Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə33/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   29   30   31   32   33   34   35   36   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
103 
ları qadınları az qala ilahiləşdirilir və bunların qarşısında əsil qa-
dınlar  təhqir  edilir,  zövq  vasitəsinə  çevrilir.  Mabudunu  qadun 
təsəvvür edən müşriklərin əlində həqiqi qadınlar elə alçaldılır ki, 
hörmət bir yana, onlar ən bəsit insan haqlarından belə məhrum 
edilirlər. Bu müşriklər nəyə baxsalar, onu qadın təsəvvür edirlər 
və bu surətdə bütün ibadət zövqünü şəhvətdə toplayıb haq və 
həqiqətləri xəyallara fəda edərək, qadın rəsmləri, heykəlləri qar-
şısında gerçək qadınları ayaqlar altında süründürürlər. Belə hal-
lar  mifik  təfəkkürdə  də  özünü  göstərmiş,  ağac,  balıq,  canavar 
və s. arxetiplər kulta çevriləndə qadın şəklində düşünülmüş, yəni 
mifik  qəhrəmanlar  onlardan  doğulmuşdur.  Ənənə  sonralar  da 
davam etmiş, bu gün yarıçılpaq şəkillərin sərgilənməsi, reklama 
alət kimi hallar qadına münasibətin yeni bir formada təzahürüdür. 
Real həyatdakı bu hallar ədəbiyyat müstəvisində sənəmləri ila-
hiləşdirməyə və ilahi eşqin dünyəviləşməyinə səbəb olmuşdur.  
Bunun başqa bir izahı da sevdiyində fani olmaq, onun priz-
masından əsl sevgilini görə bilməkdir. Haqqa qovuşmaq üçün 
gül bülbülə, Leyli Məcnuna bir vəsilədir. Nəqşibəndilərdə Haqqa 
qovuşmanın yolu fənafil şeyx, fənafil Rəsul, fənafil Allah olmaqla 
mümkündür. Bu vəsilələri Seyid Əzim Şirvani belə mənalandırır: 
Kimi Kəbədə, kimi deyr içrə görər
Hərə bir növ gəzir, axtarır ol canani. 
Dağə Fərhad çalıb tişəni şirin-şirin, 
Gördü Şirində həq nurunu verdi cani. 
Gördü Məcnun əsəri-Xaliqini Leyladə, 
Düşdü vadilərə, mənzil etdi səhrani.
234
  
Məcnunun İbn-Səlamdan sonrakı Leyliyə münasibətinin sirri 
də məncə bundadır və bu haqda bu günə qədər deyilənlərdən 
daha tutarlı və daha məntiqi dəlildir. 
Nizami və Füzulilərin yaradıcılığında isə özlərindən sonrakı-
larda olan belə ziddiyyətlərin görünməməsi imanlarının kamilli-
                                                           
234
  Köçərli F. Azərbaycan ədəbiyyatı. II c., Bakı: Elm, 1981, səh. 84 


Sədrəddin Hüseyn 
104
 
yində,  nəfsi  yenmələrində,  Allaha  qulluqda  qüsursuzluqlarında 
idi, yüksəldikləri məqamda dura bilmələrində idi. Sonrakı düşün-
cə dünyamızda nə qədər dəyişmələr olsa da, ””Füzuli şair deyil” 
deyən M.F.Axundzadə öz avropaçı modern konsepsiyası ilə sufiz-
mə zərbə vursa da…sufizmi məhv etmək olmazdı. Nə qədər ki 
ALLAH var, İNSANIN ona ilahi-mistik məhəbbəti var, sufizm ola-
caq”
235
 və ilahi eşq də olacaq, onun tərənnümü də.  
İnsanın  ictimai  görüşləri  onun  dünyaya,  cəmiyyətə  qarşı 
münasibətindən doğur. O nə istəyir? İstədiyini əldə etmək, arzu-
larını reallaşdırmaq üçün qarşısını kəsən nədir? -Qarşısını kəsən, 
mane olan qüvvələri dəf etmək üçün yollar aranır. Bu axtarışda 
meydana gələn fikirlər sosial görüşləri formalaşdırır. İnsan xarak-
terinə görə üsyankar olur, mübariz olur, şikayətçi olur, ağlayır, 
sızlayır, heç nəyə əli çatmayanda hər şeydən üz döndərir, ya asi 
olur, ya da Allaha təvəccöh edir, dua edir, yalvarır. Bəs Racinin 
istəyi, bu dünyadan umacağı nədir? Əslində onun həyat tərzi za-
hidlərin, dərvişlərin, təsəvvüf əhlinin həyat tərzinə çox bənzəyir. 
Onlar kimi Racini də bu dünyanın nazü nemətləri maraqlandırmır. 
Nə zəmanəsindən, nə insanlardan, nə quruluşdan, nə hökm-
darlardan, nə onların haqsızlıqlarından açıq şəkildə heç nə deyil-
mir. “Bir sınıq qəlyan ilən hökmdarları saymayan” şair minnətsiz, 
sadə yaşamağı üstün tutur. Belə çıxır ki, mövcud vəziyyəti ilə ra-
zıdır. Onu nə vətənin taleyi, gələcəyi, nə həmvətənlərinin acına-
caqlı, faciəli halları, nə şah rejimində əzilmələri,  milli varlığının 
təhlükə qarşısında qalması, nə də bəşərin taleyi maraqlandırır. 
Tək bir mürəbbesində din adamlarının dinə pozğunluq gətirmə-
lərindən, hərə özünü bir Bayazid Bistami hesab edərək fitva və 
hökmlər  verməklə  bidətçiliyi  yaymalarından  şikayətlənir,  dinin 
təəssübkeşi kimi çıxış edir. Qalan hallarda isə onun istədiyi niga-
rıdır. Onun zülf içində hərdən görünən yanağına, xalına, qaş-gö-
zünə doyunca tamaşa etməsidir. Çox uzağa gedəndə xalını öp-
                                                           
235
  Şəmsizadə Nizaməddin. Ədəbiyyat nəzəriyyəsi. Bakı, 1912, səh. 345 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
105 
mək, ləblərin əmmək istəyir. Bu dünya onun nəzərində sevgilisi-
nin hicranı və vüsalına bürünərək hicran-vüsal şərbətini dada-
dada, onun ağrı-acısını yaşaya-yaşaya, rəqibdən gileyli bir ömür 
yoludur. Bununla belə misralarda, sətiraltı deyimlərdə sosial gö-
rüşləri də öz əksini tapmaqdadır. ”Doğrudur, Raci nə inqilab xa-
dimi, nə də ateist idi. Lakin o, yeri gəldikcə ədalətsiz dövlət qu-
ruluşuna, soyğunçu hakim təbəqələrə, xalqı cəhalətdə saxlayıb 
kor etməyə, dünyadan əl çəkdirməyə çağıran saxta mollalara qarşı 
haqq sözünü deməkdən çəkinmirdi”
236
 
Şikayəti rəqibdəndir, əğyardandır, nigarın vəfasızlığıdır, dün-
yanın fani olmasıdır. Raci “Gah sufi kimi dünyadan və onun varın-
dan üz döndərən, gah da doqquz axçadan ötrü az qala dünyaya 
və dünyadakı bütün övqaflara lənət oxuyan”
237
 gah da “bivəfa 
dünyada gördüklərini bivəfa görən”
238
 “salamı rüşvət deyil deyə 
alınmayan”, “aşiqi-sadiq” olan, tam bir zühd, takva həyatı yaşa-
yan ustadı Füzulidən fərqli olaraq bu dünya  əzabının imtahan 
olduğunu yəqin etsə də, ona axıra qədər səbri çatmır.  
Əritdi buteyi-qəmdə bu cismi-natəvan zalım,  
Cəfadur-həddən aşdı, imtəhandur bu əğər-bəsdir.
239
  
Onun bu halını görkəmli ədəbiyyatşünas F.Köçərli çox gö-
zəl xarakterizə edir“Atidə yazılan qəzəlində Raci insanın başına 
eşqdən gələn bəlaları bir-bir tədad edib, onların olmağını, filcüm-
lə dünyada insanın zövq-səfası və eyş-işrəti üçün xəlq olunmuş 
əsbabü əlamətlərin yoxluğunu və hüsn aləmin, qəm-qüssəsinin 
nəfyini arzu edib əsil mətləb və təmannasın nə olduğunu gizli 
saxlayır. Rus şairi Lermontov kimi bizim Racimiz də nə ölmək is-
təyir və nə sağ qalmaq, nə şirinliyə meyl edir, nə acılığa, nə hic-
rin zəhri-həlahilini və nə vəslin şəkəri-safini tələb edir.”
240
  
                                                           
236
  
Cənubi Azərbaycan Ədəbiyyatı tarixi I c. Bakı: Nurlar nəşriyyatı, 2009, 480 səh. 249
 
237
  Qaraxan Ə. Füzuli mühiti, həyatı və şəxsiyyəti. Bakı, 1989, səh. 200 
238
  Məhəmməd Füzuli. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1984, səh. 213 
239
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh.29 
240
  Köçərli F. Azərbaycan ədəbiyyatı. II c., Bakı: Elm, 1981, səh. 352 
 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə