Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə6/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   2   3   4   5   6   7   8   9   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
19 
 
I FƏSİL 
ÜMUMİ MƏSƏLƏLƏR 
 
1.1. Əbülhəsən Racinin həyatı,                                              
mühiti və dünyagörüşü 
XIX əsr Azərbaycan üçün siyasi, mədəni və iqtisadi baxım-
dan çox ağır, ziddiyyətli və mürəkkəb bir dövr idi. Rusiya isti su-
lara çıxmaq, Xəzərə və Qara dənizə yiyələnmək, İstanbulu almaq 
uğrunda apardığı çoxillik, davamlı və hiyləgər fəaliyyətində Azər-
baycanla bağlı marağını, axır ki, bu əsrin əvvəlindən gerçəkləşdir-
məyə başladı. İranla apardığı müharibələrdə (1813 və 1828-ci il-
lər) reallaşdıra bildi. “Fevralın 9-dan 10-na keçən gecə Təbriz ya-
xınlığındakı Türkmənçay kəndində Rusiya ilə İran arasında mü-
qavilə bağlandı”.
13
 Bu müqaviləyə əsasən Azərbaycanın bir his-
səsi Rusiyanın, qalan hissəsi isə Qacarların işğalında qaldı. 
İşğalın ilk günlərindən Azərbaycana koloniya, azərbaycan-
lılara kölə kimi yanaşmağa başladılar. “...Yerli vassal xanlara bir 
oyuncaq kölə kimi baxan Baş komandan onların təbəəliyində olan-
ları insan yerinə qoymurdu”
14
. M.İbrahimov yazırdı: “...Rusiya ilə 
birləşmiş Şi mali Azərbaycan müstəbid şahlığın sınıq-salxaq ara-
basından qopdu, yeni həyat və təfəkkür tərzi ilə yaşamağa baş-
ladı”
15
. M.F.Axundov H.Zərdabiyə yazdığı məktubunda vəziyyəti 
                                                           
13
   Türkmənçay müqaviləsi, Azərbaycan tarixi üzrə qaynaqlar. (tərtibçilər: S.S, 
Əliyarov, F.R.Mahmudov, F.İ,Əliyeva, L.L. Həsənova).                                                 
Bakı: BDU. 1989, səh.277-286 
14
   Azərbaycan tarixi. Bakı, 1996, səh.613-615 
15
   Cənubi Azərbaycan Ədəbiyyatı tarixi Ic., Bakı: Nurlar nəşriyyatı, 2009, səh.10 


Sədrəddin Hüseyn 
20
 
belə izah edirdi ki, “...biz Rusiya dövlətinin himayəsi sayəsində... 
saysız basqın və talanlardan xilas olduq və nəhayət rahatlıq əldə 
etdik”. Bu rahatlığın içində Şərqin ən zəngin Ərdəbil kitabxanası 
“qərb kübarlığınaxas” bir şəkildə talanıb Peterburqa aparılırdı. “Çar 
hökuməti ...bunları müstəmləkə şəklinə salmağa və Rusiyanın in-
kişaf etməkdə olan sənayesi üçün xammal bazasına çevirməyə 
çalışırdı”
16
.  Zülmə  dözməyən  kəndlilər  bəylərin  torpaqlarından 
qaçaraq, ya şəhərlərə üz tutur, ya da dağlara çəkilib qaçaqçılıq 
edirdilər. XIX əsrin birinci yarısında Quba və Dərbənd qəzaların-
da Molla Nur, Yarəli, Hacı Məhəmməd, Naxçıvan mahalında Adı-
gözəl kimi cəsur kəndli qaçaqlar xalq içində cəsarət simvoluna 
çevrilmişdi. Rusiya Azərbaycanda belə qəhrəmanları məhv edir, 
sürgündə çürüdür, əzir; əvəzində Qurbanəli bəyləri, Xudayar bəy-
ləri (M.Cəlil) yetişdirir, xalqı bunların əli ilə idarə edir, nəticədə 
xalq Məmmədhəsən əmiyə, Novruzəliyə (M.Cəlil) dönürdü. Belə 
“süzgəclə təmizləmə” yolu ilə Çarlıq Rusiyası bu zümrənin tərki-
bini öz xeyrinə dəyişdirirdi”
17
. Düzdür, Rusiya İrana nisbətən in-
kişaf etmiş ölkə idi, avropalaşmağa meyilli idi. Vətən müharibə-
sində rus ziyalılarının Avropadan gətirdikləri maarifçılik Qafqaza 
da yayılırdı. Arxa planda isə azərbaycanlıların milli ruhunun oldü-
rülməsi, mənəvi-əxlaqi dəyərin aşınması, millətin köləliyə alışması, 
tarixi köklərindən və əsrlərdi bağlı olduğu şərq dünyasından hər 
cür bağların qoparılması işğal planlarının tərkib hissəsi idi. Bu cür 
gərgin və faciəli bir şəraitdə yaşamağa məhkum olan talesiz mil-
lətimiz ömür sürərək Q.Zakir, M.F.Axundov, S.Ə.Şirvani, Aşıq Ələs-
gər və başqalarının timsalında öz ədəbiyyatını yaradırdı. 
Şimaldakı vəziyyətdən fərqli olaraq Cənubda İran özünün 
durğunluq və sıxıntılı dövrünü yaşayır, ölkə şahlıq üsulu ilə idarə 
olunurdu. Bu üsul-idarəyə qarşı çıxan hərəkatlardan biri Babilik 
idi. Onun ən qüdrətli nümayəndəsi Tahirə Qürrətüleyn bu təri-
                                                           
16
   Azərbaycan ədəbiyyatı tarixi.3 cilddə. IIc., Bakı, 1960, səh.9 
17
   Azərbaycan tarixi. Bakı, 1996, səh. 636 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
21 
qətin ideyalarını fars dilində yazdığı şeirlərlə təbliğ edib yayırdı. 
Halbuki hələ ana dilində şeir yazmaq ənənəsi mövcud olmamış-
kən,  İ.Nəsimi  belə  sıxıntı  çəkməmiş,  öz  ideyalarını  ana  dilində 
yazdığı şeirlərlə yayınlamışdı. Halbuki, bu dil I Pyotrun vaxtında 
da Şərqlə Rusiya arasında ümumanlaşma dili idi. “Bu dil ilə bütün 
Asiyanı başdan başa dolaşmaq olardı” (B.Marlinski). “1787-ci ildə 
gürcü çarından Rusiya baş komandanına diləkçəni də bizim türk-
cədə yazırdılar”
18
 . Rusiyanın hələ 1802-ci ildən kadr hazırlığı üçün 
açdığı məktəblərdə dilimizdə dərslər keçilməyə başlayır. 30 may 
və 25 iyul 1817-ci il tarixli imperator buyruqları Rusiyanın tabe 
etdiyi  xalqlar  içərisində  məhz  Azərbaycan  türkcəsinə  çevrilmiş 
və “Asiya sövdası üçün bacxanə qanunları” adı ilə 1830-cu ildə 
Sankt-Peterburqda çap edilmişdir”
19

İşğaldan sonra Rusiyaya veriləcək təzminatın Güney Azər-
baycan xalqının üzərinə yüklənməsi onların vəziyyətini çox ağır-
laşdırırdı. A.Qriboyedovun özünü hədsiz sərbəst aparması, erməni 
general Madatovun İrandakı rus ordusuna başçılığı, xüsusilə Cə-
nubi Azərbaycan türklərinə qarşı talan, təcavüz, soyqırımın, gələ-
cək  müsibətlərin  başlanğıcı  idi.  General  Madatov...  Mişkin  və 
Əhəri qarət etməyə getdi. Mişkin vilayətini o ki var soyub qarət 
etdilər”
20

Fətəli  şahdan  başlayaraq  “Qacarlar  sülaləsində  Azərbaycan 
mühüm  yer  tutmuş,  vəliəhdlər  Azərbaycanda  yaşamış,  Cənubi 
Azərbaycan  “Vəliəhdnişin”  hesab  edilmişdir.  Təbriz  isə  “darüs- 
səltənə”  (səltənət  evi)  adlandırılmışdır”
21
.  Təbriz  ikinci  paytaxt 
rolunu oynayırdı. Xarici ölkələrin səfərətxanaları və işgüzar adam-
ların iqamətgahları Təbriz şəhərində yerləşirdi”
22

                                                           
18
   Azərbaycan tarixi. Bakı, 1996, səh.724 
19
   Yenə orada, səh.725 
20
   Yenə orada, səh.616 
21
   Cənubi Azərbaycan tarixi oçerkləri (1828-1917). Bakı: Elm, 1985, səh.37 
22
   Azərbaycan tarixi. Bakı, 1996, səh.62 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə