Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə14/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   10   11   12   13   14   15   16   17   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
43 
Dünya eşqi, həyata bağlılıq, insan olaraq bu dünyada nədən is-
tifadə edə bilərsə, ona qarşı meyil və bu müxtəlif meyillərin müx-
təlif adamlarda müxtəlif təzahürü ədəbiyyatın da əsas mövzusu 
olmuşdur.  
İslamiyyətin gəlişindən sonra isə vəziyyət dəyişir, insan özü-
nü yeni müstəvidə dərk etməyə başlayır, yeni eşqə mübtəla olub 
divanələşir ki, bu “sərməstlik”dən “idrak etməzəm dünya nədir” 
(Füzuli) səviyyəsinə qalxır və dünyaya talib olan insan eşqi yenə 
Füzulinin şəxsində imam Hüseyn sevgisinə çevrilir və “əgər sev-
gilimin astanasında can versəm, məzarım üstə qəbir daşı qoy-
mayın, qoyun mənim qəbrimə o sərvi-qamətdən kölgə düşsün” 
vəsiyyətinə qalxır. Füzulidəki imam Hüseyn eşqi, səhabə eşqi, Pey-
ğəmbər (s.ə.s.) eşqi Yaradana, can verənə-Canana doğru gedən 
eşqin mərhələləridir, vəsiləsidir. İlahi eşqə mübtəla olanda insan-
lığın yeni dövrü başlayır və ədəbiyyatın da vəsfi yeni məcraya 
yönəlir. Dünyanı bu məhəbbətlə  tanıyır,  dərk  edir:  “Məhəbbət 
kainatın özüdür. Həyatdan zövq alma və ona zövqlə baxma, Al-
lahın insanın mənliyinə qoyduğu sevgi sayəsində mümkün olur. 
Kin və nifrət onun ənğin iqlimiylə yox edilir. Sevməyən insanların 
olğunlaşıb,  yüksəlmələrinə  imkan  yoxdur.  İnsan  sevdiyini  onu 
tanıdığı nisbətdə sevər, tanımadığının isə düşməni olmuşdur. 
…Bir sözün sevgiyə və idraka məzhər olması onu söyləyə-
nin sevğisinin qəlblərdəki dərəcəsinə görədir”
77
 
Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrinin əsər-
lərinin dəyəri Allahı bilmələri, tanımaları ölçüsündədir, bu tanıma 
bucağından onu təqdim etmə səviyyəsindədir. Bu baxımdan şair-
lərin önündə şübhəsiz, Nizami gəlir. “Xəmsə”yə daxil olan əsərlə-
rin hər birinin əvvəli minacat və nətlə başlayır. Bu janrlarla o ilahi 
elmlərə, Qurani Kərimə bələdliyini, bilgisini nümayiş etdirir. Ya-
radanını nə dərəcədə tanıdığını göstərir. “Sirlər xəzinə”sini “Bis-
                                                           
77
   ”Yeni ümid” dərgisi. İstanbul, 2002, sayı 55, 66, sıh.57 


Sədrəddin Hüseyn 
44
 
millahirrəhmanirrəhim”lə  başlayır.  Hər  işi  bismillahla  başlayıb 
Allahın adıyla bitirməyi məsləhət bilir və sonrakı beytlərdə Alla-
hın isim və sifətlərini açıqlayır.  
Bütün var olanları yalnız odur yaradan (Xaliq
Pərdəli iş görənin sirrini saxlayandır (Səttar
Günəşin kəmərinə ləl ilə zinət verən (Cəmil
Torpağa həyat donu, suya səxavət verən (Hayy və Rəzzaq
Könül sahiblərinə əxlaq, hikmət göndərən (Rəbb
Ruzi uman kəslərə ruzi, nemət göndərən (Rəzzaq)
78
  
Şair bu ənənəni digər poemalarında da davam etdirir. Xa-
liqini nə qədər tanıdığını, tanıdığı nisbətdə sevdiyini oxucuya bə-
yan edir, bildirir: 
Tək sənə sığınır hər yüksək, alçaq,  
Hər varlıq yoxluqdur, sən varsan ancaq,  
Yuxarı, aşağı hər gözə çarpan 
Nə varsa onları sənsən yaradan.  
Sənsən hər biliyi bizə öyrədən,  
Torpağın köksünə qələm işlədən
79

O hər şeydə öz ismini yazır, yaradılan hər şey Onu xatırla-
dır. Demək, bu nümunələr ayələrin açıqlamalarıdır. Beşincı, altıncı 
misralarda “hər biliyi bizə öyrədən sənsən” deməklə Allahın Alim, 
Rəbb (təlim verən) isimlərinə işarə edir. Bu ənənə sonrakı dövr-
lərdə də davam etmiş, hər qələm əhli bacardığı qədər Quran el-
minə istinad edərək bir növü onun irşad və təbliğinə söykənmiş-
dir. Nəsimi nə qədər rəmzlərlə danışsa, nə qədər “Heç kimsə Nə-
simi sözünü fəhm edə bilməz”
80
,- desə də, açıq bəyan edir ki: “Gəl-
miş cahana şərh edə şimdi Nəsimi haq sözün”, amma bu işin ağır-
lığını da dərk edir “Gər şərh edəsən ayəti-hüsnün kitabını, Hər bab 
                                                           
78
   Nizami Gəncəvi. Lirika. Sirlər xəzinəsi. Şərəfnamə. Bakı:  Elm, 1992, səh. 87 
79
   Yenə orada, səh. 227 
80
   Klassik Aərbaycan ədəbiyyatı kitabxanası. V c., Bakı: Elm, 1985,  səh. 170 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
45 
içində fəslinə yüz min fəsil ola”
81
, Yenə Qurandan gələn “Mən sizə 
şah damarından da yaxınam”
82
 fikrini Nəsimi “Hərçənd yaxındır 
o bizə göz bəbəyindən, Bimərifət ancaq bu yaxın nuru nə anlar?”
83

- deyərək haqq nuruna boyanır və könlünü canana verir. “Şol bi-
misalın eşqinə verdi Nəsimi könlünü, Dünya nə ola, ya axirət, kim 
qala mülkü-malına”. Çünki “Həqqi bilən bilir ki, …gördüyüm ol, 
bildiyim ol, istəyim həm ol- durur, Əvvəl oldur, axir oldur, anı göz-
lər gözlərim”
84
. Haqqı bilmək və bildiyi qədər sevmək Nəsimidən 
sonra Füzulidə xüsusi mərhələ-zirvə təşkil edir, hətta məktəbə çev-
rilir.  Füzuli  ayrıca  bu  mövzuda  “dini-fəlsəfi”  deyilən  “Mətləül-
etiqad” əsərini qələmə almışdır. Əhli-beyt sevgisini dilə gətirən 
“Hədiqətüs-süəda” əsərini yazmış və orada Hz. İsmayılın (ə.s) di-
lindən “Canımı əgər Canan istərsə minnət canıma, Can nədir ki, 
anı qurban etməyim Cana- nıma”, Hz.İsmayılın anası Saranın di-
lindən “Can ilə əgər xoşnud ola Cananımız, Cana minnətdir anın, 
qurbanı olsun canımız”, atası Hz. İbrahimin (ə.s) dilindən “Dərdi-
eşqi  yar  könlümün  sultanıdır,  Hökm  anın  hökmüdürür,  fərman 
anın fərmanıdır”
85
, – deməklə hər üçü əbədi var olmaq yolunun 
yox olmaqdan keçdiyini, “Canı Canana tapşırmağın”, mülkü an-
caq mülk sahibinə əmanət etməyin vacibliyini bildirmişlər
86

Ə.Raci də can və canan sözlərini sıx-sıx işlətmişdir. Məlum-
dur ki, klassik ədəbiyyatda can deyəndə ruh, canan deyəndə can 
verən, Allah başa düşülmüşdür. 16-cı əsrdən sonra canan sözü 
tədricən mənasını dəyişib, başqa cinsdən olan fərdə, məşuqəyə, 
sevgiliyə aid edilmişdir. Racidə hər ikisi müşahidə olunuır. Canan 
dünya gözəli mənasında: 
                                                           
81
   Yenə orada, səh. 70,26 
82
   Bünyadov Z., Məmmədəliyev V.  Qur’an (tərcüməsi).Bakı, 1992. səh. 527 
83
   Nəsimi. Seçilmiş əsərləri. (fars divanı) Bakı, 1985, səh. 35 
84
   Klassik Aərbaycan ədəbiyyatı kitabxanası. V c., Bakı: Elm, 1985, səh. 28, 168 
85
   Məhəmməd Füzuli. Hədiqətüs-süəda.  Bakı, 1993, səh. 39 
86
   Hüseyn Sədrəddin. Ədəbiyyatımızda can və canan obrazları / Azərbaycan-
Avropa Ədəbi -mədəni Əlaqələr Mərkəzi. Tədqiqlər -2.Bakı: Elm, 2000. səh. 42-
49 (47) 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə