. 78 
185
  Aşıqlar.  Bakı: Gənclik, 1970, səh. 10 


Sədrəddin Hüseyn 
76
 
cək ölçüdə olduğu kimi, Raci gözəlıinin zülfləri də belə bir funk-
siya daşıyır. Təkcə özünü deyil, hətta, hər ikisini bürüyə bilir. Çünki 
birinci şəxsin dili ilə danışır:  
Ölsəm əgər bu zülf ilə bir tari-muyi-zülf,  
Olsa kəfən, bu cism bir şəkikbardan keçər.
186
  
Örtünmək, hicab, yad nəzərlərdən qorunmaq (oxu: bu gün 
sadəcə soyuqdan qorunmaq) insana xas bir illətdir. Hicab-təsət-
tür son anda Allahın əmridir. Buna görə ayə nazil olunmuşdur. 
Pərdədə  olan,  görünməyən,  görməyə  can  atılan  var  olanların, 
yaradılanların ən qiymətlisidir. İ. Nəsimi 
Bürqeyi üzündən açarsan məgər naməhrəmə,  
Gizli əsrarı əyan etmək dilərsən, etməgil.
187
  
deyirsə, Raci biganənin xəyalının belə könül mülkünə girməsinə 
dözə bilmir: 
Yol vermə könül mülkünə biqanə xəyalin,  
Naməhrəmi qoyma hərəmi-eşqə, hicab et. 
Naz ilə dilbərim əgər üzdən niqab atar,  
Can nəqdini bu aşiqi-bisəbrü tab atar. 
Aç müshəfi-rüxsarun, ey yari-Məsihaləb,  
Rəhm eylə müsəlmansan, insaf eylə, tərsasan.
188
  
deyərək bu məsələyə müxtəlif cəhətdən öz münasibətini 
bildirir. Göründüyü kimi, zahiri əlamətlər Racinin yaradıcılığında 
özünəxas şəkildə canlandırılır, şəxsləndirilir, nitqləndirilir və rən-
garəng obrazlar silsiləsi yaradılır. Mina gərdəni, al yanağı, səri-
kuyi, xalı, ləbləri, boyu, hətta libası belə qeyri-adi mənzərələr üçün 
sanki rəng çalarına dönür. Bu qədər dərin bədiiliklə bərabər həm 
də çox aydın və anlaşıqlı deyir.  
                                                           
186
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 56 
187
  Klassik Aərbaycan ədəbiyyatı kitabxanası.5 c., Bakı: Elm, 1985, səh. 146 
188
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 18, 76, 78 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
77 
Şairin sevgilisi Günəşdən nur alan Ay kimi sübh qəsrdən çıxar. 
Qırmızı atlasdan paltar geyir. Bu əlamətlər şairin axıtdığı qanlı göz 
yaşlarına bənzəyir.  
Tifli-yətimi-əşkimi gör dövlətində ha,  
Ey şahi-hüsn, qırmızı ətlas libasıdır. 
Sübhdəm çün qəsrdən naz ilən ol ziba çıxar,  
Kəsfi-nur etməkliyə mehri cahanara çıxar. 
O həm də yaşıl paltardadır: Yaşıl qəba içində o muyi-miyan 
keçər,  
Guya miyani-səbzdə sərvi-rəvan keçər. 
Qəbayi-səbz ilə yaşıl əmmamə başində,  
Deyərsən tutidir bir sərvi xoşrəftar başində.
189
  
“O sərvqamətin nərgisi-məstindən fitneyi-axirzaman, suri-
qiya mət görsənir”, “O bu qədd-qamətlə bağə getsə başinə qum-
rilər dolanar, bülbüllər əfğanə gələr”, “Arizin görən aşiqin quru-
muş əşki-çeşmi car olur”-tam “bahar əyyamı”kimi.  
Şair onu tovuza bənzədərək “ruyindəki zülf ilən xalə təəccüb 
edir ki, tovus necə saziş edər mar yanında, rüxsarini görən heç 
kəs günə baxmaz, ayinə heyran qalar, tuti lal olar.” “Cananın arizi-
ərəqi-xəyali ümmanda tapılan düri-şəhvardu”, zahid diqqətlə bax-
sa, bu pəriçöhrədən rövzeyi-rizvanda tapılmayacağını” dərk edər. 
Lirik qəhrəmanın cigəri kipriklərinə kabab kimi düzülür, arizi 
aləmi yaxıb yandırır, yalvarır ki, xəncəri-xunrizi-qəmzəsi yerində 
dursun, onsuz da tiri-şəhabi-naz şairi həlak eləyib.  
Mənim bu əşhəbi-təbim gümüşdən sinəbənd istər,  
Qolun, ey siminbər, gəl boynuma eylə həmayil sən. 
– deyərək Fərhaddan, Manidən fərqli olaraq Şirininin rəsmini Bi-
sütunda, bütxandə deyil, tişə ilə qazıb sinəsinə –canə nəqş edər. 
Hicran atəşi aşiqi o qədər ağladıb ki, göz yaşı onu görünməz edib.  
                                                           
189
  Yenə orada, səh. 31, 31, 30, 33 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə