Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə18/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   14   15   16   17   18   19   20   21   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
55 
lim, dinməyəndə dıl yandı”, ”Öz ayağı altına salmaz şüasın, rəsm-
dür, Pərtövin əmma salur hər yanə şəm”.
112
  
Racinin şeirlərində bayatılarımızla da səsləşən fikirlər çoxdur.  
Oxu candan.  
Aç kitab oxu candan,  
Təbib, qurbanın ollam,  
Çıxarma oxu cannan.  
Və ya 
Gül adamlar,  
Qönçələr, gül adamlar,  
Bülbül döşün xar yırtar,  
Qanını gülə damlar.  
Racidə: 
Çıxa can raziyam ey məhliqa sinəmdən,  
Degüləm razi sənin tirü kamanın çıxsun.
113
  
Könüldən tiri-müjganun çıxsa, çıxar, canım  
Vücudum qəsri müstəhkəm olub tiri-möhkəmlə.
114
  
Dutalla şişəyə bülbüllərin qanın qoymun,  
Gülabü-qönçəni gülçini-bağiban dutsun
115

Birinci misalı həm müstəqim, həm məcazi mənada ələ al-
maq olar. Belə ki, ürəyə ox, ya bıçaq batırsa, həkimə çatınca onu 
çıxartmasalar, sağ qala bilər. Digər tərəfdən sevgilisinin ürəyinə 
sancdığı ox, onun ağrısı şair üçün o qədər şirindir ki, onu çıxar-
mağı rəva görmür.  
                                                           
112
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).                                                        
Bakı: Sabah,1992, səh. 27,43,26,31,49,62,80,84  
113
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah, 1992. səh.34 
114
  Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).                                                 
Təbriz: Fəxri-Azər nəşriyyatı.1377, səh. 224 
115
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 35 


Sədrəddin Hüseyn 
56
 
Xalq yaradıcılığından əlavə, Raci bir də klassiklərdən yara-
dıcı şəkildə istifadə edir. Onuun şeirlərində ən çox yer tutan, tə-
sirində olduğu sənətkar M. Füzulidir. Ayrı-ayrı beytlər, misralar 
və ifadələrdəki takva dinyası, təsəvvüf və zühd aləmi, can və ca-
nan eşqi Füzulini xatırladır, Füzulisayaq dərin və şirin poetik de-
yim tərzi, ifadə xüsusiyyətləri özünü göstərməkdədir. Şeirlərinin 
birində o özü belə deyir: 
Əhya ola bu nəzmim ilə əzmi-Füzuli,  
Bu möcüzəmin şahidi İsayi-zamandur.
116
  
Burada Füzuli sümüklərini dirildəcəyinə simvolik bir işarə 
etməklə bərabər, vaxtilə Füzulinin dediyi 
Məndə tövfiq olsa ol düşvarı asan eylərəm,  
Növbahar olğac tikəndən bərgi-gül izhar olur.
117
  
misraları xatirə gəlir; Raci də sanki burada ustadı kimi öhdə-
lik götürür. Füzuli “Saqi, kərəm eylə cam gəzdir” dediyi kimi, Raci də 
Götür, saqi, meyi-külfami, doldur cami-zərrinə,  
Əlimdən tut amandır, qərq oldum qüssə bəhrinə
118
  
– deyir.  
Raci “Divan”ının müqəddiməsində H.Abıyev də bu təsirdən 
danışaraq yazır: 
“…Racinin demək olar ki, əksər qəzəllərində Füzulinin təsiri 
aşkar görünməkdədir. Onun elə beyt və misraları var ki, məzmun 
və ifadə formasından başqa, ahəng, rədif, bəhr etibarı ilə də Fü-
zuli şeirinə bənzəyir, …qəzəllərinin davamı kimi səslənir”. Raci də 
Füzuli kimi aşiqi-sadiqdir. ”Aşiqi-sadiq mütləq fənafillah olmalı-
dır”.
119
  
                                                           
116
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 16 
117
  Klassik Azərbaycan ədəbiyyatı kitabxanası. VII c., Bakı: Elm, 1988, səh. 166 
118
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 17 
119
  Nəbati S.Ə. Əsərləri.Bakı: Azərbaycan SSR EA nəşrləri, 1968, səh. 93 


Füzulidə'>Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
57 
Füzulidə:  
Eylə zəif qıl tənimi firqətində kim,  
Vəslinə mümkün ola yetirmək səba məni
120
 litotası 
Racidə:  
Bünyadi-dili süst elədin naz ilə axir,  
Qoyma bu işi süst ola bilmərrə xərab et 
121
  
Və ya Təbibi-eşqi gedin başım üstə bir gətirün,  
Bu dərd ilə gedə bilməm təbib evinə
122
 şəklindədir. 
Füzulidə
Eşq ilə riya deyil müvafiq,  
Rüsva gərək həmişə aşiq.
123
  
Racidə:  
Gizlənməz eşq dərdi fəraqi-vüsal ilə,  
Qalmaz bu sirr şahidi hərgiz niqabdə.
124
  
Yaxud Nəngi-nam istəsən, eşq ilə könül, bədnam ol.
125
  
Füzuli yaradıcılığı boyu çox vaxt cəfadan doymur, qəmlə 
qol-boyun olur, elə dərd axtarır, dava istəmir, bəla istəyir, hərdən 
də bezib “usanmazmı” deyirsə, Racidə də bu “cünunluq” özünü 
göstərir, amma sona qədər dözə bilmir, cəfalardan imtahan ol-
duğunu bilsə belə, bezir, zara gəlir.  
Füzulidə:  
Eşq içrə əzab olduğun ondan bilirəm kim,  
Hər kim ki, aşiqdir, işi ahü fəğandır.
126
  
                                                           
120
  Klassik Azərbaycan ədəbiyyatı kitabxanası. VII c., Bakı: Elm, 1988, səh. 304 
121
  Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).                                                 
Təbriz: Fəxri-Azər nəşriyyatı.1377, səh. 68 
122
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 52 
123
  Klassik Azərbaycan ədəbiyyatı kitabxanası. VII c., Bakı: Elm, 1988, səh. 276 
124
  Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).                                               
Təbriz: Fəxri-Azər nəşriyyatı.1377, səh. 216 
125
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 69 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə