Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə46/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   42   43   44   45   46   47   48   49   ...   62

Sədrəddin Hüseyn 
142
 
çıxıb getmiş, ətrafında 72 nəfər qalmış və bunlar 140 minlik düş-
mən ordusunun əhatəsindədir. Bu səhra susuzdur, köməksizdir, 
istidir. Od kimi yandırır, qarsıb qovurur. Müəllif çox halda Kərbü-
bəla yazır. Belə yazmaq şeirin ahəngi ilə bağlı olsa da, əslində 
oradakı “bəla” sözünü qabarıq vermək məqsədi güdülür. Kərbəla 
bu qüdsi, bu əziz insanların qanının axıdıldığı bir yer, bu qanla 
suvarılan, bəhrəsi cənnətdə göyərəcək bir səhradır. Qasimin üryan 
nəşi burada qalanda müəllifin “Bağrına bas, yaxşı saxla can sə-
nin, can Qasimin.”
331
 deməsi ən əziz adamının ən güvənilən yerə 
əmanət edilməsi kimi yadda qalır.  
Vətənini fəxrlə Kərbəla adlandıran Füzuli “Kərbəla bir bü-
qeyi-şərifdir ki, canibi-Həqdən onda rütbeyi-ehtirami-xanədani-
rəsalət və təzimi-dudmani nübüvvət kəmalə yetmiş və həqiqəti-
zülmi-əşqiya və səbri-övliyada olan əsrari-hikmət zühurə yetmiş” 
deyərək fikrini bu rübai ilə tamamlayır: 
Göydən endikdə bəla bilməzdi mənzil qonmağa,  
Olmasaydı ərseyi-aləmdə xaki-Kərbəla.  
Kərbəladan qeyr yoxdur bir mübarək bürqə kim,  
Ola anın əksəri-əczayi-tərkibi-bəla.
332
  
Deməli, Kərbəla göydən enən bəlaların ən gözəl mənzilidir. 
Bu bəlaların da ən böyüyü, müsəlmanlar üçün ən əzizi İmam Hü-
seyn müsibətidir ki, burada qərar tutub. Və tarix boyu haqla haq-
sızlığın, zalımla zülmün, ədalətlə ədalətsizliyin ölüm-qalım sava-
şının canlı nümunəsi oldu. Haq yolunda, Allah yolunda candan 
keçməyin örnəyinə çevrildi. “Bu həmin Kərbübəladır ki, ahi-vavey-
la, şurişü qovğa səsi ərşi-kibriyaya çıxır”, burada növərüs (gəlin) 
”bəzmi-vüsalə yetməmiş hicranun qəmin çəkir”, bu “bəxtiqarə” 
“Qasimin nəşini gördükdə zarə gəlir”. Bura İmam Hüseynin şəhid 
olduğu, yerdir. Əkbərin nəşini görəndə dunyanı yandırıb yaxan 
                                                           
331
  Raci Təbrizinin novhələri və mərsiyələri.(tərtibçi Əbulfəzl Əhmədlu)                  
”Fəxri-Azəri”. Təbriz,1389, səh. 295 
332
  Məhəmməd Füzuli. Hədiqətüs-süəda.  Bakı, 1993, 365 səh. 284 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
143 
Leylanın səsi şəhid qanı ilə yoğrulub burada. “Buna görə də bura 
şair üçün müqəddəsdir, cənnətə aparan yoldur. Bura “həzihi-cən-
nəti-ədndir”. Bura”baği-İrəmdən dilgüşa, gülzari-firdövsi-bərin-
dən ruhəfzadı.”, Bura “dəmbədəm şöleyi-Sina kimi təcəlla etdi-
yindən şairin köylü Musa (əs) kimi az qalır ki, məhv olsun.”
333
 Mə-
hərrəm  ayının  10-da  şəhid  olanların  hər  birinin  taleyi  Kərbəla 
ilə bağlıdır. Onlara əbədi mədfəndir, cənnətə aparan yoldur. O 
gündən bu günə qədər mü- səlmanların ziyarətgahı, Racinin də 
yana-yana, sızlaya-sızlaya gəzib dolaşdığı məkandır. “Kərbəladur… 
busərzəmini-dilnişin,  Hazihi-cənnəti-ədnin,  fədxüluha  xalidin”. 
Kərbəla  İmam  Hüseyn  və  ətrafındakıların  başına  gələn  tarıxdə 
analoqu olmayan invariant bir hadisənin olduğu yerdir. 
Kərbəla hadisələri İmam Hüseynlə bağlı olsa da, hadisələrin 
kökü onun atası Həzrət Əliyə gedib çıxır. İmam Əli, Heydəri Kər-
rar, Əmirəlmömin, imamətin atası, “elmin qapısı”, sahibi-Zülfüqar 
və s. sifətlərin daşıyıcısı. Ali-beyt də deyilir. Əhli-beyt, yəni beyt 
əhli. Bura daxil olan Hz.Əli, Hz.Fatimə, İmam Həsən və İmam Hü-
seyndir. Peyğəmbər (s.ə.s.) nəslinin davamı bu dörd müqəddəs-
lə bağlıdır. Əhli-beytlə “Ali-əba” ifadələri çox vaxt qoşa işlənir. 
Bir-birini  əvəz  edən  ifadələrdir.  Peyğəmbərimiz  (s.ə.s.)  əbasını 
bu  dörd  nəfərin  üstünə  örtərək  “bunlar  mənim  Ali-beytimdir” 
demişdir. Bundan sonra “Ali-əba” müqəddəs olmuş, bədii ədə-
biyyatda da ən çox işlənən obraza çevrilmişdir.  
Raci  Əhli-beytə  çəkdirilən  zülmə  qarşı  özlərinin  kimliyini 
xatırladan Zeynəbin dilindən belə deyir: 
Şərm eyləyün, ey qövm ki, biz Ali-əbayux,  
Biz Ali-Rəsulə nə münasibdi bu təsəddüq?
334
  
Şair onların bu qədər zülmə qarşı səbrlərinə heyran qalır: 
Nə hövsələdir onda, nə səbr Ali-əbadə 
Ol növ kim itrətini dərbədər istər?
335
  
                                                           
333
  Yenə orada, səh. 134 
334
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 88 


Sədrəddin Hüseyn 
144
 
Vuruş ərəfəsində “Ali-əba” Şahi-Kərbəlanın əbasından tu-
tub  getməyə  qoymur.  Bacısı  Zeynəb  yalvarır  ki, “gəl meydana 
getmə ey əxi, bircə bax bu əhli-beytin naləvü əfqanına”, lakin bu 
meydanda 
Ey baba, əhli cəfa başın bədənsiz qoydular,  
Əhli-beytin zülm ilə aləmdə tənsiz qoydular.
336
  
Əli Əkbər şəhid olanda bibisi Səkinə yenə əhli-beytin dilin-
dən və anasına xitabən belə deyir: 
Onda gör xeyməyə nə şivənü, nə nalə düşər,  
Əhli-beytin gözü ol qanlu xətü-xalə düşər.
337
  
Başqa bir növhədə Kərbəlaya yetişənləri yenə ali-əba kimi 
mənalandırır.  
Ali-əba yetişdi çün Kərbəla diyarinə,  
Batdıla sərbəsər o dəm möhnətü qəm qübarinə
338
  
Zülmdən Allahın böyük adlarına əl açıb yalvarırkən Ali-əba 
xatirinə deyilir.  
Verrüx səni sövgənd bu əsmai-Əzimə 
Əfv eylə bizi Pənctəni-ali-əbayə
339
  
Bir növhədə Rəsulillahın “ Bir Kitabi-həq, bir də itrətim”
340
 
dediyi vəsiyyətini xatırladır. 
Şair Ali-beytə ali-Rəsul dediyi kimi, Ali-Peyəmbər də, Ali-
Mustafa da deyir. Bəzən Ali-beyt əvəzinə “övladi-Əli”, “Ali-Əli” 
                                                                                                                           
335
  Yenə orada , səh. 91 
336
  Raci Təbrizinin novhələri və mərsiyələri.(tərtibçi Əbulfəzl Əhmədlu)                
”Fəxri-Azəri”. Təbriz,1389,  səh. 92 
337
  Raci.Seçilmiş əsərləri.(tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 100 
338
  Raci Təbrizinin novhələri və mərsiyələri.(tərtibçi Əbulfəzl Əhmədlu)                  
”Fəxri-Azəri”. Təbriz,1389, səh. 107 
339
  Yenə orada. səh.  285  
340
  Raci.Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 175 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə