Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə49/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   45   46   47   48   49   50   51   52   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
151 
Ölməgə zülm ilən, bacı, təşnə Əliyyi Əkbəri,  
Verməgə həsrət ilə can Qasimü Övnü Cəfəri,  
Ta aparam gərək bu gin oglum Əliyyi Əsğəri,  
Hərmələ etməgə onu tirə nişan Mədinədən.
361
  
Xəbəri Fatimə çox kədərlə qarşılayır, atasına çox yalvarır ki, 
getməsinlər, getsələr onu da aparsınlar. “Ayırma” rədifli bir nov-
hədə Zeynəb də “bu rahi-səfərdən qan iyi gəldiyi” üçün qarda-
şına (Hüseynə) çox yalvarır ki, onları Yasribdən ayırmasın. O, Mə-
dinədə olduğu kimi, Kərbalada da qardaşına yalvarır. Ümidin hər 
yerdən kəsildiyini bilsə də, bir bacı kimi onu qorumağa, son bor-
cunu verməyə çalışır.  
Şiə, ver bir guş-huşun Zeynəbün əfqaninə,  
Aç bəsirət çeşmüvi, bax Kərbəla meydaninə.  
İmdi guya əzm edər meydanə şahi-Kərbəla,  
Qoymuri getsün əbasindən dutub ali-əba,  
Zeynəb ərz eylər ki, gəl, meydanə getmə, ey əxa,  
Bircə bax bu əhli-beytün naləvü əfganinə.
362
  
Raci ravının dilindən onun körpəliyini yada salır. Cəddi (s. 
ə.s.) namaz qılarkən Hüseyn qolunu boynuna salıb “mane” olan-
da vəhy gəlir ki, “ver öz səcdövə tül, Düşsə gətfündən Hüseyn 
oğlun, olur zari-məlul, O qədər səbr elə ta qəlbi onun xoştər ola. 
İndi necə rəvadır ki, onun “peykəri pamal olsun”. Bir Hüseyn ki, 
onu Fatimə sinəsi üstə bəsləyə, onu “Şümri-dəğa öldürə təşnə, 
quri yerlər ona bəstər ola” 
Olmadı əhli-cəfa zülmü sitəmdən doyalar,  
Nə rəvadur ki, onun rəxtini yeksər soyalar,  
Fatımə bəslədigi başı gül üstə qoyalar,  
Şiələr, vay bizim başimizə küllər ola.
363
  
                                                           
361
  Raci Təbrizinin novhələri və mərsiyələri.(tərtibçi Əbulfəzl Əhmədlu)                 
”Fəxri-Azəri”. Təbriz,1389, səh. 80 
362
  Raci.Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).Bakı: Sabah,1992, səh. 132 


Sədrəddin Hüseyn 
152
 
Şair yeri gəldikcə müəyyən məsələlərə öz münasibətini bil-
dirir, insanın yaradılış qayəsini, açmağa çalışır, bu zaman dövrü-
nün mövcud dini-elmi görüşlərinə istinad edir. Sonda da bu fi-
kirləri  İmam  Hüseynə  və  onun  şəhadətinə  bağlayır.  Ona  görə 
“bu icadi-aləmdən itaətdür, qərəz, Aləmü adəm vücudundan iba-
rətdür, qərəz.” Qeyb aləmindən xəbər gəlir ki, sənətkar sənətini 
aşkar eləsin. Bir belə xəlqi Pərvərdigar əbəs yerə xəlq eləməyib. 
“Bu  kəsrətdən  zühuri-sirri-vəhdətdür,  qərəz.”  Aləm  ayinəsində 
Haqq nuru zühur edir, ayətinə Allahın nurunun mənaları görünür.  
Eylədi ayineyi-aləmdə nuri-həq zühur,  
Tapdı ayətində surət məniyi-əllahi-nur,  
Bundan artuq çeşmi-həqbinə degül ayət zərur,  
Sərbəsər bu ənfüsü afaqi-ayətdür qərəz.
364
  
Bu alçaq dunyanın sevdası peşmançılıq olduğuna görə şah-
baz olan kəs “cifeyi-dünyaya” talib olmaz, “arizuyi-hirsü azun tərk 
qılar” Çünki bütün inanclardan üstün “müvəhhid” (tovhid) mən-
səbidir. Bunun da ən üstün məqamı şəhidlik mərtəbəsidir. 
Yuxarıda da deyildiyi kimi, hamı bu səfərin sonunu gözəl 
bilir.  Oğlu  Əlı  Əkbər  atasının  Kərbübəla  sözünü  “kərratla”  zikr 
etdiyini bildirir, Hz.Abbas kimi düşmənlərin bağrını yaran cəsur 
döyüşçü belə Hüseyndəki halı görüb bu səfərdə zəfərinin müş-
küllüyünü hiss edirdi. Ancaq hər kəs “əl-hökmü-illəllah” düsturu 
ilə İmam Hüseynin “Yasribdən İraqa səfər olsun” əmrinə təslim 
olaraq yola hazırlanırlar.  
Müəllıf bəzən bırbaşa İmam Hüseynə xıtab edır, onu mədh 
edərək verdıyı ritorik sualın cavabını sanki özü verir: 
Ya Hüseyn, kim sən kimi öz xanimanından keçər? 
Kim sənin tək haq yolunda baş, canından keçər? 
                                                                                                                           
363
  Raci.Seçilmiş əsərləri.(tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 140 
364
  Raci Təbrizinin novhələri və mərsiyələri.(tərtibçi Əbulfəzl Əhmədlu)                 
”Fəxri-Azəri”. Təbriz,1389,  səh. 132 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
153 
Kim sənin tək tərk edər cahü cəlalin, ya Hüseyn? 
Kim verər yəğmayə sən tək mülkü malin, ya Hüseyn? 
Kim verər zillətlə öz əhli əyalin, ya Hüseyn? 
Kim Əli Əkbər kimi növrəs cəvanından keçər?  
Əlbəttə, heç kim. Əhli-dünyanın – dünyapərəstlərin nəzə-
rincə kimsə nə bu dünyadan, nə onun zövqü-səfasından əl çək-
məz.  Üstəlik  bu  qədər  şeyi  və  özünü  heç  kəs  qurban  verməz. 
Ancaq İmam Hüseyn dünyapərəst deyildi. O çoxdan özünü Xali-
qinə təslım etmişdi. “Məşuqəsinin (belə ağır) imtahanından” an-
caq o keçə bilər. Ancaq Haqq aşiqi olanlar edə bilər bunu. Şair 
belə cəfa və vəfa qəhrəmanlarını yada salır. Onu ancaq Yusif (əs) 
üçün ağlamaqdan gözü tutulan Yaqubla, (əs) övladını qurban ver-
məyə aparan İbrahimlə (əs) müqayüsə edür. Ancaq o, bir İsma-
yılı (əs) apardığı halda, İmam Hüseyn 72 qurbanla gedir.
365
  
Hər nə ki, zülmü sitəm etdi sənə əhli-cəfa,  
Tab edib cövrü cəfaya birbəbir oldun riza,  
Hansı aşiq sən kimi, ey padişahi-Kərbəla,  
Birbəbir məşuqəsinin imtəhanından keçər?
366
  
Raciyə görə “çoxları eşq meydanına qədəm qoyub, ancaq 
heç kəs meydanə Hüseyn kimi mərdanə gəlməyib.”
367
 Şair, Hü-
seyni Musa (əs) peyğəmbərlə də müqayisə edir.  
Tur dağında görünən nurdan peyğəmbərin təsirlənməsini, 
Kərbəla səfəri ərəfəsində Hüseynlə qızı Fatimənin görüşməsinə 
təşbih edir: 
Vəqt o vəqt olub ki, gəlsün Fatimə çün nəvayə.  
Ol mərizə gördü nagah cilvələndi pərtövi-nur,  
                                                           
365
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).                                                                    
Bakı: Sabah,1992, səh. 130, 186, 147, 159, 187 
366
  Raci Təbrizinin novhələri və mərsiyələri.(tərtibçi Əbulfəzl Əhmədlu)                
”Fəxri-Azəri”. Təbriz,1389,  səh. 83 
367
  Raci.Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).Bakı: Sabah,1992, səh. 153 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə