Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə21/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   17   18   19   20   21   22   23   24   ...   62

Sədrəddin Hüseyn 
66
 
daha doğrusu, ehtimala və ya zərurətə görə mümkün ola bilən 
hadisələrdən bəhs eləməkdir… Buna görə də poeziya tarixdən 
daha fəlsəfi və daha ciddidir.”
159
 
V.Q.Belinskiyə görə hər bir adamda lirik hiss vardır. Ancaq 
şeirin ifadə qudrəti yalnız sənətkarlara, ilham sahiblərinə xasdır. 
“Hər bir poetik əsər şairin bütün varlığına hakim kəsilən qüdrətli 
fikrin məhsuludur.”
160
  
Mehmed Doğan şeir haqqında danışarkən onun əslində bir 
dua olduğu qənaətinə gəlir. “Toplum şüurun allak-bullak olduğu 
bir zamanda şair topluma şüurunu yenidən qazandırmaq üçün 
şeirindən bir şəfa kimi istifadə edir”.
161
 
Ə.N.Tanpınar isə duanı şeirin ən yüksək mərhələsi hesab 
edir və ruhun kainatla duada birləşdiyini deyir.
162
  
Əgər biz Azərbaycan ədəbiyyatına nəzər salsaq, Dədə Qor-
quddakı alqışlardan bu günə qədər bədii əsərlərin çoxunda dua-
ya meyil, əl açıb kimdənsə imdad diləmə halları görmək müm-
kündür. Ancaq bunlar sadəcə, verilən nümunələrin məzmunun-
da duanın olmasını göstərir. “Şeir və dualar” deyiminin əsas məğzi 
isə odur ki, ilhamla gələn şeirlərin yazılması, dilə gətirilməsi Allah 
tərəfindən şairə verilən bir lütfün qarşılığıdır, onu icra etmək, yə-
ni yazmaq Allaha qarşı bir dua, bir təşəkkür əvəzidir. Yəni feli dua-
dır. Ancaq tarixən şeirin bəşəri, cəmiyyətə baxan tərəfinə, vəzifə-
sinə daha çox diqqət verilmiş, onun əsas vəzifəsinin insana xid-
mət olduğu fikri ağırlıq təşkil etmişdir.  
Şairin və seirin birinci vəzifəsi milliliyini itirmədən bir kültü-
rün yeni  şüur  səviyyəsinə  qalxmasını  qoruma:  bir millətə  onun 
öz sosyal şəxsiyyətini və yabancı ünsürləri təqdim etməklə ona 
                                                           
159
  Aristotel. Poetika. Bakı, 1974, səh. 63 
160
  Belinski V.Q. Seçilmiş əsərləri. Bakı: Gənclik, 1979, səh. 141 
161
  “Yağmur” dərgisi. İstanbul, 2002, sayı 14. səh. 33-37; 57, 65 
162
  “Yağmur” dərgisi. İstanbul, 2002, sayı 14.s.57, 65 səh. 57 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
67 
xidmət etmək, onu mədəniləşdirməkdir… Digər bir vəzifəsi də 
millətinin dilini həm mühafizə etmək, həm də gəlişdirməkdir. Şair 
bir kültürün duyğu və düşüncə incəliklərini ifadə edərkən bizim 
hiss edib, amma ifadə edə bilmədiyimiz təcrübələrə dildə anlam 
qazandıran, dili zənginləşdirəndir.
163
 Ə.Racinin müasiri M.F.Axund-
zadə isə şeirə yeni prizmadan baxaraq bu qənaətə gəlirdi: “Şeir 
fikri sözlə obrazlı, qafiyələnmiş və ahəngdar bir şəkildə ifadə et-
mək sənəti, müəyyən nizama malik olub ahəngdar şəkildə olan 
nəzmli sözlərdir.”
164
 
 19-cu  əsrə  qədər  Azərbaycan  ədəbi  fikir tarixində  şeirin 
vəzifəsi varlığı, yaradanı dərk etmək, ona qarşı sevgi, oxucunun 
zövqünü oxşamaq, poetik təfəkkürünü inkişaf etdirib zənginləş-
dirmək, onda xoş duyğular, düşüncələr yaratmaq idi. Şeir “əzm 
etdiyi yerlərdən mərsumi-məvacib istəməyən, kimsəyə şiru-şəri 
dəyməyən”, “səfabəxşi-əhli-nəzər” (Füzuli) olan lirik parçalar idi. 
“...Şairdə dilin gözəlliyini və şirinliyini arardılar, peyğəmbərlərdə 
həqiqəti.”
165
 19-cu əsrin ortalarından isə Azərbaycan poeziyasın-
da şeirə münasibət və tələb dəyişir. Kanonçuluq
166
 yerini maarif-
çiliyə verməyə başlayır. Əvvəl xalqın sosial istək və arzularına ca-
vab verən vasitəyə, sonralar isə sinfi mübarizə alətinə, daha sonra 
partiya (komunist) və dövlət siyasətinin təbliğat vasitəsinə çevri-
lir. H.Zərdabiyə görə “şeir böyük bir alətdir ki, onunla bizim yuxu-
da olan qardaşlarımızı ayıltmaq çox asandır.” A.Sura görə “Asari-
şair yaşadığı əsrin, mənsub olduğu qövmün, gördüyü, eşitdiyi va-
qiənin bir ayineyi-jəngnapəziri olmalıdır.”
167
  
Şairlərə aid edilən bütün bu xüsusiyyətlərdən Raci şeirlərin-
də daha çox duaya meyil, Haq sevgisi, İlahi və dünyəvi eşq, Əhli-
                                                           
163
  “Yağmur” dərgisi. İstanbul, 2002, sayı 14.s.57, 65 səh. 42 
164
  Axundov M.F. Əsərləri. 3 cilddə. I c.,  Bakı: Azərnəşr, 1951, səh. 193 
165
  Aristotel. Poetika. Bakı, 1974, 191 səh. 129 
166
  Əliyev Rəhim.Ədəbiyyat nəzəriyyəsi. Bakı: “Qanun” nəşriyyatı, 2012  
167
  Talıbzadə Kamal. Azərbaycan ədəbi tənqidinin tarixi.                                             
Bakı: Maarif, 1984, səh. 209, 211 


Sədrəddin Hüseyn 
68
 
beyt eşqi, dünyanı dərkə cəhd özünü qabarıq göstərir. “Divan 
ədəbiyyatı islam dininin... təsiri altında formalaşan bir ədəbiyyat-
dır.”
168
 Raci həm ana dilində, həm də farsca “Divan” bağlamışdır. 
Bunların içərisində əsasən iki-Bakı və Cənub nəşri üzəridə dura-
cağıq. Təbriz nüsxəsi (28) ”Seçilmiş əsərlər”dən (96) və Mərsiyələr 
divanından (97) fərqli olaraq Racinin lirik şeirlərini geniş əhatə 
edir. Belə ki, buradakı
169
 188 qəzəlin Bakı nəşrində 146-sı verilib. 
Burada qəzəllər “Divan” ənənəsinə uyğun olaraq (rədifül əlif, r-l 
be və s.) əlifba ilə düzülüb və həm qəzəllər, həm də hər qəzəlin 
beytləri sıra ilə nömrələnib. İranda istifadə olunan çap şriftləri ilə 
basılıb. Bu baxımdan əlyazmalardan fərqli olaraq rahat oxunur 
və asan tədqiq etmək olur. Ədəbiyyatşünas Nazim Rizvan şairin 
əsərlərinin yayılma arealı ilə bağlı belə bir fikirdə haqlıdır ki: “Çox 
hazırcavab,  yüksək  zövq  və  mədəniyyətə  malik  olan Raci hələ 
sağlığında təkcə doğulduğu Təbrizdə deyil, bütün Cənubi Azər-
baycanda, o cümlədən Qafqazda da tanınan və seçilən şairlərdən 
olmuşdur.”
170
  
Ə.Racinin yaradıcılığında müxtəlif mövzuları əhatə edən qə-
zəl, qəsidə, mənzumə, rübai, təcnis və s.-lə bərabər bir də Kərbə-
laya həsr olunan mərsiyələri, növhə və sinəzənləri də mühüm yer 
tutur. 
Şairin lirik yaradıcılığı hər nə qədər müxtəlif sahələri əhatə 
etsə də, məhəbbət onda aparıcı mövzudur. Bu məsələdə o ən çox 
ustadı Füzuliyə bağlıdır və onun ən layiqli davamçısıdır. Bu bağ-
lılıqda  imitasiya  yoxdur,  yeni  dövr  üçün yazılmışdır,  orijinaldır, 
özünəxasdır.  
“Qüssə bəhrinə qərq olan” şair ustadı kimi saqiyə müraciət 
ədir və eşq bəzminin təsvirinə belə başlayır.  
                                                           
168
  Məmməd Tahirə. XIX əsr Azərbaycan ədəbiyyatı.(I hissə) Bakıl: 2010, səh. 32 
 
169
  Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).                                              
Təbriz: Fəxri-Azər nəşriyyatı.1377,516 səh. 
170
  Nazim Rizvan. Raci lirikasının bəzi xüsusiyyətləri // Azərbaycan SSR EA-nın 
xəbərləri. Ədəbiyyat.  Dil və incəsənət seriyası. Bakı, 1990, N-2, səh.49 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə