Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə13/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   9   10   11   12   13   14   15   16   ...   62

Sədrəddin Hüseyn 
40
 
nizdən cənub marşurutu ilə getməsi ağlabatandır və bu versiyanı 
qəbul etmək lazım gəlir. Əlavə, Cavad Heyət də qərq olduğu yeri 
Qülzüm
73
,  İ.Qəribli  də
74
 Qırmızı  dəniz  olaraq  qeyd  edir.  Seyid 
Əzim Şirvanidəki “dəryayi-Şəb” ifadəsi rəmzi də ola bilər. Nəha-
yət Racinin olum və ölüm tarixləri ilə bağlı bu nəticəyə gələ bilə-
rik: 
1.  Həm doğumu, həm də ölümü ilə bağlı fikirlərdə fərqlilik və 
diqqətsizlik var.  
2.  Bəzi mənbələrə əsaslanıb doğumunu 1247 (1831), ölümünü 
də 1293 (1876) qəbul etsək, onda cəmi 45 il yaşamış olur. Hal-
buki, bəzilərində 64 il yaşadığı qeyd edilir. 
3.  Şairin öz əsərlərində də qocalıqdan danışılır, ancaq bu yaş, 
il olaraq deyil, ruhən, qəlbən “zəmanədən” qocalması məna-
sına gəlir. 
4.   Bəzi kitabların üzündə verilən şəkillərdə də
75
-də 70-80 yaşın-
da,
76
 -də isə hardasa 40 yaşında təsvir olunur. 
5.   Ziddiyyətləri yekunlaşdıraraq şairin ölümünü 1876, yaşının 
45-47, təvəllüdünün isə buna görə 1829 və ya 1831 olduğunu 
qəbul etmək olar. 
6.   Raci öz zəhməti ilə dolanmış, Allaha, dinə bağlı təqva əhli ki-
mi bir həyat yaşamış, bu səbəbdən onun lirik şeirlərində yük-
sək bədii təfəkkür, estetik zövq, mərsiyələrində Əhli-beytə qar-
şı sevgi, haqqa qulluğun mahiyyəti duyulmaqdadır. 
Belə mürəkkəb və ziddiyyətli bir dövrdə, çox da uzun ol-
mayan zəngin bir ömründə şairin dünyagörüşü də ziddiyyətli, ol-
muş, yaradıcılığına öz damğasını vurmuşdur. Bu ziddiyyətlilik ya-
                                                           
73
   Heyət Cavad. Azərbaycan ədəbiyyatına bir baxış. Bakı: Yazıçı, 1993, səh. 104 
74
   Necə qan ağlamasın daş bu gün, (mərsiyələr,sinəzənlər,qəsidələr)                  
(tərtibçi Islam Qəribli,Teymur Kərimli). Bakı: Yazıçı, 1993, səh. 49 
75
   Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 69 
76
   Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).                                              
Təbriz: Fəxri-Azər nəşriyyatı.1377, səh. 28  


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
41 
radıcılıq boyu şairi izləyir, fikrin ifadəsinə təsirsiz qalmır, üslubu-
na qədər bir çox sahədə müəyyənedici rollardan biri olur.  
Şairlərin dünyagörüşü, estetik idealı yaradıcılığının əsas tər-
kib hissəsi olmuşdur. Qələm əhlini dünya, insan, bunların yara-
dıcısı,  həyat-ölüm,  ölümsüzlük  və  əbədiyyətlə  bağlı  məsələlər 
daim düşündürmüş və bu sahədə müxtəlif dünyagörüş forma-
laşmışdır. Baxışlar nə qədər fərqli və müxtəlif olsa da, əsasən iki 
bir-birinə  zidd  dünyagörüş  aparıcı  olmuşdur:  Mifoloji-dini  və 
fəlsəfi-elmi. Yəni Allahı hər şeyin yaradıcısı və idarəçisi olaraq qə-
bul etmək; bir də yaradıcılıq qabiliyyətini maddəyə, təbiətə, sə-
bəblərə, mütləq ideyaya bağlamaq. Tarix boyu bu iki qütb arasın-
da kəskin qarşıdurma olmuş, “namərd ilə mərdanəni” ayırd etmək 
mümkün olmamış, qanlı  müharibələr, repressiyalar  cəmiyyəti di-
dib çeynəmişdir. Əslində dünyanın izahında bu sistemlər hakim 
siniflərin, qüdrətli dövlətlərin əlində ideoloji silaha çevrilməsəydi, 
bu qədər haqsızlıqlar olmaz, günahsız qanlar tökülməzdi. Dün-
yanın elmi-fəlsəfi izahında fakt var, maddə var, ağlın gözə enməsi 
var. Görünən, duyulan materiyanın izahına cəhd var. Maddəni ilkin 
qəbul etdiklərindən ona bağlılıq, mümkün qədər onu daha çox 
mənimsəmək uğrunda mübarizə var. Görünməyən, əqlin irişmə-
diyi pərdə arxası, metafizik dünyanın inkarı var.  
Dində  həm görünməyən  dünya,  metafizik  aləm və  onun 
izahı var, həm də fəlsəfənin izah edə bildiyi, məntiqin qəbul et-
diyi elmlərin əsası var. Xüsusən Qurani-Kərimdə bu günkü elmi 
kəşflərin  hamısına  işarə  tapmaq  mümkündür.  Başqa  sözlə,  ən 
böyük elmi kəşflər, ən böyük alimlər islamiyyətın gəlişindən sonra 
Quran və Hədislərdən yan keçə, ona biganə qala bilməyiblər. İşin 
sirri bundadır ki, Quranda hər şey şifrələrlə, rəmzlərlə, gizli şəkil-
də verilir. Çox vaxt da böyük bir elmi kəşfin əsası olan bir ayənin 
sirrinin vaxtında açılmamasının səbəbi sadəcə, onun üçün zama-
nın və şərtlərin yetişməmiş olmasıdır. Bir sözlə, əsl elm Allahın 
bizə göndərdiyi elmdir. Quranı, islamiyyəti onlara bu günkü ge-


Sədrəddin Hüseyn 
42
 
riliyin səbəbi, fanatizmi kimi baxmaq xəstəliyindən qurtarıb ona 
bir də əsl elm qaynağı kimi yanaşmaq lazımdır. Məqsəddən uzaq-
laşmamaq üçün sadəcə bir faktı aşkarlamaqla kifayətlənirik.  
Allahın Rəbb ismi təlim verən, öyrədən mənasına gəlir. “Fa-
tihə” surəsindəki “əlhəmdulilləhi Rəbbil aləmin” ayəsinin mənası 
aləmlərin Rəbbi olan Allaha həmd olsun deməkdir. Aləmlər de-
dikdə mikro aləmdən makro aləmə, zərrəcikdən kainatın sonsuz-
luğuna qədər hər şey əhatə olunur. Bu boyda nəhəngliyin Rəbbi, 
təlim verəni, proqramlayanı olan Allaha həmd, şükür olsun. Yəni 
milyon illərdir Günəşlə Yerin arasındakı məsafənin 149 mln.km. 
olması və Günəş ətrafında saatda 105 km. sürətlə dövrə vurması, 
hörümçəyin,  arının,  qarışqanın,  boğazımızdan  adlayan  gidanın 
öz funksyalarını dəqiq və səhvsiz icra etmələri və s. kimi elmin 
izah edə bilməyəcəyi bu sirlərin, müəmmaların şübhəsiz bir proq-
ramlayanı-Rəbbi var. Üstəlik mikro aləmdən makro aləmə qədər 
mövcud olan bütün dəqiq-tabiət və sosyal elmlərin hamısı bu 
ayədə əhatə olunur. İnsana ancaq buradan çıxış edərək onu kəşf 
etmək və işlətmək qalır.  
Deməli, 1400 ildir bütün ağıl sahibləri az və ya çox Allah kə-
lamı ilə bağlı olmuşlar. Xüsusilə də söz sənətkarları. Bunların ya-
radıcılığına sərf-nəzər edib sırf elmi fəlsəfi görüşləri də ön plana 
çəkmək olar, sırf dini görüşləri də, bunların sintezi kimi ümumi 
dünyagörüşü də. Biz üçüncü yola üstünlük verməyi məqsədəuy-
ğun hesab etdik. Və məsələyə bu prizmadan yanaşmağı düzgün 
saydıq.  
Eşq-məhəbbət mövzusu isə tarixən dünyagörüşün tərkib 
hissəsi olmuş, aparıcı qolunu təşkil etmişdir. Qələm əhli eşqi dərk 
etməyə çalışmüş, bu mövzuda çoxsaylı və müxtəlif açıqlamalar 
verilmiş, gözünə eşq duzu qatılmayan bir əsər yazılmamışdır.  
Zaman-zaman “eşq” deyəndə başqa cinsdən olan bir fərdə 
qarşı meyil nəzərdə tutulmuş, digərləri ondan sonra gəlmişdir. 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə