Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə19/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   15   16   17   18   19   20   21   22   ...   62

Sədrəddin Hüseyn 
58
 
Racidə:  
Min beyt ilən bu beyti çəməndə oxur həzar: 
Aşiq olanların işi ahü fəğan keçər.
127
  
Füzulidə:  
…Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
128
 
Racidə:  
Nalə ilə yuxuni xəlqə həram eyləmişəm.
129
  
Füzuli dəfələrlə təbibə xitabən ondan əl çəkməyini, bu dər-
din dərmansız olduğunu bildirdiyi kimi, Raci də eyni fikirdədir.  
 Bu dərdi-eşqi çəkmə, təbib, əbəs yerə rənc
 Əlac yoxdur əgər gəlsə çarə yüz yerdən.
130
 
Füzulinin fələkləri ahindən yandığı kimi, Raci də “canı çıxana 
qədər fəqan etməyi” lazım bilir ki, bəlkə “əflakə fəqanı çıxa”.  
Füzuli:_Olsaydı_məndəki_qəm_Fərhadi_mübtalədə,_Bir_ah_ilə_verərdi_min_Bisituni_badə._131__Raci'>Füzuli:  
Olsaydı məndəki qəm Fərhadi mübtalədə,  
Bir ah ilə verərdi min Bisituni badə.
131
 
Raci:  
Bir ah çəksə Raci əgər, şəmi-məhrü mah,  
Bəzmi-sipehri-günbədi-dəvvardən keçər.  
Və ya Onun evin bir ah ilə nə tarü-mar elədim.
132
  
“Leli və Məcnun” əsərində Leylinin həyətinə gələn Məcnu-
nu görən Leyli 
                                                                                                                           
126
  Klassik Azərbaycan ədəbiyyatı kitabxanası.8c.,  Bakı: Elm,1988, səh. 295 
127
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 30 
128
  Klassik Azərbaycan ədəbiyyatı kitabxanası.7c., Bakı: Elm, 1988, səh. 109 
129
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 31 
130
  Yenə orada , səh. 36 
131
  Klassik Azərbaycan ədəbiyyatı kitabxanası.7 c., Bakı: Elm,1988, səh. 100 
132
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992,278 səh. 56, 81 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
59 
…Qılalım sərf nəmiz vər isə mehmanimizə,  
…Can verib dilbərə minnət qoyalım canimizə
133
 deyir.  
Raci də bu şəkildə hər şeyi sevgilisinə qurban etməyə hazırdır: 
Xəmidə qaşlarun tapşur mən ilə rast tərpəşsün,  
Ona qurban edim mən də əlimdə hər nə varim var.
134
  
Füzuli:  
Pəmbeyi-daği-cünun içrə nihandır bədənim,  
Diri olduqca libasım budur, ölsəm kəfənim.
135
 
Raci:  
Əcəl, can xirqəsin al bu vücudi-natəvanimdən,  
Məlamət oxlarilə olmuşam asudə kisvətdə.
136
  
Bunlardan əlavə, bir çox Azərbaycan şairləri kimi Raci də 
Kərbəla mövzunun ilk anadilli əsəri olan “Hədiqətüs-süəda”nın 
müəllifi Füzulidən bəhrələnmişdir.  
Füzulidən  sonra  Raci  yaradıcılığında  Nəsiminin  təsiri  də 
özünü göstərir. Burada H. Mənsur, hürufi, ənəlhəq sözlərinə rast 
gəlinir. Şairdə yeri gəldikcə Nəsimi kimi haqqı dərk etmə meylini 
görrürük. Nəsiminin çox vaxt rəmzlərlə danışdığı və bu rəmzlərin 
hər adamın başa düşə bilməyəcəyi fikirlərə Racidə də rast gəlirik.  
Sevgilisində yox olan, onunla bütövləşən Raci vücudunda 
ondan başqa bir şey olmadığını bildirir və Nəsiminin “Ağrımaz” 
dakı “sərpa” ifadəsini belə işlədir: 
Külli cismimdə tapılmaz səndən özgə bircə şey,  
Həq bilür gər yarsalar tiğ ilə sər ta pa məni.
137
 
                                                           
133
  Məhəmməd Füzuli. Leyli və Məcnun. Bakı: Azərnəşr, 1940. 231 səh. 331 
134
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 64 
135
  Məhəmməd Füzuli. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1984, 269 səh.16 
136
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992,səh. 243 
137
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992. səh. 32 


Sədrəddin Hüseyn 
60
 
Nəsimidə:  
Aləmdə bu gün səncıləyin yar kimin var? 
Gər var desən,yox deməzəm,var, kimin var?
138
  
Racidə:  
Saqi, bu şəkər ləb ki, sənin vardı, kimin var? 
Bu cami-ləbaləb ki, sənin vardı, kimin var?
139
 
Bildiyimiz  kimi,  “Kitabi-Dədə  Qorqud”da  Dəli  Domrulun 
xanımı Əzrailin (əs) istəyi ilə ömrünü ərinə bağışlamağa razı olur. 
Ömürdən başqalarına payın mümkünsüzlüyünü bilsələr də, şair-
lər zaman-zaman istəklərini “qurban olmaq”, “can vermk” şəklin-
də bildirmişlər. Raci bu məsələyə öz fikrini belə ifadə edir: 
İstərəm həqdən ki, qoysun ömrün üstə ömrümü,  
Dəmbədəm məlbus olursan cameyi-əlvan ilən.
140
  
İ.Həsənoğlu: Tutuşmayınca dər atəş bulunmaz xisləti-ənbər,…
141
  
Raci:  
Cananə yetişməz hər o kəs yanmasa canı,  
Bu nöqtə yazılmış pəri-pərvanələr üstə.
142
 
Şairlər yeri gəldikcə yamsılamalardan da istifadə edir. İ. Hə-
sənoğlu “nə qülqül, qülqülü badə” (62, 25), Ş.İ.Xətayi “qum-qum 
der ıdı ağacda qumri”.
143
 şəklindədir. Racidə 
Saqi, mina gərdənin, şirin ləbin vəsf eylərəm,  
Şişə ta qülqüldədür, peymanə şirəngizdür.
144
 
                                                           
138
  Nəsimi. Seçilmiş əsərləri. (fars divanı) Bakı, 1985, səh. 49 
139
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh.48 
140
  Yenə orada, səh. 44 
141
  Klassik Azərbaycan ədəbiyyatı kitabxanası.20 cilddə. III c.,                                 
Bakı: Elm, 1984, səh. 25 
142
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 74 
143
  Klassik Azərbaycan ədəbiyyatı kitabxanası.20 cilddə. III c.,                               
Bakı: Elm, 1984,  səh. 415  
144
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh.46 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə