Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə15/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   11   12   13   14   15   16   17   18   ...   62

Sədrəddin Hüseyn 
46
 
Bir güşeyi-çeşm ilə baxanda alu min can,  
Cananı görün bir necə bazarı tutubdur. 
Söylə cananə sənin dərdü qəmin sübhə kmi,  
Basaram bağrıma hər gecələr can yerinə.
87
 
Gər istərsən başun üstə, könül, gələ canan,  
Gərək ayağunun altında xaki-rah olasan
88

Bir sənin tək bivəfa canan yolunda can verə,  
Racini eylər məzəmmət xah düşmən, xah dust
89

Göründüyü kimi, misallardakı obrazlar real bəşər övladla-
rıdır. Biri baxışı ilə can alır, birində cananın dərdini can yerinə bağ-
rına basır, birində “başın üstə gəlməsi üçün ayağı altda rahi-xak 
olmasından, başqa bir yerdə hətta “bu gecə bəzmdə canan ilə 
hər üzün vurmasın”dan, sonuncuda isə bivəfa canandan söhbət 
gedir. Sadalanan sifətlərin hamısı bəni-adəmə aiddir, bivəfalıq isə 
Xaliqin şəninə uyğun deyil.  
Raci şeirlərinin az qismində sələflərini təkrarlayır. “Laləgün 
sirişki canan kuyinə yol açır” və aşiqləri ardınca səsləyir: 
Çox aşiq həsrəti-rüxsari-canan ilə can verdi,  
Mənim tək atəşi-hicrə de, aya bir əhəd düşdü?  
beyti Füzulinin məşhur “məni bimar sanmazmı?” fikri ilə səsləşir.  
Hər kəs əl çəksə canindən tez yetər cananinə,  
Şəm əyağində edüb xakistəri-pərvanə nəqş
90

Aşiq pərvanələr tək özünü oda vurub şamın ayağında xaki-
sar olmağı bacarmasa, canana yetə bilməz: 
                                                           
87
   Divani-Raci  Təbrizi.  (tərtibçi  Əbulfəzl  Əhmədlu).  Təbriz:  Fəxri-Azər  nəşriyyatı. 
1377, səh. 98,233 
88
   Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 45; 46-47 
89
   Yenə orada, səh. 84 
90
   Divani-Raci  Təbrizi.  (tərtibçi  Əbulfəzl  Əhmədlu).  Təbriz:  Fəxri-Azər  nəşriyyatı. 
1377, səh.242,143 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
47 
Cananə yetişməz o hər kəs yanmasa canı,  
Bu noqtə yazılmış pəri-pərvanələr üstə. 
Görsün ruxi-cananı əyan daim özündə 
Ayinə kimi qəlbi müsəffa gərək olsun
91

Bəzi beytlərdə isə şairin kimi nəzərdə tutduğunu müəyyən 
etmək olmur:  
Canan yolunda səhldü keçmək bu candan 
Aşiq odur ki, əl çəkə sudi ziyandan. 
Dolandıqca qədi cananə cövrün artırır ey dil,  
Edəndə bağiban xidmət, nihali növdə bar artar
92

Bir çox klassik şairlərimızdə olduğu kimi, Racinin dünyagö-
rüşündə də hər nə qədər elmi-fəlsəfi fikirlərə rast gəlsək də, dini 
baxışlar sistemi üstünlük təşkil edir.“Onun da qəzəllərində dini 
və dünyəvi məhəbbət: zahid və rind, eşq və mal-dövlət kəskin 
bədii kontrastlar təşkil edir… Ürək və ruhun təzadlarından yorul-
muş, onların nə səfasından, nə də cəfa və əzablarından baş aça bil-
məyən şair”
93
 durur qarşmızda. 
Raci üzünü gah Hz.Əliyə (əs) tutur “yüz yirmi dörd min adəm 
minnətin çəkincə, gəl, Raci, get çək bir Əmirəlmömünün minnəti-
ni”, gah da “Həlqeyi-babi-niyazdan” yapışıb, hər qapıdan əl çəkir, 
dərgah  qapısını  hər  dərdə  çarə  görür.  Bütün  bunlardan  sonra 
Raci axirəti düşünür. Baqi dünyasını qazanmağın yollarını arayır: 
Bu şərt ilə sənə can nəqdini nisar edərəm  
Tanrı yanında qiyamətdə üzrxah olasan
94

Cənnəti qazanmağın asan olmadığını bildiyindən 
                                                           
91
   Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 74, 247 
92
   Yenə orada . 57, 68 
93
   Cənubi Azərbaycan Ədəbiyyatı tarixi I c., Bakı:                                                
Nurlar nəşriyyatı, 2009, 480 səh. 28-29 
94
   Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992,  səh. 45  


Sədrəddin Hüseyn 
48
 
Almağa məşhər günü, Raci, mətai-cənnəti,  
Bir düri-şəhvar olur bu çəşmi-əski-tər mənə. 
Əkə hər kimsənə göz yaşı ilə toxmi-əməl,  
Raciya, həşr günündə birə min hasil olur
95

Göz yaşı axıtmağı möminlərin acızliyi, pessimistliyi kimi qə-
bul ediblər. İslamın əxlaqi dəyərlərini gülüş obyektinə çəvirməyə 
vasitə, fürsət biliblər. Əslində məsələ düzgün anlaşılmır.  
“Bir günah etsəm əgər, min bir gün ah etməm gərək” deyən 
Füzuli, “Ağlamaq ki vardır mərhəmətdəndir” deyən Vidadi və baş-
qa fikir sahibləri elədikləri günaha qarşı əzab çəkmək, sancı çək-
mək, insafa gəlmək, qəlbi yumşaltmaq, “Allah bağışlasın”, - deyə 
inləmək, tövbə, inabə etmək, nəfsinlə, mənlik, qürur və cəlladlı-
ğınla  vuruşaraq  cəmiyyətdə  hüzuru  bərqərar  etmək  niyyətiylə 
axıdılan göz yaşları, cəkilən ahlar (Onu da deyək ki, təsəffüfdə 
AH həm də Allaha işarədir) insanı saflaşdırır, ədalətli edir, imanını 
gücləndirir.  
Yalnız qəlbi bu qədər yumşalan, Allah qarşısında göz yaşı 
tökən “haq yolunda baş-candan keçər”, “rəhi-cananda can verər, 
didari-qiyamətə qalan vəsl istər, hicrdə can verər” .  
Məlumdur ki, Məhəmməd Peyğəmbər  (s.ə.s.)  “ümmətim, 
ümmətim” deyərək məhşər günü ümmətinin xilasını Allahdan di-
ləmişdir. Raci həmin məsələni belə ifadə edir: “Ruzi-məşhərdə 
deyər piri-muğan “Ya ümməta”
96

Racinin  dünyanı  ilkin  dərkindən  başlayıb  axirətə  qədərki 
fikirlərini bu cür sıralayıb bir sistemə salmaq olar. Ancaq bu sis-
temi onun dünyagörüşü kimi birmənalı qarşılayıb hökm vermək 
də düz olmaz. Raci də digərləri kimi ziddiyyətlərdən yaxa qurtara 
bilməmiş, yaradıcılığı boyu müxtəlif fikirlərin bədii ifadəçisi ol-
muşdur.  
                                                           
95
   Yenə orada. 117,197 
96
   Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).                                                 
Təbriz: Fəxri-Azər nəşriyyatı. 1377, səh. 77 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə