Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə32/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   28   29   30   31   32   33   34   35   ...   62

Sədrəddin Hüseyn 
100
 
…Nə təngə gəldi gözüm intizar çəkməkdən,  
Nəticə verdi nə bu intizar kamimcə.  
Nə bü zəmanəyə mən bağladım bel, ey Raci,  
Nə saziş eylədi bu rüzigar kamimcə. 
Allah yaratdığı qullarını bağışlayır. Onun arınması üçün çe-
şidli yollar açır. Tövbə qapısı həmişə açıq olduğundan Raci də töv-
bə edir. Ayrıca “Tövbə” rədifli qəzəl də yazır. Ancaq qəribədir ki
bu qəzəlin özü də ziddiyyətlə doludur. Çıxılmaz vəziyyətdə qala-
nın yol aramasından çox, tövbə ilə bağlı fikir mübadiləsinə bən-
zəyir: 
…Demişəm içmərəm mey, ey saqi, əmma keç günahimdən, 
Səni mən görməmişəm, eyləmişəm bixəbər tövbə. 
Nə mən bu eşqdə iczü-niyaz etməkdən əl çəkdim, 
Nə sən naz eyləməkdən əl çəkdin, ey zibapəsər, tövbə 
Həqiqi dost rahində başun ver, Raci,”uf” demə, 
Məcazi aşinadan tövbə, tövbə, müxtəsər tövbə
229
  
Göründüyü  kimi,  Raci  Allah  qarşısında  tövbəyə  meyllidir 
və  günahı  da  “məcazi  aşinaya”  meyl  etməklə  və  ya 
“badəgunluqla” bağlıdır.  
Əgər gətirilən nümunələrə dərindən diqqət etsək, bu, sa-
dəcə  sevgilinin  qaşını  mehraba  təşbeh,  ona  “Rəbbim”,  demək 
“yüzünü görəndə yüz təsbeh lailahə illəllah” çevirməsi və s. deyil. 
Nümunələr Allaha şərik qoşmağı göstərir ki, bu da günahların 
ən böyüyüdür. Ömrü boyu bir müsəlman həyatı yaşayan, həccə 
gedən bir şair, görəsən, bu sözləri necə işlədir, necə bu qənaətə 
gəlir?  Şeirlərin  çoxunda  müşahidə  olunan  ziddiyyətlərin  kökü 
nədədir? Necə oldu, bu antiklerikal görüşlər Nizamidə, Nəsimi 
və Füzulidə görünmədi və ya görünməz dərəcədə az oldu, Füzu-
lidən sonrakı ədəbiyyatımızda məsələlərə bu qədər fərqli qütb-
                                                           
229
 Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 66, 49 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
101 
dən  yanaşıldı,  bir  insanın  daxili  dünyasında  bir-birinə  zidd  bir 
neçə  dünya  yaşandı?  Baxmayaraq  ki,  Nizaminin  özünün  belə 
“tövbə evini” hərdən “eşq xərab etmədə, aşiq iftarına sevda me-
yi-nab etmədədir.” 
Əslində ümumilikdə götürsək, bu bəşər övladına xas xüsu-
siyyətdir. Hər kəsin həyat boyu yaşantıları dolanbac olur, fəlsəfi 
düşüncələri, dünyadərki də həmçinin. Şairləri də insan qəlbinin 
tərcümanı kimi qəbul etsək, əvvəla bu fikri götürməliyik ki, bütün 
bunlar insanoğlunun qəlb aləminin şair qələmində bədii əksidir. 
Onda şairlərin həm də daha həssas, daha dərin və duyarlı yaşa- 
dıqlarını, mənən daha zəngin və ilhamlı olduqlarını, yaza bilmək 
qabiliyyətlərinin  də  olduğunu qəbul  etməliyik  və  deməliyik  ki, 
bunlar insanların yaşantılarının, duyğu və düşüncələrinin bədii 
əksi olmaqla bərabər, həm də şairin iç dünyasının bədii inikası-
dır. Deməli, “niyələrdən” nə insanlar, nə də şairlər yaxa qurtara 
bilir. Əsas sirr isə yenə insanın yaradılışının hikmətində, sirrində-
dir. İnsanın iç dünyasında imanla nəfs baş-başadır. Şeytanın vəs-
vəsəsi daim insana  haramları gözəl göstərir  və  insan  dünyaya 
meyilli olur, imanın ittihamlarından qurtarmaq üçün inkar yolunu 
belə tutur.  
Əgər Məhəmməd peyğəmbər (s.ə.s.) bir hədisində “Alla-
hım, məni göz açıb yumuncaya qədər nəfsimlə baş-başa qoy-
ma”, –deyirsə, onda başqaları hər an nəfsinin əsiri ola bilər. Dün-
yada hər şey bir-birinə qarışıb, zəmanədən baş açmaq olmur. 
Rindü, şeyxü, salikü, zahid qarışmış bir yerə
Çeşmi həqbin yox seçə namərd ilə mərdanəni.
230
  
Qeyd olunan ziddiyyətlər də bundan sonra baş verir, onun 
bədii ifadəsi də. Nə qədər ki, nəfs var, şeytana uymaq var, günah 
da var, suç da, ziddiyyətlər də. Belə ziddiyyətləri Racinin də bütün 
yaradıcılığı boyu müşahidə edəcəyik. Onların digər mühüm sə-
bəbləri də vardır. 
                                                           
230
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 71 


Sədrəddin Hüseyn 
102
 
Danılmaz həqiqətdir ki, “şairin  vəzifəsi  həqiqətən  olub 
keçənlərdən deyil, …ehtimala və ya zərurətə görə mümkün 
ola bilən hadisələrdən bəhs etməkdir.”
231
 Dögrudan da heç 
kəs deyə bilməz ki, şairlərin (o cümlədən Racinin) yazdıqları bü-
tünlüklə yaşantılarının bədii ifadəsidir. Bunlar sadəcə həm bəşər 
övladının, həm də özlərinin duyğu və düşüncələrinin məhsulu, 
xəyallarından keçənlərin bədii ifadəsidir. Həmişə gələcək zama-
na aid olur. Felin arzu, əmr, ya da şərt şəklindədir. Həqiqət deyil, 
xəyalidir. ”Aldanmayın, şair sözü, əlbəttə, yalandır” (M.Füzuli). An-
caq hər nə qədər bədii yalan olsa da, qəribə görünən və bizi hey-
rətdə qoyan Racinin yaradıcılığı boyu müşahidə olunan elə zid-
diyyətli fikirləridir ki, bunu elə bir imanlı adamın, Əhli-beyt aşiqi-
nin, ”məcazi eşqindən” tövbə edən, həqiqi dostunu tapıb yolun-
da “uf” demədən başını verməyə hazır olan şairin dilindən deyil-
məsi təəssüf doğurur. ”İymanında xələllər görünməyinə” (S.Ə.Şir-
vani) acıyırsan. Şairin bu halbahalının içərisində məskunlaşan ne-
qativ cəhətlər oxucuya da sirayət edir, onu da nəfsin çəkdiyi gir-
daba “şirin-şirin” (Raci) sürükləyir. Bu hisslər, duyğu və düşəncə-
lər Raci yaradıcılığında da nəşət edir. Ziddiyyətlərin kökünü ax-
tarmaq üçün çox uzağa getmək lazım deyil. Quranın Nəcm surə-
sində deyilir: ”Müşriklər Allahı qoyub yalnız qadın bütlərə (La-
ta, Mənafa, Uzzəya, Nailəyə) tapınır və yalnız asi şeytana iba-
dət edirlər”
232
, “Şeytan müşrik- lərə vədlər verir, ürəklərdə 
arzular oyadır. Lakin …yalnız yalan vədlər verir.
233
 Bu ayələr-
dən çıxan nəticə belədir ki, müşriklərin könül verib yalvardıqları 
və ya adına dəvət etdikləri məbutları dişilər olur. Bunların nəzə-
rində ilahi məfhum və mabut təsəvvürü hər şeydən əvvəl bir qa-
dın xəyalıdır. Və bunun üçündür ki, bütlərin əksəriyyəti qadın su-
rətində və qadın ismindədir. O bütün zövqünü və bütün ilhamını 
qadından almaq istəyir. Ona görə də xəyallarında canlandırdıq-
                                                           
231
  Aristotel. Poetika. Bakı, 1974, səh.63 
232
  Quran. Səudiyyə Ərəbistanı. Əl-Mədinə Əl-Münəvvərə. 1305, Nisə surəsi, ayə 20 
233
  Yenə orada.  Nisə surəsi, ayə 4/117-120). 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə