Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə37/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   33   34   35   36   37   38   39   40   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
115 
Ey şəhne biya bər kef-e mən bin mey-e nab əst 
Azad əst neqori bexorəm mey ke səvabəst.
263
  
mətləli qəzəllərinə nəzər salsaq, deyilənləri aydın görərik. Hər iki-
sində zahidə müraciət var, behişti ona, dünyanı özünə götürür. 
Birincidə qartal əlində əsir olan göyərçin kimi özünün eşqin əsiri 
olduğu və bu eşqin onun dini olduğu, ikincidə isə gecələr xəlvət-
də, meyxanada nigarla, saqi və mütriblə günün xoş keçirdiyini 
bildirir.  
2.3. Əbülhəsən Racinin dini-motivli şeirləri  
Mövzusu məşhur Kərbəla hadisəsindən alınan mərsiyələr-
dən söhbət gedirsə, mütləq bu hadisələrin arxasındakı səbəblər-
dən, onun xarici və daxili köklərindən, pərdəarxası gizli niyyətlər-
dən və onların xronologiyasından söz açmaq lazım gəlir. Tarix bo-
yu dünya malı üstündə çəkişmə gedərkən bəzən dünyagörüşlər, 
dini baxışlar və bunlar arasındakı fərqlər də vuruşmalara səbəb 
olmuşdur. Təəssübkeşliklərin arxasında çox vaxt siyasi maraqlar 
durmuş, son anda açıq-gizli hər hansı niyyət güdülmüşdür. Ən-
ənəvi olaraq bunun adına xeyir və şərin mübarizəsi deyilmiş, heç 
bir tərəf özünü haqsız, günahkar saymamış, haqqın məhz özün-
də olduğunu iddia etmişdir. Qarşıdurmalar islam dininin nəşət 
etdiyi və genişləndiyi sonrakı dövrlərdə də davam etmişdir. 
Məhəmməd peyğəmbərin (s.ə.s.) həyatda olduğu müddət-
də haqq dini uğrunda mübarizə gedərkən tərəflərin kimliyi bəlli 
idi.  Möminlərlə  kafirlər,  müşriklər  arasında  gedən  çəkişmələrə 
xəlifəlik dövründə daxili ziddiyyətlər də əlavə olundu. Bu zaman 
islamiyyətin coğrafi ərazisi çox genişlənmişdi. Peyğəmbərimizin 
(s.ə.s.) ortaya çıxan hər hansı suala özü cavab verirdi. Ondan son-
ra suallara səhabələr cavab verəsi, problemləri onlar çözəsi oldu-
lar.  İslamiyyətin  yayıldığı  ərazilərdə  vəzifələndirilmiş  səhabələr 
                                                           
263
  Heyət Cavad. Azərbaycan ədəbiyyatına bir baxış.                                               
Bakı: Yazıçı, 1993, səh. 104,105  


Sədrəddin Hüseyn 
116
 
hər hansı problemi həll edərkən əvvəl “Peyğəmbər sizə nəyi əmr 
edibsə, qəbul edin, nəyi qadağan edibsə, ondan çəkinin”
264
 şək-
lində Allahın hökmünə əməl edirdilər. Qurana, sonra hədislərə, 
sünnətə (Peyğəmbərimizin sözlərinə, əməllərinə uyğun olaraq) 
əsaslanır, cavabını bu iki mötəbər mənbədən tapa bilməyəndə 
bunlara zidd, müxalif olmamaq şərtilə məsələni özləri həll edir, 
müvafiq fitva və ya hökm verirdilər. Üstəlik səhabələr özləri də 
tələbə yetişdirir, onlara Quran və hədis dərsi keçirdilər. Belə tələ-
bələrə tabiin deyilirdi. Tabiinlər də bir məsələdə əvvəl Qurana, 
sonra hədisə müraciət edirdi. Cavabı tapılmayanda müəllimi, mür-
şidi olan səhabədən fitva alırdı. Sonra tabiinlər də tələbə yetişdir-
dilər. Onlara da təbə-i-tabiin deyildi.  
“Tabiin alimləri səhabələrin fitvalarını topladıqları kimi, təbə-
i-tabiin olan alimlər də tabiinin fitvalarını topladılar. Ayrıca özləri 
də fitva verdilər… yəni məsələlərdə islama uyğun bir hökm verə 
bilmək üçün yeni əsaslar ortaya qoydular.  
İstər səhabələrin, istər tabiinin, istərsə də təbe-i-tabiinin fit-
vaları arasında… müxtəlif səbəblərdən fərqli hökmlər ortaya çıxır-
dı. Müsəlmanlar öz bölgələrində yaşayan imamın fitvalarını bilir, 
onu üstün bilir və ona görə də əməl edirdi. Bax bu seçmə tərəf-
darlıq zamanında “gedilən yol” mənasında “məzhəblər” ortaya 
çıxdı.”
265
 Bunlar fiqhi məzhəblər idi. İmamları sırf elm adamı idi-
lər. Quran hafizi olmaqla, minlərlə hədisi əzbər bilməklə özlərinə 
qədərki  fitvaları  da  dərindən  bilir  və  elmi  araşdırmalar  aparır, 
müvafiq hökm çıxarırdılar. Belələrinin nə dərəcədə başqalarından 
fərqləndiyini və üstün olduğunu bilmək üçün bir-iki fakta nəzər 
salaq. İmam Əzəm tam 40 il fasiləsiz gecə namazının dəstəmazı 
ilə sübh namazını qılır. Aradakı vaxtı elmlə məşğul olur. 55 dəfə 
həccə gedir.
266
 İmam Malikdən bir məsələ soruşulanda “sən get, 
                                                           
264
  Bünyadov Z.,Məmmədəliyev V.Qur’an (tərcüməsi).Bakı,1992.17,Həşr s.  ayə 7 
265
  Mutlu İsmayıl. Mazhebler nasıl ortaya çıktı. Istabul, 1997, səh.12 
266
  Yenə orada, səh. 93 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
117 
mən bu məsələni araşdırım” deyərdi. “Niyə belə eləyirsən?” –deyə 
soruşanlara cavabı bu olurdu: “Mən bu fitvanın hesabını verəcə-
yəm. Çox çətin olan qiyamət günündən qorxuram”
Hələ 20 yaşında fitva verə biləcək səviyyəyə yüksələn, “əli-
nə kağiz-qələm alan hər kəsin borclu olduğu” İmam Şafi 300 min-
dən artıq hədis bilirdi. Öyrəndiyini və öyrətdiyini sırf Allah rizası 
üçün edərdi. “Bunun savabını Allahdan gözləyirəm, insanlar məni 
öyməsinlər”, -deyərdi.
267
  
Xəlifə Məmunun mötəzilərə önəm verərək Quranın Allah 
kəlamı deyil, insanların yazdığı fikrini gerçəkləşdirməyə qarşı Əh-
məd bin Hanbəl tam 14 illik bir dövrdə sinə gərmiş və hər cür iş-
gəncələrə dözmüşdür. Belə məzhəblərin və məzhəb başçılarının 
sayı çox olsa da, onlardan ancaq dördünün İmam Əzəm əbu Hə-
nifə (Kufə), İmam Malik bin Ənəs (Mədinə), İmam Şafi (Şam), İmam 
Əhməd bin Hanbəl (Bagdad) məzhəbləri, yazdıgı kitablar bu gü-
nə qədər yaşadı.  
İsmayıl Mutlu məzhəblər arasında əmələ gələn fərqlərin sə-
bəblərini ayətlərdən, hədislərdən, adət-ənənələrin təsirindən və 
başqa şeylərdən olduğunu söyləyir. Bunları ətraflı açıqlamağa eh-
tiyac  görmədiyimizdən mövzumuzla birbaşa  əlaqəsi olan etiqad 
məzhəblərinin üzərində duraq.  
Peyğəmbərimizdən (s.ə.s.) sonra xəlifə seçmək ciddi fikir ay-
rılığına, ixtilaflara səbəb oldu. Sonrakı dövrlərdə ixtilaflar dərinlə-
şərək etiqad məsələsində bir çox batil məzhəblərin ortaya çıxma-
sına səbəb oldu. Ancaq buna qədər etiqad mazhəblərində fərq-
liliklərə səbəb olacaq bir çox mövzular vardır. İnancla bağlı bu 
məsələlər Allahın sifətlərini, peyğəmbərlik, mələklər, qəza və qə-
dər, axirət, cənnət və cəhənnəm, möcüzə və kəramət, böyük gü-
nah, xəlifəlik, “Allahın əli”, “Allahın üzü” və s.-ni əhatə edir. Bunla-
ra münasibətdə də etiqad məzhəbi iki yerə ayrılır. 1, Əhli-sünnət 
                                                           
267
  Yenə orada, səh. 101,109 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə