Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə45/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   41   42   43   44   45   46   47   48   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
139 
Əli Əsgərə su çatdıra bilməsin. Bu əhvalat novruz gününə düşür. 
Düşmən yaralılarla və əsirlərlə amansız rəftar edir. Qadına, uşağa, 
yaralıya məhəl qoymur, hansını istəsələr, döyür, incidirlər. İmam 
Hüseynin başını kəsib nizəyə taxır və əsirlərlə birgə Şama aparır-
lar. Səkinə orada çəkdiyi zülmlərdən təngə gəlir, yuxuda babasını 
görür və Şümrün zülmündən ona şikayət edir və əsirlikdə də və-
fat edir.
323
  
Yuxarıda deyildiyi kimi, Kərbəla hadisəsinə baxışlar müxt-
əlifdir. Bundan müxtəlif dövrlərdə müxtəlif məqsədlər üçün isti-
fadə edilmişdir. Ancaq Racinin məsələyə öz baxışı var. O az qala 
hər şeirin sonunda mövzuya öz münasibətini bildirir. Düşmənə 
nifrətini, əhli-beytə rəğbərini dilə gətirir. Özünün də orada olma-
ğını, o torpağı göz yaşı ilə suvarmağını, bu rahi-eşqdə həmrahi 
təriq istəyir, heyrət vadisində olan dili (ürəyi) Allahdan bir rəhbər 
niyaz edərək deyir: 
Tofviqi-Xudadan bu könül mürği-tər istər,  
Səhni-səməni Kərbübəlada güzər istər.
324
  
Aləmin icadında məqsəd itaətdir. Sənətkar yaratdıqları ilə 
sənətini aşkar etmək istəyib. Qeyb aləmindən bu dünyaya ixtiyar 
verdi və bir belə xəlqi əbəs yerə xəlq etmədi. Kəsrətin-bolluğun, 
növbənövlüyün sirri vəhdətin zühurudur. Allahın bütün sirləri iki 
kitabda: kainat kitabında və Qurani-Kərimdə yazılıdır. Kainatdan bir 
nümunə olaraq sadəcə bunlara məktub gözüylə diqqətlə baxan 
orada Allahın Sani, Rəzzaq, Qadir, Şafi və s. isimlərini oxuya, çox 
sirlərdən agah ola bilər. Ancaq zamanında “Quran və islam silahı… 
yalnız rəqibə-ehkamçı ekstremist dini irticaya təslim edilmişdir.”
325
 
Halbuki kainat kitabını oxumaq üçün də Quran bir məktəb, bir 
mürşid, bir açar mənziləsindədir. Həqqi görən göz bunu rahat 
anlaya bilər çünki, “ayineyi-aləmdə nuri-həq zühur” etmişdir. 
                                                           
323
  Yenə orada. 114-115 
324
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, 90 
325
  Qarayev Yaşar. Meyar şəxsiyyətdir. Bakı: Yazıçı, 1988, səh. 88 


Sədrəddin Hüseyn 
140
 
Şair “aləmi-bəlada” bir hüma quşu olan ürəyini “cifeyi-dün-
yaya talib” olmamağa çağırır. Alcaq dünya sevgisi peşmançılıq 
toru olduğundan bu sevgidən uzaqlaşmağa çağırır. Allahı tanı-
mağın  (müvəhhidlik)  mənsəbi  bütün  mənsəblərdən  üstündür 
və bu məsələdə bəni-ali-Nəbiyə (s.ə.s) çatan olmaz. Ona görə də 
yazır : 
Yaxşı kəşf etdi Hüseyn ibn-Əli bu mətləbi,  
Gördü iqrari-şəhadətdən şəhadətdir qərəz.  
İstədi can vermək ilə həqqi isbat eyləsün,  
Ta mivəhhidlər onun həqqin müraat eyləsün,  
Nizə başında kəsik başı münacat eyləsün,  
Bir münacati ki, Qurandan tilavətdür qərəz.
326
  
Bir hədisdə Allah yolunda, din, vətən, …yolunda ölənlərin 
şəhid olduğu göstərilir. Məhz bu baxımdan Həq yolunda necə 
şəhid  olmağın,  canı  canana  necə  tapşırmağın  nümunəsini  isə 
İmam Hüseyn və Kərbəlada şəhid olanlar qədər heç kim göstər-
məyib. Yuxarıda deyildiyi kimi, Z. Marağayinin də İbrahim bəyin 
dilindən söylədiyi fikirlər F. Köçərlinin fikirləri üst-üstə düşür: “Əgər 
iradi-səfa olunsa ki, kədər ilə səfa və qəm ilə sürur və yaş ilə nur 
bir yerdə ola bilməz, bunlar bir-biri ilə zidd olduğu halda uyuş-
maz, onda deyə bilərik, bəli İmam Hüseyn müsibətində bu fəyz 
vardır, bır yandan ağladır, bir yandan nuraniyyət bəxş edib şad 
qılır; bir yandan qəmləndirir, bir yandan qəmü qüssədən azad 
edir. Bir yandan şikəstəvü pərişanhal edir, bir yandan uca məqam-
larda dövr etməyə pərü bal verir. Bu feyzü bərəkət, bu qeyri-adi 
halət və xüsusiyyət ancaq seyidüş-şühəda müsibəti əsasına müq-
təsdir,  ancaq  mahi-məhərrəmdə  tərtib  olunan  mərsiyələrdə  hiss 
olunur.”
327
 
Bunun bir sirri peyğəmbər nəvəsi, İmam Hüseyn kimi bir 
ali məqamın ruhu, şəhidlik məqamı ilə bağlıdırsa, bir sirri də ora-
                                                           
326
  Raci.Seçilmiş əsərləri.(tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 180 
327
  Köçərli F. Azərbaycan ədəbiyyatı. II c., Bakı: Elm, 1981, səh. 355  


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
141 
da oxunan mərsiyələrin təsir gücündədir ki, “Mərhum Hacı Əbül-
həsən Racinin qönçeyi-təhi-lətifi xüsusən facieyi-Kərbəlanı zikr 
etdikdə gül kimi açılıb, hər tərəf hüznü ələm gətirici ətirlər saçıb 
vəlcümlənin ürəklərini qəmü qüssə ilə doldurur. Və lakin bu qə-
mü ələm və bu göz yaşı insanı məyüsü təzyiq etmir, bəlkə onun 
qəlbini saflandırıb, gözünə işıq gətirir”
328
  
Şəhidlikdə məqsəd əhdə vəfanın sübutu, canı canana tap-
şırmağın nümunəsini göstərmək idi.  İmam Hüseyn hər şeydən 
əvvəl dini rəhbər, Peyğəmbər nəvəsi idi. Allahın dininə, haqqa, 
ədalətə zərrə qədər xələl gəlməsinə öncə o dözə bilməzdi. Canı 
ilə də olsa ona qarşı durmağı “Yəzidin zülm büsatını dağıtmaq 
üçün idi“. Başqa sözlə, “İnsanlar islamın zülm qarşısında tutduğu 
mövqeyi dərk etməli və azadlıq yolunu canlı hadisələrdə görməli 
idilər.“
329
  
Kərbəla hadisələri sonrakı dövrlərdə ədəbiyyata mövzu, şair-
lərə ilham qaynağı olmuş, bu günə qədər davam etməkdədir. Bu 
elə bir hadisə idi ki, “…ümumxalq mədəni həyatı baxımından də-
rindən mənalananda milli və ümumbəşəri əxlaqi həqiqət gücü 
kəsb edir. …bu zaman yazıçının fərdi bədii təfəkkürü ümumxalq 
və ümummilli təfəkkürlə sintez təşkil edə, onun qanuni davamı-
na çevrilə bilər.“
330
 Elə bu baxımdan bir çox şairlər bu mövzuya 
müraciət edirlər. O cümlədən M. H.Şəhriyar Dilirişin “Hüseyni yer-
lər ağlar, göylər ağlar, Mətülü Mürtəza, Peyğəmbər ağlar” beytli 
şeirinə “Tənzim“ başlıqlı mərsiyə yazıb. 
Novhələrdə bir çox şühəda obrazı canlandırılır. Bunların ha-
mısı dolğun, real, təbii obrazlardır. Haqlarında bir cümlə deyilsə 
belə. Bunların da başında hadisənin baş verdiyi ərazi və İmam 
Hüseyn gəlır. Hadisələr Fərat çayının yaxınlığında, Kərbəla səhra-
sında baş verir. İmam Hüseynin adamlarının bir çoxu gecə ikən 
                                                           
328
  Yenə orada. səh. 355 
329
  Qarayev Yaşar. Füzulinin Tanrı sevgisi // Cahan  jurnalı. Bakı, 2000, 12 səh. 217 
330
  Qarayev Yaşar. Tarix yaxından və uzaqdan. Bakı: Sabah, 1996, səh. 400 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə