Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə22/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   18   19   20   21   22   23   24   25   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
69 
Səbu başini məclisdə, müğənni qoydu tar üstə,  
Dedi ahəstə-ahəstə nigar adin bu gəmginə. 
Bu məclisdə “türki-qəzələ” ehtiyac var və onu özü deyəcək: 
De bir türki-qəzəl, Raci, oxusun bu gözəl Raci, 
Bələd olsun əzəl, Raci, rümuzi-eşqin dərdinə.
171
  
Ancaq eşqin bir bəla olduğunu, bu dərdi çəkməyin rəmzlə-
rinə bələd olmadan,“qəvvas” olmadan müşküllüyünü Racinin lirik 
qəhrəmanı da çox gözəl dərk edir və eşqə düşənlərə “Əvvəl çi-
gərün sixi-məhəbbətdə kəbab et,  
Ondan sonra bu meygədədə meyli-şərab et. 
Nigar kuyidi, can verməsən nəsib olmaz,  
və ya  
Məgər verüllə behişti günahkarə, yeri ” 
– deyə əvvəldən xəbərdarlıq edir. 
Göz yaşı ilə hər yeri laləzar etmək, dərya etmək hələ azdır, 
gərək “ruxi-didarə qeyz ilə deyil, yalvara-yalvara baxasan”. “Eşq 
bir gəncinədir kim, mənzili viranədi” və eşqə düşənlərin fikri elə 
dağınıqdır ki,  
Gözüm gər istəyə könlümü bir yerə edə cəm,  
Gərək qiyamətətən axtarıb nişan tutsun.
172
  
Rahi-cananda candan keçməyin Füzuli deyimlərini Raci də 
çox vurğulayır. “Rahi-cananda, könül keçgilən öz canından, Tök-
sələr qorxmagilən bircə qaşıq qanından”-deyə məsələyə bir qədər 
də romantik yanaşır. 
Bu fikirləri inkişaf etdirərək eşq aləmində sanki öz manifes-
tini elan edir: 
                                                           
171
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 18 
172
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 35 


Sədrəddin Hüseyn 
70
 
Gərək qaşü gözü zülfü xətü xal istəyən aşiq,  
Qərarü, səbrü, əqlü, dinü imandan əl çəksün.
173
  
Klassiklərimiz hər nə qədər mütəvazi olsalar da, yeri gələn-
də öz məqamlarını, sənət dünyasında tutduqları yeri göstərməyi 
lazım biliblər. Həm də bunu çox dəqiq ifadə ediblər. “Şeirdən uca-
lıq umma dünyada, çünki Nizami ilə qurtardı o da” deyən Nizami 
kimi, “hər sözü bir pəhləvan olan”, “aşiqi-sadiq” olan, “şeirinə xal-
qın müştaq olduğu” Füzuli kimi, “Bənzərəm bir qocaman dağə 
ki, dəryadə durar” deyən Sabir kimi Raci də hərdən sənət dünya-
sında özünü təqdim edir, sənət aləmində kimliyini bəyan edir:  
Raci, fünuni-şeirdə gərçi, vahidsən,  
Dəm vurma çox ki, baisi-lafi-gəzaf olur.
174
  
“Nəsimi sözün kimsə fəhm edə bilmədiyi” kimi, “süturi-səf-
heyi-afaqə sərbəsər baxan və bir hərfin belə qeydsiz olunmadı-
ğını” görən Raci də “Qəşr ilə annamaz bu sözün, Raci, məğzini, 
Dərrakə yox bu şəhrdə ləbbü-ləbbadə”, təəssüfü ilə “Raci, fünuni 
şeirdə həddə, kəmalə yetmisən,…”, -deyə özünü öyməyi də unut-
mur:  
Saymaram İskəndərü, Cəmşidü, Keykavusi mən,  
Ləbşikəstə cam ilən, Raci, sınıq qəlyan ilən. 
Raci  öz  yerini  bildiyindən  başqalarından  da  diqqət  və 
sayğı gözləyir, bu olmayanda qarğışdan belə çəkinmir:  
Bu Racidü, hər kimsənə etməz buna xoşluq,  
Dutsun görüm Allah boğazından, bu naxoşluq. 
Raci şeir aləmində öz yerini göstərdiyi kimi, eşq aləmində 
də nəyə qadir olduğunu bildirir. Özünü Yaqubla, Yusiflə, Fərhad, 
Məcnun və Sənanla müqayisə edir: Yaqub tək xəndan kimi “dili-
giryan” olub Təbriz şəhrinə gəldiyini bəyan edir. 
                                                           
173
  Yenə orada, səh. 54 
174
  Yenə orada , səh. 17 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
71 
Bənzəməz bir daği-xüşk ilə mənə Fərhad, mən 
Sinəmin yüz dəfə daği-zəxmidarın görmüşəm
175
  
Özünü sevgisi uğrunda dağ çapan Fərhada bənzətsə də, 
əslində sinəsində yüz dəfə “daği-zəxmidarın gördüyündən” Fər-
hadın ona bənzəmədiyinə işarə edir. Necə ki, M. Füzuli “Məndə 
Məcnundan füzun aşiqlik istedadı var” deyirdi. Şair özünü Məc-
nunla da müqayisə edir. “Onu ərəb çöllərində, Racini də İranda 
risvayi-eşq olsun deyə yazıblar. Amma bu Məcnun müasir aşiq-
lərdəndir. Qeys çöllərdə, Raci şəhrdə olur”.  
Eşqin əzabına hər kim dözə, duruş gətirə bilməsə də Raci 
durur, dözür.  
Qəm bəstərindən heç kim ayağa duranmadi,  
Durdi, düzəldi, bu dili-biçarə tazədən.  
Qurban bayramında “Eydi-əzhadə kəsər xəlq qoyun qurba-
ni, Sən də gəl kəs məni qurban, boyun qurbanı”, -deyərək xalq-
dan fərqli olaraq özünü sevgilisinə qurban verməyi arzulayır. Bu-
nu da ehtiyatla deyir, çünki eşq rəmzini hər tifl anlaya bilməz.  
Nərgislərə təklif eləmün eşq rümuzin,  
Əbcəd dögü, hər tifli bu irşadə gətirməz. 
Yaradıcılığı boyu Racinin  ən  çox müraciət etdiyi, xəyalən 
dialoqa girdiyi, bəzən tənqid etdiyi, bəzən də kinayə ilə süzdüyü 
zahidlərdir, zühd əhlidir. Bura qədər deyildiyi kimi, lirik əsərlərin-
də iki Raci görünür. Biri haradasa “dinini dünyaya verməyən”. İlahi 
eşqə bağlı olan, özü də nə qədərsə zahidləşən, digəri isə ancaq 
dünya üçün yaşayan, dünya gözəlinin yolunda çəkdiyi məşəqqət-
lərə, bu gözəlin vəsfinə, eşqinin ucalığına şirin nəğmələr deyən 
şair bunların sərhəddini də dəqiq müəyyənləşdirir.  
Ata malı kimi zahid mən ilən böldi püşk atdı,  
Mənə qismət səri-kuyin, ona cənnət düşdi. 
                                                           
175
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).                                                       
Bakı: Sabah,1992, səh. 20, 28, 44, 298, 19 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə