Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə53/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   49   50   51   52   53   54   55   56   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
163 
Oğlunu qana bulaşmış görən Leyla zülfünə toz qonmağa 
dözmədiyi halda, indi bu hala necə dözəcəyini bildirir. Eyni sözü 
Əli Əkbərin kəsik başını görən Yəzid də deyir və öz sözləri ilə 
onun böyüklüyünü təsdiq edir.  
– Olseydi mənə bir belə fərzəndi-dilara,  
Qoymazdum onun zülfünə bir toz qona əsla.  
Raci Əli Əkbəri çox yüksək qiymətləndirir. Yusifin (əs), Yaqu-
bun (əs), İsmayılın (əs), Hacərin adlarını çəkir, onlarla müqayisə 
edir (“Misli olmaz nə Əli Əkbərə, nə Leylayə, Yüz min İsmayıl ola, 
yüz min əgər Hacər ola”.) və üstünlüyü əhli-beytə verir. (Bu, əl-
bəttə, əhli-beyt sevgisi ilə bağlıdır. Əslində hərənin öz yeri, öz 
məqamı var). 
Növhələrdə susuzluqdan əzab çəkən yaralı “6 aylıq südə-
mər Əli Əsğərə bacısı əza saxlayır, yeganə təsəllisi zəncirə vurul-
muş qardaşı Bimar olur. Bimar yeddi qardaşdan biridir. Xəstə ol-
duğuna görə döyüşə çıxa bilməyən və buna görə də sağ qalan 
əsil adı Əli (Əlövsət 25, 3) olan İmam Zeynülabidin (əs) (abidlə-
rin gözəli. Həyatını zühd və təkva ilə keçirmiş boyük islam alimi
dördüncü imam). Bu “Abidi-Bimarın” sağ qalacağı və islam dini 
üçün böyük işlər görəcəyi sanki oradakiların çoxuna bəlli idi. Əli 
Əkbər can verən anda, atasından xahiş edir ki: 
Bir sözüm var sənə, tapşur onu Bimarə, baba,  
Xaki-payündə mənim nəşimi dəfn eyliyə ta,  
Qoya zəvvarun əyaq sinəmə çeşmi-tər ilən.
392
  
Bundan əlavə Həbib ibn Məzahirin, Bəşirin, İmam Hüseynin 
(ə.s) oğlanları Övnlə Cəfərin də adları çəkilir. Fərat–Əlqəmə çayı, 
İmam Hüseynin atı Zülcənah, Hz. Əbbasın atı Üqab, mərkəb ob-
razlaşdırılır.  Müxtəlif  münasibətlə  nəbilərin,  Hz.  Əlidən  əvvəlki 
üç boyük xəlifənin adları çəkilir, hadisələrlə əlaqələndirilir.  
                                                           
392
 Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 95, 102 


Sədrəddin Hüseyn 
164
 
Həm Kərbəla, həm də orada şəhid olanlar şərq, o cümədən 
Azərbaycan ədəbiyyatında əsrlər boyu qələm əhlinin sevə-sevə 
müraciət elədiyi mövzu olub. Bunların hamısı əhli-beytə yanmaq-
da, yas tutub ağlamaqda, düşmənə tənə və lənət etmədə birləşir. 
Ancaq bu yanaşmalar yerinə, zamanına və şəxsinə görə hərədə 
bir cür təzahür edir. Racidə isə xəyalımızda şəhidlərin timsalında 
başda İmam Hüseyn olmaqla haq din uğrunda, Allah yolunda ne-
cə şəhid olmağın, qəhrəmanlığın, mərdliyin, ərliyin, döyüş mey-
danında belə Peyğəmbər əxlaqının təcəllisinin nümunəsi canla-
nır. İmam Həsənlə İmam Hüseyn babalarının “reyhanım” dediyi 
bu cənnət güllərinin hələ uşaqlıqdan gələcəyi haqqında Xaliqi 
tərəfindən xəbər verilmişdi. Hədislərdən bəlli olur ki, bir qurban 
bayramında babaları onları hədiyyə almaq üçün bazara aparır. 
İmkanı ancaq ağ parçadan paltar almağa çatır. Nəvələrinin kefi 
yoxdur. Cəbrayıl (ə.s.) nazil olur. Niyə kefsiz olduqlarını soruşur. 
Sonra bir ovuc suya nəsə oxuyub İmam Həsənin üstünə üfürür, 
onun paltarı sarı olur. İmam Həsən sevinir. İmam Hüseyn deyir 
ki, mənimkini də rənglə. Bu dəfə onun paltarı qırmızıya boyanır. 
Nəvələr sevinir, ancaq Peyğəmbərlə (s.ə.s.) Cəbrayıl (ə.s.) kədər-
lidir. Çünki gələcəkdə birinin zəhərlə, birinin də qılıncla şəhid ola-
cağının xəbəri verilmişdi. 
İmam Həsən haqqında babası bir dəfə “mənim bu nəvəm 
böyük bir ixtilafın önünü kəsəcək” deyir. Vaxtı gələndə 6 aylıq 
xilafəti dövrü müsəlmanları bir-birinə qırdırmamaq üçün Müavi-
yəyə biət edərək xəlifəlikdən əl çəkir. İmam Hüseyn isə haqsızlı-
ğın, əldən getməkdə olan dini dəyərlərin önünü kəsmək üçün haq 
yolunda bu şəkildə candan keçməyin nümunəsini göstərir. Əhli-
beytə mənsub olan qadınlar isə qədərə təslim olub bu müsibəti 
mərdlikə qarşılayır, sevə-sevə ən əzizlərini şəhidliyə uğurlayır. Kər-
bəla səhrası, Əlqəmə çayı dünyada bu qədər məşhurlaşmaz, əsər-
lərə mövzu olmazdı, əgər o şəhadətə şahidlik etməsəydi, qucaq 
açmasaydı. Bunlar olmasaydı, Kərbala bu cür obrazlaşa bilməzdi. 
Bütün bunlara görədir ki, Bədirdən, Uhuddan sonra Kərbəla da 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
165 
əziz və müqəddəs yerlərdən biridir. Çünki oranın torpağı şəhid 
qanları ilə suvarılıb. Özü də bu şəhidlərin çoxu Peyğəmbər ailə-
sindəndir. Allah qatında din, vətən, namus, can uğrunda vuruşub 
ölənlər şəhid olur. Onlar Allah yolunda-dini ihya eləmək üçün vu-
ruşub şəhid oldular. Kərbəla onlar üçün bu dünyada cəhənnəm
Fərat əl çatmaz su idisə, axirətdə cənnətə, Əlqəmə isə kövsər su-
yuna dönəcək. Onları qətl edənlərə isə cəhənnəm yuvasına, zək-
kuma. 
Raci mərsiyələr boyu düşmən obrazlarını da dolğun, inan-
dırıcı təsvir edir. Şəhidlərə qarşı sevgisi qədər, qarşı tərəfə nifrət 
edir, onları gah öz dili ilə, gah obrazların dili ilə lənətləyir. Qəd- 
darlıqlarını, zülmünü, haqsızlığını zorun, zorbalığın tüğyan elə-
diyi bir dövrün simvolu kimi qələmə alır. Müsəlmanlığa sitəmlər 
çəkdirmiş  boykotun  təşəbbüsçüsü  və  hicrətin  səbəbkarı  Bədr, 
Ühüd və Xəndək savaşlarının təşkilatçısı və ilhamvericisi Əbu Süf-
yandır. Əbu Süfyan varisləri sonradan islama təfriqə salmış və Əhli-
beytə sitəm çəkdirmişlər. Başda Müaviyə və onun oğlu Yəzid ol-
maqla Əməvilər sülaləsini şair Ali-Süfyan adlandırır. Onları qövmi-
Nəmruda təşbeh edir. Xaricilərdən Hz. Əlini qətlə yetirən İbn Mül-
cəmin cinayətkar obrazını yaradır. Yəzidin Kufəyə vali təyin etdiyi 
Übeydullah Ziyadın Kərbəlaya göndərdiyi qoşunun başında Ömər 
Səd durur. O, xeymələrə od vurur, Şamda Zeynəb onun zülmün-
dən şikayət edir. Ən böyük qəddarlığı isə Şümr eləyir. Bu qoşu-
nun sayı 5 mindən 140 min arasıdır. Burada mübaliğə ola bilər, 
amma mənbələr 5 mindən az olmadığını göstərir. Bu rəqəm belə, 
72 nəfərə qarşı həddən artıqdır və İmam Hüseynin (əs) və onun 
timsalında  Əhli-beytin  gücünün  nə  demək  olduğunu  göstərir. 
Düşmən rəhmsizdi, qəddardı. Yaralıya su verilməsin deyə bütün 
su mənbələrinin yolunu kəsir. Su üçün gedən Əbbası şəhid edir, 
son anda məşki oxlayır.  
Şümr Səkinəni qamçılayır. Buna görə Zeynəb yalvarası olur 
ki, “onu vurma, məni vur”. İmam Hüseynə vurulan yaraların sayı 
1950-dir. Xeyməgaha qırx min sitəmkar daxil olur və bunların zül-


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə