Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə27/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   23   24   25   26   27   28   29   30   ...   62

Sədrəddin Hüseyn 
84
 
Çeşmeyi-heyvan görüb ağzun üçün rəqib etmiyə təm 
Çeşmeyi-heyvan deyil, söylə təmannələnməsin. 
Şair heç cür rəqibin başını tovlaya bilməyib. O, şairin sev-
gilisi ilə illərlə bir yerdədir. Artıq tamahlanıb da... Raci üçün indi 
yalvarış obyekti dəyişir. Dilbərdən əl çəkib, indi rəqibə yalvarır.  
Sənindi neməti-vəsl, ey rəqib, illərnən,  
Verin macal mənə laməhalə bir saət.
200
  
Heç bir əxlaq normasına sığmayan, milli dəyərlərdən uzaq 
olan bu özünüifadə, bu münasibətin açımı, yozumu nə imiş? Ney-
ləyirmiş illərnən rəqiblə olanı Raci “bircə saət”? O, “Bir saət” rə-
difli  qəzəlində  fikirlərini  belə  ümumiləşdirir:  Doyunca  tamaşa 
etmək, behiştdəki Tuba bunun sayəsi olduğundan bu Tubamisa-
lın qamətinə bir baxan onun-tubanın arzusunu çəkməz, əli yetiş-
sə, “ol danə xalə bir saət kəməndi-zülf ilə min könül” quşu tutar. 
Ney kimi dopdolu nalə olsa da, səsini çıxarmasa da, qarşısında 
bu fikirlərlə o qədər əyləşir ki, sübhə bir saət qalır. Yaxud başqa 
yerdə “Qoy başını mənim dizim üstə, səvab elə, Ol çeşmi-məstin 
indi ki xab arzusu var.” Deməli, Racinin bu məqamdakı sevgisi 
çılğın hisslərdən, ehtiraslardan, qadına qarşı təmannalardan uzaq, 
saf, tərtəmiz, Məcnunsayaq bir eşqdir. Allahın bu gözəl neməti-
nə əl vurmadan, toxunmadan bu gözəllik qarşısında “Surəti-halın 
görən surət xəyal eylər”cəsinə Xaliqinə şükranlıqla, heyranlıqla 
baxmaq, xoş duyğular yaşamaq. Ancaq buna da əli çatmayanda 
küskün-küskün 
Könül, ol məhliqa bivəfadu qoy getsün,  
Həmişə aşiqə cövrü cəfadu, qoy getsün,  
Rizayə bir belə yalvarma, Raci, əl çək sən,  
Özü ki getməkliyə indi rizadu qoy getsün. 
– deyir. Ancaq bu getməkliyə də bir insan kimi çox dözə bilmir. 
Əlindən heç nə gəlməyəndə gücü bədduaya, qarğışa,üsyana çatır: 
                                                           
200
  Raci.Seçilmiş əsərləri (tərtibçi Abıyev Hafiz). Bakı:Sabah,1992,səh.65, 81 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
85 
Yetməsin mətlubinə, hicrankəşidə aşiqi,  
Cövr ilə dünyadə hər kim vəsli-canandan qoyar. 
Məni yandıri aləmdə bu növ atəşi-qəmdə 
Onu da görüm aləmdə mənim tək Tari yandursun.
201
  
Göründüyü kimi, Racinin məhəbbət lirikası rəngarəngdir, 
əhatəlidir, səmimidir, həm də mürəkkəb və ziddiyyətlidir, insan 
qəlbinin poetik tərcümanıdır, eyni zamanda yüksək sənətkarlıqla 
yazılmış sənət əsərləridir, şeirimizin dəyərli incilərindəndir.  
2.2.  Ə.Raci lirikasinda ictimai motivlər 
Racinin sevgi şeirləri ilə bağlı bir məsələ də şairlərin əksə-
riyyətinin yaradıcılığında aparıcı mövzu olan eşqin predmetinin 
nə olmasıdır. Bu sadəcə sırf bir dünya gözəlidirmi? Raci “Divan”ı 
nın tərtibçisi Hafiz Abıyev kitabın müqəddiməsində yazır: “Raci 
qələminin əsasını saf, bəşəri məhəbbətin yüksək bədii tərənnümü 
tutur. Onun lirikasında şirin vüsal həsrəti ilə çırpınan bir qəlbin 
təbii həyəcan və sarsıntıları duyulmaqdadır”
Deyilənlərdən də aydın olur ki, məsələ sadəcə bu deyil, eş-
qin predmeti daha geniş və əhatəlidir. Bu baxımdan məhəbbət 
fəlsəfəsini bu təsnifatda incələmək olar: 
1.   Sırf ilahi eşq.  
2.   Peyğəmbər eşqi və əhli-beyt, səhabə eşqi.  
3.   Dünya ğözəllərinə qarşı məhəbbət.  
4.   Dünyəvi eşq, yəni dünya nemətləri ilə, dünya ilə bağlı məhəb-
bət. Bura daş-qaş, təbiət gözəlliyinə qarşı sevgidən tutmuş, 
dosta, qohuma, doğmalara, vətənə məhəbbətə qədər hər şeyi 
daxil etmək olar.  
5.   Bu dördünün qarışıq şəkildə verilməsi.  
Məsələyə bu ölçülərlə yanaşdıqda görürük ki, Racinin dün-
yəvi-lirik şerlərinin əksəriyyətində bu saydıqlarımız elə qaynayıb 
                                                           
201
 Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 85, 23, 58 


Sədrəddin Hüseyn 
86
 
qarışır ki, konkret nədən bəhs etdiyi çox az şeirlərində bəlli olur. 
Misralar, beytlər ya Qurani-Kərimdən bir ayə ilə bağlı olur, ya ayə 
və hədislərdə nəyəsə işarə edilir, ya gəlib getmiş peyğəmbərlər-
dən hansınınsa adı çəkilir, onunla bağlı qissələrə toxunulur, ya da 
əhli-beytdən kimlərsə xatırlanır, onlara müəyyən işarələr edilir. 
Deməli, eşqin predmeti müxtəlifdir. Yaradandan, onun Rəsulun-
dan tutmuş meylimiz nəyədirsə, qəlbimizi riqqətə gətirən nədir-
sə, eşqin predmeti də odur. Şairlərin toxunduğu mövzular da on-
ların yaşantıları, dünyagörüşü, mühiti, əxlaqı və elmi səviyyəsin-
dədir.  
H.Abıyevə görə ”Onun nəzərində aşiq “xəlqən” və “xülqən” 
pak bir vücud sahibi olmaqla, dünya və üqbadan əl çəkməli, öz 
meylini yalnız sevdiyi gözələ salmalıdır”. Mərsiyələrində isə “…ata-
nın oğula, qardaşın-qardaşa, bacının qardaşa və son nəticədə Al-
laha olan məhəbbəti o qədər cazibəli təsvir edilmişdir ki, oxucu 
qəlbini kədərlə, gözünü yaşla doldurur”
202
, –deyir. 
“Öz xahişini tərk eləsin talibi-canan, Nə talibi dünyavü, nə 
üqba gərək olsun” deyən Raci isə “əgər aşiq Canana talibdirsə, dün-
ya və üqbadan əl çəkməli, onları unutmalıdır” qənaəti hardasa 
Nəqşibəndilərin “tərki dünya, tərki ukba, tərki tərki, tərki həst” fəl-
səfəsini xatırladır. 
Canan isə canı verən –Yaradan mənasındadır. 
Raci də Nəsimi kimi kainat kitabından ilahi sirləri oxumağın 
mümkünlüyünü qəbul edir və onu müxtəlif yerdə arayıb axtarır. 
Yəni hara baxsan yaradandan, hər sənət sənətkardan xəbər ve-
rir, onu tanıdır. Bir gözəlin çöhrəsində  
Çöhreyi-camə içində ruxi-canan görünür,  
Sədəf içrə deyəsən mehri-dirəxşan görünür.  
Bu xalü xəti kim, ruxi cananda yazublar,  
Bənzər o hürufata ki, Quranda yazublar. 
                                                           
202
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 7, 7, 13 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə