Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə30/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   26   27   28   29   30   31   32   33   ...   62

Sədrəddin Hüseyn 
94
 
Allaha aşiqliyində ifadə olunan həqiqi məhəbət İnsanın (aşiqin) 
İnsana  (məşuqəyə)  aşiqliyində  ifadə  olunan  məcazi  məhəbbət 
kodu ilə paralelləşir.”
218
 Füzulidə bu səviyyəyə qalxan haqq sev-
gisi Füzulidən sonra getdikcə məcrasını dəyişir, Nəbatidə burul-
ğana düşüb kursunu itirir, Vaqifdə sırf dünya gözəli və ondan 
alınan zövq-səfanın tərənnümü əsas yer tutur, S.Vurğun isə ”yal-
dan tək aşan qızın qarşısında atdan düşüb yol çaşır”
219
, ömrünün 
qürubunda isə ilk eşqinin Leylasını görməyi arzulayır. Ustad Şəh-
riyar da qoca və xəstə olanda yanına ziyarətə gələn Leylasına-
Sürəyyaya “Hala çera?” (“İndi niyə?”) rədifli qəzəlini deyir. İzlərini 
Racidə də gördüyümüz Y.Qarayevin fikirlərinə nəzər salaq: 
“Füzuli sevgisi də ayrılıqda nə tanrı-insan, nə də qadın-kişi 
rəğbəti demək deyil.  
…Biz tək ölümümüzü yox, həm də ölməzliyimizi (əbədiyyəti) 
dərk edirik və bunun real gerçəkliyi kimi, sevgimizi (fərqi yoxdur, 
istər ilahi sevgi olsun, istər bəşəri) dərk edirik. Bu sevginin hər 
ikisi birlikdə ədəbiyyatımızın şərtini və zəminini təşkil edir: ailə 
yoxdursa,  cismani  irsiyyət  və  əbədiyyət  yoxdur,  ruh  yoxdursa, 
mənəvi irsiyyət və əbədiyyət yoxdur. Çünki nəşə indikidir və fa-
nidir, kədər-əbədi və sabit. Son məqsəd həqiqətə və əbədiyyitə 
yetməkdir.  Bu  məqsədə  isə,  müdrikliyə  isə  bizi  iztirab  aparır, 
nəşə yox… 
Füzuli hər bir ölümdən bir yox, iki dünyada əmələ gələn zəl-
zələni təsvir edir və elan edir ki, ölüm aktı ilə yoxsullaşan, və…zən-
ginləşən dünyalar var”
220
 (41, 194). 
Deməli, bütün sevgilərin üstündə ilahi sevgi durur. Əgər o 
sevgi yoxdursa, hər şeydə Yaradanın sənətini görüb buna görə 
                                                           
218
  Seyfəddin Rzasoy. Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi. 
Bakı: Elm və təhsil, 2015, səh. 68 
219
  Səməd Vurğun. Seçilmiş əsərləri. 2 cilddə. I c.,  Bakı: Azərnəşr, 1976, səh. 273 
220
  Qarayev Yaşar. Meyar şəxsiyyətdir. Bakı: Yazıçı, 1988, səh. 194 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
95 
onu sevmir və bunları bizim üçün yaratdığını dərk edib buna gö-
rə şükr etmiriksə, sevdiklərimizi də onun üçün sevmiriksə, başqa 
sevgilərin hamısı saxta və keçici olar.”Xəlqi ifadələr, detallar, təş-
behlər, obrazlar kimi, sufi motivlər və ideyalar da bu şeirə birbaşa 
elmi, dini, fəlsəfi mənbədən yox, Nizamidən, Nəsimidən, C. Ru-
midən, Ş. Təbrizidən, Ş. M. Şəbüstəridən və Nəvaidən bu poezi-
yaya gəlir.”
221
  
“Canı hər kim cananı üçün sevsə, canın sevər” deyən Füzu-
limi doğru yoldadır, Vaqifmi, və ya ziddiyyətlər burulğanında kur-
sunu itirən, “Gah ağıllı, gah divanə olan, gah kəlisalara rəhban 
olan, gah dərviş, gah meyxana süpürgəçisi”olan Nəbatinin axtar-
dığı nədir? İnsanoğlunun axtardığı doğru yolun-haqqın kökünü 
yenə  Qurani-Kərimdən tapmaq olar.  “Nəbə”-(xəbər)  surəsində 
(8-ci ayə) ”Biz hər şeyi cütlər olaraq yaratdıq”
222
 deyilir. Təfsirlər-
də insanların da cüt yarandığı və biri digərinin yarısı, birləşdikdə 
tam olması, bütöv ləşməsi bildirilir. Ərəb dilində qadının bir mə-
nası zövcə deməkdir. “Zövc bir-birini tamamlayan və ya tamam-
lama durumu olan bir şeydir.”Əgər bir-birinə zidd kimi gördüyü-
müz şeylər bir-birinin zövcəsidirsə, acı şirinin, yoxuş enişin, izti-
rab sevincin, ölüm də həyatın zövcəsidir. Deməli, insanın başqa 
cinsə olan meyli özünü tamamlamağa, bütövləşdirməyə olan cəh-
didir. “Bu evlənmədə (ölümlə həyatın zövcündə) bütün evliliklərdə 
olduğu kimi nikah kəsilir və izdivac gerçəkləşdirilir… və bu nikah 
Allah qarşısında olur, orada əhd edilir. Və “insanoğlu ölmək üçün 
var olur, dirilmək üçün ölür və əbədiyyəti duyub yaşamaq üçün 
də dirilir.”
223
  
Bir az əvvəl deyildiyi kimi, insanlar (Leyli və Məcnun) bir-
birinə deyil, ikisi birlikdə Hüsnü-mütləqə aşiqdir, bu aşiqliyin də 
sonu Allaha qovüşmaqdır. Yoxsa Füzulinin dərdi bir başqa dərd 
                                                           
221
  Qarayev Yaşar. Meyar şəxsiyyətdir. Bakı: Yazıçı, 1988, səh. 209 
222
  Bünyadov Z., Məmmədəliyev V.  Qur’an (tərcüməsi).Bakı, 1992.362 səh. 611 
223
  ”Sızıntı” dərgisi. İstanbul, 2002, mart sayı, səh. 55 


Sədrəddin Hüseyn 
96
 
deyilmiş ki “məni bimar sanmazmı?” deyib “dərdinə dəva” axtar-
sın. Bu dərdin dəvası canana qovuşmaqdır ki, o da baqi dünyaya 
köç etməklə olur. “Tərki-can derlər bu dərdin mötəbər dərmanı-
na”, ona görə də “eşq dərdi ey müalic, qabili dərman degil.”
224
 
Bu da bu alış-veriş dünyasinda nə qazandığımızdan və bu qazan-
cın orada nə qədər karımıza gələ biləcəyindən asılıdır.  
Raci Hz. Əlinin (ə.s) adını cəkdiyi bir qəzəlin sonunda 
“Məşhur idi qeytermeyi xurşidi fələkdən,  
Raci, onu gizlətmək olur, gün tək əyandır” deyərək Məhəm-
məd peyğəmbərin (s.ə.s) Günəşi dayandırması ilə bağlı möcüzə-
sini yada salır. Əslində bu hədislə bağlı qaynaqlarda fərqli fikirlər 
var. Mövzumuz bu olmadığından bu beyti Racinin Hz. Əliyə sev-
gisinin ifadəsi kimi qəbul etməklə kifayətlənirik. 
Zahidliklə yanaşı rindanəlik və onunla bağlı rəmzlər də onun 
şeirlərinin əsas elementləri olaraq fəlsəfi estetik, sosial görüşlə-
rinin açımına xidmət edir. M. Füzuli “saqi, kərəm eylə, cam gəz-
dir” dediyi kimi Raci də: 
Götür, saqi, meyi-külfami, doldur cami-zərrinə,  
Əlimdən tut amandır, qərq oldum qüssə bəhrinə. - deyir. 
Şərabı artıq içdikcə nəşə necə artırsa, vəslə meyil etdikcə də eşq 
havasının artdığı qənaətinə gələn Raci hər ikisini çox vaxt birgə 
götürür və məsələyə müxtəlif baxış bucaqlarından yanaşır.  
Sufilikdə həqiqət mərtəbəsinə ulaşmaq üçün 40 gün riya-
zət dövrü keçirirlər. Guşənişin olur, daim ibadət edir, heyvani qi-
dalardan uzaq dururlar. Lirik şeirlərində 50-dən çox zahid sözü 
işlədən və əksəriyyətində tənqidi, ironik mövqedən yanaşan Raci 
bəzən birbaşa onların yolunu tutur, bu dəfə adi şərab deyil, vəh-
dət meyi içir.  
                                                           
224
  Məhəmməd Füzuli. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1984, 269 səh. 218 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə