Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə11/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   7   8   9   10   11   12   13   14   ...   62

Sədrəddin Hüseyn 
34
 
ilhamla ona agah olur ki, bütün zəvvarlar Kəbə qarışıq Allahın izni 
ilə Rabiənin pişvazına çıxıb. Rabiə olan yerə gedən İ.Ədhəmi ar-
tıq onu yalqız görüb “qarşılamaq üçün göndərildiyini” bildirir. 
İbrahim Ədhəm vaxtilə Bəlx valisi olmuş, ancaq Allaha qul-
luğu hər şeydən üstün tutuğuna görə hər şeyi atıb Məkkəyə ge-
dir və Kəbədə haqqa qulluq edir. İllər keçir, bir Həcc günü Kəbə-
də oğlu ilə qarşılaşır. İllərdi görmədiyi oğlunu qucaqlayır. Atalıq 
şəfqəti cuşa gəldiyi anda Allah sevgisinə xələl gələcəyi qorxusun-
dan sarsılır və “Allahım, sənin sevginə şərik çıxacaq kimsəni mən-
dən al!” deyə dua edir. Duası qəbul olunur və oğlu qolları arasın-
da canını tapşırır. Raci məhz qəlbi Allah sevgisi ilə dolu olan belə 
bir vəli ilə Rabiə kimi bir övliyanın qarşılaşdığı səhnəni qələmə 
alır. Yaradıcılığından görünür ki, Raci özü də elə bir ömür yaşayıb. 
Dünya nemətlərində gözü olmayıb. Bunu F.Köçərlinin həmsöh-
bəti də təsdiq edir. 
Sufiyi-eşqəmü xəlvətgahi-qəm içrə müqim, 
Yar adı virdi-zəbanimdə, riyazət çəkirəm
57

Ona görə “namü nişanının çıxmağını istəyən simüzəri tərk 
edib əşar, qəzəl cəm eləməlidir”. “Desəm Raciyə şeir yaz,hey yazar, 
Pul adı gətirsəm biləkdən qurur”
58

Bundan sonra “bimar sanılmayan” ustadı Füzulisayaq: 
Səqqalı çıxub, rəngi solub, hüsni gedibdür, 
Cananə baxun, indi hələ nazə qoyubdur. 
yaxud: 
Sərf oldu, Raci, ömr belə ahü-zar ilən, 
Heç bilmədim nə növ ilə gəldim cəhanə mən
59

və ya 
                                                           
57
   Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 31 
58
   Köçərli F. Azərbaycan ədəbiyyatı.2 cilddə. I c., Bakı: Elm, 1978,  səh. 350 
59
   Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 51, 61 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
35 
 Sədparə könlümü necə bir yerə cəm edim
 Hər parəsindən ötrü min il cüstcu gərək
60
,  
– deyə şikayət edir. 
Raci bu yolu çox erkən tutur, sona qədər də tərk eləmir. 
Uşaqlıqda “pir ətəyindən” tutur ki, kəmalə yetəndə də onun əlin-
dən bir “növcavan” tutsun.”Pir ətəyindən” “tifil”likdən tutan şair 
bunu bilə-bilə, məqsədli şəkildə edir və dediyindən bəlli olur ki, 
bu fikrə tifillikdən gəlibsə, demək elə bu vaxtdan “kəmalə yet-
miş”miş. 
Bu fikrə yar ətəgin, Raci, tifl ikən tutdum, 
Bu pir vəqtə əlimdən o növcəvan tutsun.
61

Lətafəti-zənəxi-yari Racidən soruşun, 
Onun için də bu səqqalin eyləyibdü səfid
62

Könlü cavan qalsa da, Yar yolunda çəkdiyi cəfalar artıq onu 
qocaldıb. Bütün bunlarla bərabər şair “nə qədər cəhd eləsə də 
qulluğunda bir qüsur olacağından” narahatdır. İnsanın kamilləş-
məsinin asan olmadığını, ən kamil insanın belə hər an büdrəyə 
biləcəyini, “riyavü həsəd”dən qurtarmağın müşküllüyünü bildiyin-
dən yenə “İmdad elə, ya Rəb, sən özün, bimədədüğ biz”
63
 deyə-
rək üzünü dərgaha tutur. 
Ə.Raci şeirlərində Ağa Bağır ağanın adını çəkir, onun məc-
lisindən danışır. Bu həmin Ağabağırdır ki, F.Köçərli Qumri haq-
qında  danışarkən  müxtəlif  mərsiyəxanlar  içərisində  Bağırın  da 
adını andığı şeirdən bir parça verir
64
. Bu məclislər ədəbi məclis-
dən  ziyadə  əza  məclisləri  idi.  Belə  məclislərdə  Racinin  öz  yeri 
                                                           
60
   Yenə orada, səh. 68 
61
   Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).                                              
Təbriz: Fəxri-Azər nəşriyyatı.1377, səh. 191 
62
   Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 267 
63
   Yenə orada səh. 88 
64
   Köçərli F. Azərbaycan ədəbiyyatı. II c., Bakı: Elm, 1981, səh. 319 


Sədrəddin Hüseyn 
36
 
var. Zəmanə heç kimi güldürməyib. “Kimsənin kamincə dövr et-
müb bu çərxi-kəcrəftar”. Şair özünün də bir insan olaraq günah-
lardan xali olmadığını bilir. Əlacı da dərgaha üz tutaraq ağlayıb 
yalvarmaqda görür. 
Qərqi-günah olubsan başdan ayağə, Raci, 
Yox göz yaşundan özgə bu əldə bir bəhanə. 
 “Hərə bir dərd ilə bu dərgaha dərmana gəlib”, “Ey kaşani-
qəm bülbüli-Raci, elə nalə” deyən,”Allahdan onu zəlil etməmə-
sini” və hər il matəm tutmağı arzulayan Racinin əza məclisi bu 
şəkildədir: 
Əhli-zəminü asiman gör necə sərbəsər yanar, 
Bəzmi-əzadə Racinin şöleyi-ahü zarinə. 
Şair heç bir əməlin əvəzsiz qalmayacağını, xeyrin mükafatla, 
şərin cəza ilə nəticələnəcəyini gözəl bildiyindən bu qənaətə gəlir:  
Əkə hər kimsənə göz yaşı ilə töxmi-əməl, 
Raciya, həşr günündə birə min hasil olur. 
Əcrin alur o kəs kim, ağlar Hüseynə, Raci, 
İstər bu aləm olsun, istər qiyamət olsun
65
  
Bu matəmdə nəvaxan olanların üzünə “dəri-rövzeyi-rizva-
nın”  açılacağını,  göz  yaşının  məşhər  günü  gövhər  yerinə  xərc 
olacağını düşünərək yuxarıdakı hökmləri verir. Çünki “Bəzli-can 
canan yölunda...bu qism olur”  
Şair əhli-beytə arxalanmağın Allaha arxalanmaq olduğunu 
bildiyindən çox vaxt İmam Hüseynə xitab edir. Daim Allahdan qa-
nad istəyir ki, Kərbəlaya güzər eləsin, gözyaşı ilə o səhranı suvar-
sın, o “şeşgüşəni” ağuşuna bassın. “Ərbabi-məanilər” məna qapı-
larının Babüllah ilə fəth olunduğunu biliblər. Ona görə də “aşiqi-
                                                           
65
   Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).                                                       
Bakı: Sabah,1992, səh. 193, 144, 218, 148  


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə