Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə9/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   5   6   7   8   9   10   11   12   ...   62

Sədrəddin Hüseyn 
28
 
bərdar olmaq, haqqa qovuşmaq üçün çırpınsa belə, ziddiyyətlər-
dən də xilas ola bilməmişdir. Haqqı dərk etmək, yaradılışın qayə-
sini aramaq yolunda şeytan vəsvəsəsindənmi, ya yetərincə elmi 
olmadığındanmı, arada ixlası qaçırdığındanmı, qədərincə zühd 
və takva yolunda duruş gətirə bilmədiyindənmi, ya nədənsə belə 
bır məqam sahibi farsca şeirlərinin birində daxili ziddiyyətlərini 
belə etiraf edir: 
Gah ağıllı, gah divanə oldum, 
Gah abad, gah viranə oldum
Gah xərabət içində sufi
Gah da meyxanə süpürgəçisi oldum...
33
 
Həyatdan gələn buna bənzər ziddiyyətləri Raci yaradıcılığın-
da da müşahidə edəcəyik. Onlar, M. F. Axundovun “Kəmalüddöv-
lə məktubları” fəlsəfi traktatı, M. Ə. Talıbovun “Əhmədin kitabı” 
və  “Kitab  yüklü eşşək”  əsərləri,  Z.  Marağayinin  “İbrahim bəyin 
səyahətnaməsi” romanı yazılan bir ədəbi mühitdə yatişirdi. Bun-
ları və digər müəlliflərin əsərlərini ümumiləşdirən bir xüsusiyyət 
vardı: Şərq despotizmi dözülməzdir. Qacar şahlığı insanlıqdan kə-
nar bir üsul-idarə qurmuşdur. Üzdə müsəlman ölkəsi kimi görü-
nən İran cəhalət içərisində yaşayır. “Get vur sən də onun atının 
gözünü çıxart” (M.F.Axundov) hökmü verən bir xanla Xorasanda 
zəvvarları “qonaqlayan” din mənsubları (Z. Marağayi)
34
 və “eşşək 
ağlı ilə” sahibindən daha ağıllı düşünən Çoşşa (Ə. Talıbov) tarixi 
hadisə olmasa da, reallıqdan uzaq deyildi. Bunlar tarixi həqiqətdən 
xəbər  verirdi.  Bəzi  “Şeyxlərin  şəyyad,  abidlərin  əbusən  qəmtərir” 
(M.P.Vaqif) olduğunu görənlərin “imanlarında xələllərin görün-
məyi” (S.Ə.Şirvani) “məscidi meyxanə etmək istəməsi” (M.F.Axun-
dov) mümkün idi. “Bu şairlər bir tərəfdən dünyəvi məhəbbəti tə-
rənnüm edir, fanatizmə və yalançı ruhaniliyə qarşı çıxaraq, elm və 
mədəniyyəti  tərifləyir,  məscidi  "bayquş  yuvası"  adlandıraraq,  arif 
                                                           
33
   Nəbati S.Ə. Əsərləri.Bakı: Azərbaycan SSR EA nəşrləri, 1968, 332 səh. 94 
34
   Marağayi Z. İbrahim bəyin səyahətnaməsi.  Bakı: Elm, 1982,499 səh. 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
29 
adamları oradan uzaqlaşmağa çağırır, ikinci tərəfdən isə dini mə-
rasimlərdə oxunan mərsiyə, növhə, sinəzən və mədhanələr yazır-
dılar. Özü də bu hal XIX əsr şairlərinin, demək olar, əksəriyyətinə 
xas olan bir xüsusiyyət idi. “... mövcud dini təəssübkeşliyi pislə-
yib, vaiz və zahidləri riyakar, ikiüzlü adlandıran Əbülhəsən Raci...”
35
 
də belə qarmaqarışıq bir mühitdə yaşamış və az bir qisminə yığ-
cam şəkildə toxunduğumuz o cür zəngin ədəbi mühitlə əhatə 
olunmuşdu. Bir də özünə qədərki zəngin və cahanşümül ədəbi 
irsə sahib idi, onun xəzinəsindən bəhrələnmişdir.  
“Yanıqlı növhə və sinəzənləri ilə məşhur olan mərsiyə şei-
rinin ikinci görkəmli nümayəndəsi”
36
 Əbülhəsən (Mənbələrdə bu 
cöz ü ilə yazılsa da, u ilə yazmağı uyğun gördük. Çünki ərəb di-
lində ü səsi yoxdur, əbu oğul deməkdir. Ü ilə yazmaq sözü təhrif 
edir.)  Raci  haqqında  ilk  məlumatı  S.Ə.Şirvaninin  təzkirəsindən 
alırıq.  “İsmi-şərifləri  Əbülhəsəni-əlaqəbənd,  bir  cavandır  xirəd-
mənd,  təvəllüdi-şərifləri  1250-ci  sənədə  darüssəltəneyi-Təbrizdə, 
əsri-Məhəmməd şah Qacarda vaqe olub”
37
. Məhəmmədəli Tər-
biyət isə onun adının Hacı Mirzə Əbülhəsən olduğunu, hicri qə-
məri 1247(1831)-cü ildə doğulduğunu yazır
38
 . F.Köçərli isə 1247-
1252-ci illərdə Təbriz şəhərinin Xiyaban məhəlləsində doğuldu-
ğunu qeyd edərək Səbur adlı şairin onun ölümü ilə bağlı (elə ölən 
ili) farsca yazdığı bir növhəni olduğu kimi vermişdir
39
. Cavad He-
yət 1247-ci ildə,
40
. İran İslam Respublikasında nəşr olunan “Yol” 
adlı məcmuədə Məhəmməd Rza Kərimi adlı bir müəllif isə 1228- 
ci (1812) ildə, M.İbrahimov 1251-ci (1835) ildə
41
 anadan olduğu-
nu yazır. ASE-də bu tarix 1835-dir.
42
, AMEA kitabxanasında F.2725 
                                                           
35
   XIX əsr Azərbaycan şeiri antologiyası.Bakı: Şərq-Qərb. 2005, səh. 13 
36
   Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi. II c.EAAzF. Bakı: 1944, 395 səh. 98 
37
   Şirvani S.Ə. Əsərləri.3 cilddə. IIIc., Bakı, 1974. səh. 181      
38
   Tərbiyət M. Danişməndani Azərbaycan. Bakı: Azərnəşr, 1987, səh. 271 
39
   Köçərli F. Azərbaycan ədəbiyyatı. II c., Bakı: Elm, 1981, səh. 347 
40
   Heyət Cavad. Azərbaycan ədəbiyyatına bir baxış. Bakı: Yazıçı, 1993, səh. 104. 
41
   Cənubi Azərbaycan Ədəbiyyatı tarixi I c., Bakı: Nurlar nəşriyyatı, 2009,  səh. 116 
42
   Azərbaycan Sovet Ensiklopediyası. VIII c., Bakı,1984, səh. 88 


Sədrəddin Hüseyn 
30
 
şifrəsi ilə saxlanan (Raci. Ğəzəliyyat farsi və türki. Tehran.1340) 
bir divanında 1247 (1831) “təvəllüd yafte” şəklində qeyd var. “Ne-
cə qan ağlamasın daş bu gün”
43
kitabında 1831-ci ildə Təbrizin 
Xiyaban məhəlləsində doğulduğu göstərilir. 
Göründüyü kimi, fikirlər müxtəlifdir. S.Ə.Şirvani 1834, C.He-
yət 1831, M.Tərbiyat 1831, İ.Qəribli 1831, F.Köçərli 1831, M.İbra-
himov 1835, ASE 1835, “Dahilərin göz yaşı” kitabında 1835, M.R, 
Kərimi 1228 (1812); yuxarıda qeyd olunan bir “Divan”da təvəllüd 
tarixi 1831-ci il göstərilir. Nazim Rizvan (1834-1875)
44
 kimi qəbul 
edir. Sirus Qəmərinin çap etdirdiyi “Külliyyati-Divani-Raci”
45
 kita-
bının son səhifəsində “dər sale 1247 şəhre Təbriz təvəllüd yaft və 
64 sal zindegi karde” qeydi var. Raci əsərlərinin ən son Təbriz nəşr-
lərinin tərtibçisi Əbulfəzl Əhmədlu əldə olan “Divan”ları, haqqın-
da yazılanları və tapdığı “Şəcərənamə”ni incələyərək şairin 1247-
ci ildə Təbrizdə doğulduğunu, 1293-cü ildə vəfat etdiyini qeyd 
edir
46
. “Seçilmiş əsərlərin” tərtibçisi Hafiz Abıyev də bu məsələyə 
toxunaraq göstərir ki, şair, Kərimiyə görə 64 il, digərlərinə görə 
isə 40-45 il yaşamışdır. Tərtibçi həm də şairin əsərlərinə istinad 
edir və fikrini belə yekunlaşdırır: 
“... Racinin “Divan”ında elə beyt və misralara rast gəlmək 
olur ki, şairin 40-45 deyil, bəlkə də bir az artıq yaşadığını təsdiq 
edir”
47
. Düzdür, müəyyən mənada bu fikirlə razılaşmaq olar. Çünki 
çox vaxt hər müəllifin tərcümeyi-halının ən mötəbər mənbəyi onun 
yaradıcılığı olur. Bəzən hətta əbcəd hesabı ilə dəqiq qeydləri də 
olur. Amma yaşına işarələr rəmzi xarakterdə də ola bilər
48
. Çox 
                                                           
43
   Necə  qan  ağlamasın  daş  bu  gün,  (mərsiyələr,sinəzənlər,qəsidələr)  (tərtibçi 
Islam Qəribli,Teymur Kərimli). Bakı: Yazıçı, 1993, səh. 3 
44
   Nazim Rizvan. Raci lirikasının bəzi xüsusiyyətləri // Azərbaycan SSR EA-nın 
xəbərləri. Ədəbiyyat.  Dil və incəsənət seriyası. Bakı, 1990, N-2, səh.35 
45
   Külliyati-Divani-Raci, (t.S.Qəməri)Təbriz, Firdos kitabxanası, 1364. 196 səh.  
46
   Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).                                                 
Təbriz: Fəxri-Azər nəşriyyatı.1377, səh. 17 
47
   Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 5 
48
   Hüseyn Sədrəddin Əbülhəsən Racinin cənub nəşrləri. Journal of Qafqaz 
University. Philologi, and Pedagogi. Bakı,  2013,(163-168), səh.120-126 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə