Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə52/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   48   49   50   51   52   53   54   55   ...   62

Sədrəddin Hüseyn 
160
 
yinlərində çəkmiş, Şümrün sitəmlərinə, əsirliyə dözmüş, gözləri 
önündə əzizlərinin başlarına gətirilən müsibətlərin şahidi olmuş, 
bala dağı, qardaş dağı görmüş, döyüş meydanında toy edib əli 
xınalı şəhidliyin şərbətini içmişlər. Növhələrdə daha çox “ərus” 
(gəlin) sözü işlənir. Fatimə əmisi oğlu Qasımla evlənir, lakin çox 
keçmir, ərinin, atasının, əmisi Hz. Abbasın nizədə olan başları ilə 
Şama qədər getmək faciəsini yaşamalı olur: 
Kərbəlada eşidibsüz ki, Hüseyn ibn Əli,  
Şiələr, Fatiməvü Qasimə toy tutdi, vəli,  
Necə toy qanə batub Qasimü damadun əli,  
Necə toy, Fatiməyə hiclə sınıx məhmil imiş.
386
  
Səkinə atası Hüseyni tez-tez yuxuda görür, ona şikayət edir. 
Bir şeirdə “əmmə”sinə (bibisi Zeynəb) xitabən həm dərdini danı-
şır, həm babası ilə bağlı yuxusunu, həm də suallar verir; Mədinə-
yə dönəndə bu olub keçənləri özünün “kafirlərdən” çəkdiyi zülm-
ləri bacısı Fatiməyə necə deyəcəyini soruşur.  
Şair İmam Həsənin oğlu Qasimlə bağlı nöqtələrə də çox həs-
sas yanaşır. Onu da eyni sevgi və istedadla təsvir və tərənnüm 
edir. “nəş’i üstə at çapılan” Qasimi sanki Kərbalaya əmanət edir. 
“Qaldı səndə, Kərbəla, çün nəşi üryan Qasimün,  
Bağruva bas, yaxşı saxla, can sənün, can Qasimün”  
mətləli növhəsində bitkin obrazı yaradılmaqla yanaşı, şeirlərdə 
də yeri gəldikcə onun adı çəkilir. Əsirlər Şama gələrkən “damad 
başını növk-cidada, tazə gəlini məhmildə nalə” edən görənlər bi-
lir ki, Kərbalada “toy olub”. Amma Şümrün sitəmindən kamə yet-
məyiblər. “Bu tazə gəlin” “sevgilisinin” qanlı üzünə həsrətdir, “ağ-
lar gözünün” bu “qurbanı olduğunun” nizədəki qanlı üzünə belə 
baxmağa qoymurlar. “Bircə qoymazla  doyunca baxa  canan üzü-
nə”. Qasim Hüseynə qardaş yerində idi. “Hüsni-Həsən ilə var idi 
                                                           
386
  
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 206, 190, 232
 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
161 
şöhrəti Qasim”; bu “fərzəndi-Həsən”di. Şairə görə “çeşmi-zəma-
nə” belə toy görməyib. “Toyda bu cavandur batan öz əlləri qanə” 
və s. kimi ifadələrlə Qasimin obrazı canlandırılır:  
“Çün ərus etdi nəzər Qasimi-ətşan üzünə,  
Gördü zülfündən axubdur, tökülüb qan üzünə”; 
“Ey əmoğlu, qəmi-hicrün mənə çox müşkil olur,  
Bir günüm şami-fərağündə sənün bir il olur”  
mətləli novhələr isə öz üslubu, deyim tərzi, ifadə vasitələri baxı- 
mından ədəbiyyatımızda orijinal və təkrarsız sənət nümunəsidir. 
Vuruşda İmam Hüseynlə “birlikdə 6 qardaşını şəhid edirlər”. On-
ların öndə gedəni, “…kiçik qoşunun ələmdarı, ərəb aləmində öz 
şücaəti ilə şöhrət qazanmış”
387
, bir çox şairlərin ilham qaynağına 
çevrilən əfsanəvi qəhrəman Hz. Abbasdır. Düşmənlərin bağrını 
yaran Hz. Abbasa çox vaxt “qolsuz ələmdar” da deyirlər. Şair bə-
zən bu şəhidlərin adlarını birgə çəkir. Əbbas, Qasim, Övnü Cəfər, 
Əli Əkbər, Əli Əsğər.
388
  
Hz. Abbas çox vaxt “Əbbasi-Ələmdar-Əlinin qəzəb oğlu” 
şəklində anılır. “Əbbas” rədifli mərsiyəsində təsvir olunur ki, düş-
mən Əlqəmə (Fərat) nəhrini tutub yaralıları suya həsrət qoyub. 
Hz. Əbbas düşmən qoşununu dağıdıb çaya yaxınlaşır, məşki su 
ilə doldurub geri dönür. Düşmən həlqəsini yararkən qollarını itirir, 
məşki dişilə tutub irəliləyir, lakin düşmən məşki oxla deşib özünü 
də ölümcül yaralayır. Onun nərəsini eşidən Hüseyn “Belimi bük-
di, bacı, firqəti-Əbbas”-deyir. ”Çün çak-çak olubdur, tiğ ilə cismi-
Əbbas”. Zeynəb görəndə ki, “olmadı mümkün gətirsün xeyməyə 
bir curə si”, “Əliyyi-Əsğər içmüb su can verir”, qardaşına deyir: 
”Qaldı  Əbbasim  xəcalət  bu  Səkinədən  sənün”  Abbasa  əzadarlığı 
bacısı Gülsüm eləyir: 
                                                           
387
  Dahilərin göz yaşı mərsiyələr (tərtibçilər M.İ.Əliyev,                                    
A.F.Ramazanov). Bakı:Elm,1990, səh. 3 
388
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).                                                      
Bakı: Sabah,1992, səh. 120, 126, 130, 142 


Sədrəddin Hüseyn 
162
 
Yüz tutub cənab Gülsüm əhli-beytə: -əyyühənnas,  
Söylədi: -Amandu, qoymun, xar ola əzayi-Əbbas,  
Kərbəladə yox anası, ta tuta öz oğluna yas,  
Eyləyə fəğanü şivən ol Şəhidi-namidarə.
389
  
Gülsüm tapıb başsız Ələmdari, töküb yaş,  
Gördi ki, həmi qol kəsilüb zülm ilə həm baş,  
Ərz eylədi: -Nə kül sovurum başimə, qardaş,  
Başsız bədən axir olu, qolsuz bədən olmaz.  
 
Raci İmam Hüseynin oğlanları Əli Əkbərlə Əli Əsğərin ob-
razını da məharətlə canlandırmış. Onların da əhdə sadiq olmala-
rını, canan yolunda can nisar etməyə hazır olduqlarını qürur hissi 
ilə təsvir etməklə bərabər, bu on altı, on səkkiz yaşlı yeniyetmə-
lərin düşmən əlində susuz can vemələrini yanıqlı bir dillə təsvir 
etmiş,  üstəlik,  düşmənə  qarşı  necə  qəhrəmancasına,  mərdliklə 
vuruşmalarını da ustalıqla qələmə almışdır. Leyla onları vuruşa 
göndərəndə “Allaha tapşırır”, on səkkiz il zəhmətini çəkdiyini söy-
ləyir.
390
 Şair anasının dilindən ayrıca bır oxşama-mərsiyə deyir. 
Burada “Əkbərim” sozü hər dörd misralıq bəndin sonunda nəqa-
rət şəklində təkrar olunur ki, bu da onu ağı kimi avazla və nəqa-
rəti xorla deməyə imkan verir. Əli Əkbərə düşmənlər yaxın düşə 
bilməyəndə uzaqdan ox və nizə yağdırırlar. Uqab adlı atın boy-
nunu qucaqlayıb, döyüş meydanından çıxır. Bu mənzərəyə dözə 
bilməyən atası Hüseynin dilindən Şair bu sözləri deyir: 
…Yaxşi belimi bükdi bu hicranın, oğul,  
Ola kül başinə səndən sora dünyanun, oğul,  
Gözi yollarda qalub xeymədə Leylanun, oğul,  
İntizarun çəkər ol Zeynəbi-qəmpərvər ilən.
391
  
                                                           
389
  Raci Təbrizinin novhələri və mərsiyələri.(tərtibçi Əbulfəzl Əhmədlu)               
”Fəxri-Azəri”. Təbriz,1389,  səh. 222 
390
  
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 136, 206, 214 
391
  Raci Təbrizinin novhələri və mərsiyələri.(tərtibçi Əbulfəzl Əhmədlu)                
”Fəxri-Azəri”. Təbriz,1389, 315 səh. 31 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə