Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə10/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   6   7   8   9   10   11   12   13   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
31 
vaxt cavanlar da “qocaldıq” deyə nəyəsə işarə edirlər. Bu hal şair-
də də ola bilər, ona görə bu nöqtə həssaslıq tələb edir. Raci “pir 
vəqtindən”, “kəmalə ərdiyindən”, “saqqalının səfidliyindən”, ”rən-
ginin  solmasından”,  “özünün  qocalmasından,  amma  könlünün 
cavan qalmasından”, “qocalıb qamətinin xəm olmasından” danışır. 
Bəzən isə bir bəşər övladı kimi daim dəyişdiyini, maddədən mad-
dəyə keçdiyini, torpaqdan meyvəyə, oradan də şərab şəklində 
qaba daxil olduğunu, amma bu şərablıq xislətinin çoxdan torpaq-
da mövcud odluğunu, şərab kimi isə indi zühurunu dilə gətirərək 
fəlsəfi ümumiləşdirmələr aparır: 
Mən o xakəm ki, bəni-takdə müddətdi varam  
Saqiya, indi zühur eyləmişəm səhbadə
49

Adı  çəkilən müəlliflər  qənaətlərındə  mənbə  göstərmirlər. 
Təkcə F.Köçərli Racinin vətəndaşı və həmməclisi olan bir şəxslə 
dəmir yolunda tanış olmasından söhbət açır: “Ol cənab ziyarətə 
gedirdi və Racini görmüşdü. Racinin əxlaqü adabından əhvalpür-
san oldum. Məzkur hacı Racini çox tərif edib, ziyadə xoşxülq, xoş-
rəftar  və  xoşsöhbət  olduğunu  söylədi.  Mərhumun  əxlaqi-pəsən-
didələrindən birisi də onun artıq mütədəyyin, vətənpərəst və həm-
çinin hirsü təmədən ari, cümləyə yaxşılıq edən dərvişsifət və əhli-
qənaət, pakdamən bir vücud olması barədə bir beytdə deyibdir: 
Qalıb bu pənd mənə pirimdən: 
Həmişə zində bu aləmdə niknam qalır”
50

F.Köçərli də  şairin yaradıcılığına  istinad  edərkən  “Racinin 
dostluqda, vəfada və vətənpərəstlikdə sabitqədəm olmağına bu 
şeirləri şəhadət verir: 
Sər fədaye-dust kərdən pişe-ma doşvar nist
Danəm in naqabeliha qabele-ezhar nist. 
Dustan, əfğane-Raci başəd əz hobbe-vətən, 
Mouseme-qol bolboli danəd ke, dər qolzar nist”
51
.  
                                                           
49
   Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 61 
50
   Köçərli F. Azərbaycan ədəbiyyatı. II c., Bakı: Elm, 1981, səh. 350 


Sədrəddin Hüseyn 
32
 
(Bizlərdə dosta baş fəda etmək çətin deyil. Bulirəm ki, bu-
nun izharı qabiliyyətsizlərə mümkün deyil. Ey dostlar, Racinin na-
ləsi vətən sevgisindəndir. Bülbül bilir ki, mövsümü olmadığı üçün 
gül gülzarlıqda deyil.) 
Mənbələrdə Racinin ailə həyatı haqqında da müəyyən mə-
lumatlar verilir. M.Tərbiyət şairin Əbdulməcid adlı oğlu olduğu-
nu və Naci təxəllüslü ilə şeir divanının olduğunu bildirir
52
. M.Tər-
biyət Nacinin “Divan”ını görübmüş, amma təəssüf ki, barəsində 
heç bir məlumat verməyib. Şairin ailə həyatı ilə bağlı bu günlərə 
qədər ən ətraflı bilgi əlimizdə olan Ə.Əhmədlunun təqdim etdiyi 
“Şəcərənamə”dir. Oradan məlum olur ki, bu sülalə əslən Xoydan-
dır. Cəbəlu Amul nəslindəndir. Ulu babaları Şeyx İbrahim Cəbəlu 
Amulidir. Orada nəslin ardıcıllıqla altı övladının adı sıralanır. Bun-
lardan beşincisi Hacı Şeyx Məhəmməd Cəbəlu Amulidir. Qıtlıq və 
qarışıqlıq üzündən Şeyx Məhəmməd mülklərini sataraq qardaşı 
Həsəni də özü ilə götürüb Zunuza gəlir. Şeyx Məhəmmədin altı 
uşağının altıncısı Hacı Əli Əkbər Zunuzidir. Onun da doqquz öv-
ladı olur. Bunların altısı cavankən ölür. Qalanları Əbul Huseyn, 
Əbul Həsən Raci və İbrahimdir. Bu qardaşlar birlikdə iyirmi il əla-
qəbəndliklə  və  ticarətlə  məşğul  olurlar.  Sonra  kiçik  qardaşları 
Kərbəlayi İbrahim onlardan ayrılıb Həmədana köçür. Raci bu ay-
rılığı şeirlərində kədərlə dilə gətirir
53
. Ə.Əhmədlu kitabında Sə-
burun mərsiyəsini də vermiş və orada Racinin Əbdulməcid Na-
cidən başqa, İbrahim adlı bir oğlu və Səriyyə adlı bir qızı da ol-
duğunu qeyd etmişdir. Səriyyə əmisi İbranimin oğlu Məsih ilə 
evlənmişdir ki, o da sonra doktor Məsihülmülk adı ilə tanınmış və 
sözü gedən “Şəcərənamə”ni də o üzə çıxararaq bir dostuna gön-
dərmişdir
54
. Racinin qadını Fatma xanım özündən əvvəl vəfat et-
mişdir.  
                                                                                                                           
51
   Köçərli F. Azərbaycan ədəbiyyatı. II c., Bakı: Elm, 1981, səh.350 
52
   Tərbiyət M. Danişməndani Azərbaycan. Bakı: Azərnəşr, 1987, səh.271 
53
   Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).                                                             
Təbriz: Fəxri-Azər nəşriyyatı.1377, səh.19 
54
   Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).                                                          
Təbriz: Fəxri-Azər nəşriyyatı. 1377, səh.19 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
33 
Racinin əsərləri onun zəngin ədəbi mühitlə əlaqəli olduğu, 
mükəmməl təhsil aldığı və o dövrün elmlərinə dərindən bələd 
olduğundan xəbər verir. Əbulfəzl Əhmədlunun yazdığına görə 
“Şairin oğlu da atasının yolunu davam etdirmişdir. Əbdulməcid 
Xiyampuran öz “Fərhəngi səxnuran” kitabını farsca yazan şairlərə 
həsr etmişdir. Orada Əbdulməcid Nacidən də ad aparmışdır. Bu-
radan görünür ki, Naci ana dilində yazdığı şeirlərdə olduğu kimi, 
farsca şeirlərində də atasının layiqli davamçısı olmuşdur”
55
. Hələ 
mərsiyələri nəzərə almasaq, sadəcə lirik şeirlərində Racinin yetə-
rincə dinə bağlı olduğu, yüksək din bilgisi aldığı, din tarixini gö-
zəl bildiyi məlum olur. Şeirlərində Bəyazid Bəstami, İbrahim Əd-
həmi kimi nəhəng din alimlərinin adını çəkir. “Namaz qılma, oruc 
tutma” deyən bidətçilərə rişxənd eləyir. 
Gəlibdü ərsəyə indi qəribə ariflər, 
Olubdu hərə bir Bayazidi-Bəstami. 
...Namaz qılma, oruc tutma, sahibi-əmr ol
Haçan deyib bu sözü Bayazid Bəstami?
56
  
Yeri gəlmişkən, qeyd edək ki, Bayazid Bistami fitva verə bi-
ləcək qədər savada malik tabiinlərdən olan din alimidir. İbrahim 
Ədhəm  haqqında  isə  ayrıca  bir  hekayəti  vardı.  Rəvayətə  görə 
Rabiə  əl-Ədəviyyə adında  zühd  və  takva  sahibi bir  qadın Haq 
yolunda  olmazın  müsibətlərə,  işgəncələrə  və  təzyiqlərə  məruz 
qalır, ancaq heç nə onun Allah sevgisinə qarşı dura bilmir. Nəti-
cədə kəramət və şəfaət sahibi olur. Rabiənin bu məqamı qarşısın-
da sınan hökmdar onu köləlikdən azad edir. Azad olan gün ziya-
rət vaxtına düşdüyndən ləngimədən Məkkəyə üz tutur. Ancaq yol 
uzaq, özü yayaq və yorğun, vaxt az olur. Təvaf günü özünü Kəbə-
yə çatdıra bilməyən Rabiə ağlar gözlə dua eləməkdə, eyni vaxt-
da Kəbəyə özünü çatdıran, amma çox az gecikən İbrahim Ədhə-
mi Kəbənin bomboş olduğunu gördükdə heyrətdən donur, lakin 
                                                           
55
   Yenə orada, səh.19 
56
   Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh.255,256 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə