Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə40/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   36   37   38   39   40   41   42   43   ...   62

Sədrəddin Hüseyn 
124
 
Bu işlərin artıq ifrata yetdiyini, “hər kəsin öz dərdi özünə bəs 
deyilmiş” deyən Axundovla Z. Marağayi də həmfikirdir: “İranın 
bir çox şəhərlərində əhali arasında heydəri,  neməti davası olur… 
heç özləri də bilmir ki, Heydər kimdir, Nemət kimdir. Amma hər 
il bu iki adın tərəfgirliyi üstündə vuruşmalar olur, qanlar axıdılır… 
Gərək şəhərin üləması… bunları başa salsın. Təəssüflər olsun ki, 
İnsafsızlar… bu fitnə ocağına odun qoyurlar… Tərəflərdən hər biri 
elə güman edir ki, o biri tərəfə qarşı nə qədər düşmənçilik eləsə, 
dünya və axirətdə o qədər xoşbəxt olacaqdır.”
281
  
Yolları kəsib min oyundan çıxan bu adamların “halına yanan-
dan” sonra müəllif Kərbala facəsinin mahiyyətini açıqlayır: “Hələ 
pis-pis də öz əməllərində imam Hüseyn Əleyhüssəlamın boynu-
na əbləhcəsinə böyük bir minnət də qoyurlar. Daha bilmirlər ki, 
o həzrət şəhadəti və öz pak övladının müsibətini cəddi-büzür- 
güvarının pak dininə xələl toxunmaması və bidətin aradan götü-
rülməsi xatirinə qəbul etdi. Bunlar isə o cür mühüm bir təlimi kor-
layır,(kursiv bizimdir) …heç utanmayıb hələ bir xilaf üçün üstünə 
bir ibadət adı da qoyurlar.  
İmam Hüseyndən, onun qiyamət ğünü hamının bağışlan-
masını Allahdan xahiş edən böyük cəddindən xəcalət çəkmirlər.”
282
  
“Əkinçi”nin  səhifələrində təziyədarlıqla bağlı bir-birinə zidd 
yazılar getmiş, bu məsələ mübahisə mövzusu olmuşdur. S. Ə. Şir-
vaninin “yövmi-aşurada cühəlanın baş yarmasına” qarşı çıxışına 
Hadi  təxəllüslü  Qudyal  sakini  kapitan  Sultanov  zidd  gedərək 
“dini  təəssübkeşlik”  edir  və  S.Ə.Şirvaniyə  öz  cəddini  xatırladar 
və onu həcv edir. Seyid Əzim isə həcvə həcvlə cavab verir. Onu 
“əyri oturub düz danışmağa” dəvət edərək “şəriətdə buna hüccət, 
bürhan” varsa, “biz də baş çapmağa qarışaq”, - deyir. 
Bu məsələyə münasibət bildirən F. Köçərli də qeyd edirdi 
ki, bədənə işgəncə vermək mənfəət versəydi, bunu buyuran din 
                                                           
281
  Marağayi Z. İbrahim bəyin səyahətnaməsi.  Bakı: Elm, 1982, səh. 191 
282
  Yenə orada, səh.192 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
125 
xadimlərinin özləri də edərdilər “…halbuki onları… Yaşsız gözlə-
rinin nəmini hiyləvi və dəsmalı ilə silən görürük… bədənlərinə… 
əziyyət yetirən yenə əlsiz-ayaqsızlar, biçarə və sadədil əvamün-
nas  olur.”
283
 Müəllif  S.Ə.Şirvani  ilə  həmrəy  olaraq  fikrini  belə 
davam  etdirir:  “…Əgər  dini-mübini-nəbəvidə  hifzi-bədən  əmri 
sadir olmasaydı, onda baş çapmaq filini, bədənə nizə, ox, qıfıl, 
at nalı, qılınc, gorda, palanduz sünbəsi kimi ağır şeylər taxıb, ona 
…təsəvvürə gəlməyən əziyyətlər verməyi bir növ eşqi-ali-əbaya 
və məhəbbəti-şühədayi-Kərbəlaya isnad edib sakit qalmaq olar-
dı. Amma …şə’rən nəhyi qadağan buyrulan bu fe’li icra etmək 
…peyğəmbərin buyruğuna əməl etməmək və onun əmrini inkar 
etmək kimidir.”
284
  
M. İbrahimov da eyni mövqedə durarkən “Əkinçi”yə istinad 
edir: “Seyid Rza Sabir hərarətlə “Əkinçi”nin mövqeyini, məramını, 
məqsədlərini alqışlayır. Sinə döymək və zəncir vurmaq, baş yar-
maq kimi halları tənqid etdiyi üçün Zərdabiyə hücum edənləri 
pisləyir. 
Abdulla Sur da bu məsələdən danışarkən “Artıq vaxtdır ki, 
moizələrə, mərsiyəxanlıqlara xitamə çəkilsin” deyir.”
285
  
Təziyədarlığa qarşı bu neqativ münasibətlər sovet əsarəti 
dövrü son həddə çatdı və qəti qadağa qoyuldu. Din xadimləri 
tutuldu, sürgün edildi, güllələndi, dini kitablar yandırıldı. Bu kam-
paniya o həddə çatdı ki, ərəb əlifbası ilə yazılan nə vardısa, o da 
məhv edildi. Yəni bunu adamlar özləri yandırmağa, məhv etmə-
yə məcbur dildilər.  
Qeyd etdiyimiz kimi, məzhəb ayrılıqları çox halda siyasi məq-
sədə xidmət etdirilmişdir. Bir çox dövlətlər və din xadimləri də, 
yadellilər  də  istifadə  edib  faydalanmışdır.  I  Pyotr  vəsiyyətində 
                                                           
283
  Köçərli F. Azərbaycan ədəbiyyatı. II c., Bakı: Elm, 1981, səh. 63-65 
284
  Köçərli F. Azərbaycan ədəbiyyatı. II c., Bakı: Elm, 1981, səh. 64 
285
  Talıbzadə Kamal. Azərbaycan ədəbi tənqidinin tarixi.                                           
Bakı: Maarif, 1984,səh.23 


Sədrəddin Hüseyn 
126
 
yazırdı: “Həm Türkiyə, həm də İran din xadimlərini ələ almaq 
və onlar vasitəsilə sünni-şiə ixtilaflarını qızışdırmaq lazımdır. 
İslam əqidəsini Asiyadan uzaqlaşdırmaq, xristian dini əqidə-
sini və mədəniyyətini orada tətbiq etmək lazımdır.”
286
  
Bu hadisələrdən öz xeyirləri üçün istifadə etmək istəyənlər 
hər vasitəyə əl atırdılar. Xüsusən İranda yetişib Qafqaza göndə-
rilən dərvişlər, mərsiyəxanlar və s. “din xadimləri” çox halda fitnə-
fəsad törədirdilər. Onların barəsində Azərbaycan ədibləri kifayət 
qədər yazmış, bədii obrazlarını yaratmışdır.  
Biz bu gün onsuz da düşmənin həddindən artıq və güclü 
olduğu bir zamanda hər nə qədər məzhəb ayrılığı söhbətindən 
uzaq qaçmaq istəsək də, bu mümkün olmur. Mərsiyə ədəbiyya-
tından söhbət gedirsə, orada şiə sözü başda gəlir. Ə. Raci də növ-
hələrində bu sözü işlədir, onlara xitab edir.  
Əslində bu söhbətlərdən qaçmaqdansa, onun köklərini araş-
dırıb hər kəsə bir fikir aydınlığı gətirmək, Allahı bir, Peyğəmbəri 
bir, kitabı bir, qibləsi bir olan bu ümmətin cüzi, əhəmiyyətsiz fərq-
lərə görə ixtilaflarına qarşı durmaq lazımdır. Çaldıran bu ixtilafla-
rın zirvəsidir və hər müsəlmanın damarı kəsilsə, oradan Çaldıran 
qanı tökülər; bu bizim ağlamalı dərdimiz, şirin və əziz yaramızdır 
və bizcə, bu qədər bəsdir, artığını Allah göstərməsin. Bu da ayrı 
bir mövzu olduğundan bununla bağlı ədəbiyyatımızın qaynaq-
larından bir-ikisinə (
287
,
288

289
) nəzər salmaq yetər. Həm “Kitabi-
Dədə Qorqud”da
290
, həm Nizami Gəncəvidə, həm də “Dastani-
Əhməd Hərami”də dörd rəşid xəlifənin dördü də, hətta hz. Aişə 
ilə hz. Fatimə fərq qoyulmadan hörmətlə yad edilir. 
                                                           
286
  “Dirilik”  jurnalı. Bakı, 16 noyabr, 1916, N 5, səh. 47 
 
287
  Klassik Azərbaycan ədəbiyyatı kitabxanası.20 cilddə. III c.,                                   
Bakı: Elm, 1984,  543 səh. 16  
288
  Onullahi S. XIII-XVII əsrlərdə Təbriz. Bakı, 1982, səh. 237 
289
  Dastani Əhməd Harami. Bakı: Gənclik, 1978, səh. 17 
290
  Kitabi Dədə Qorqud. Bakı: Gənclik, 1987,  282 səh. 26, 15,16 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə