Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə56/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   52   53   54   55   56   57   58   59   ...   62

Sədrəddin Hüseyn 
174
 
lərə, bədii tapıntılara, yeni deyimlərə -poetik füqurlara rast gəl-
mək  mümkündür.  Racinin  tədqiqatçılarından  N.  Rizvana  görə 
“Raci lirikasına gözəllik verən, …amillər sırasında bıdii tsvir vasi-
tələrinin xüsusi yeri vardır. Məqaminda, mövqeyində işlətdikdə 
şeirə təravət, zəriflik, şirinlik gətirən bu vasitələrdən Raci zərgər 
məharətilə  istifadə  etmişdir.”
403
 Məşuqənin  məhəbbət  telləri 
vasitəsilə aşiqin gizli sirlərini bilmək fikri Raciyə qədər işlənmiş 
ola bilər. “Könuldən könülə yollar var” ifadəsi kimi. Ancaq teleq-
raf sözünün ilk dəfə bu şəkildə şeirə gətirilməsi Raciyəxas yeni-
likdir.  
Məşuqə aşiqin bilü razi-nihanini 
Bu rişteyi-məhəbbət ona telqiraf olur. 
Və ya hərb aləmində barıtın, fitilin kəşfini, istifadəsini şair 
qeyri-adi şəkildə şeirə gətirir: 
Yarəsində gecələr işlər fitilə sübhə tək,  
Sinəsin amac edəndə navəki-müjganə şəm
404

“Bu bəzmə” rədifli qəzəlində zahidə xitabən “bəzmi-tərəbi-
eşqdən ibarət olan ərş və fərşə hər ləngin gələ bilməyəcəyini” 
bildirir və yenə də gözlənilməz halda “sərhəng” sözünü şeirə da-
xil edir. Eşq əhlinin ayaq üstə durub nizam ilə sərhəngi gözlədik-
ləri vaxt kimsəsiz, biçarə Raci yalvarır ki,  
Bir kimsəsi yox rəhm edə, biçarədü Raci,  
Qaşun-gözün oynatma, düşər səng bu bəzmə.  
Cünki Eşq əhli nizam ilə ayaq üstə durublar,  
Çün gəlməlidir bu gecə sərhəng bu bəzmə. 
Ədəbiyyatımızda “bağıra basmaq” ifadəsi müxtəlif məqam-
larda işlədilir. Racidə isə bu məqam tamamilə yeni məna kəsb edir.  
                                                           
403
  Nazim Rizvan. Raci lirikasının bəzi xüsusiyyətləri // Azərbaycan SSR EA-nın 
xəbərləri. Ədəbiyyat.  Dil və incəsənət seriyası. Bakı, 1990, N-2, səh. 41 
404
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 16, 83 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
175 
Söylə cananə sənin dərdü qəmin sübhə kimi,  
Basaram bağrıma mən hər gecələr can yerinə.  
Ehtiyacım sənə bu dərdilə yox, ey loğman,  
Yar dərdin basaram bağrıma dərmən yerinə. 
Racidə şəxsləndirmə də yenidir, “pənceyi-müjganı” ov qu-
şunun pəncəsinə təşbih edilir. Quş necə şahinin pəncəsində tit-
rəyirsə, özü də “pənceyi-müjgan”da elə titrəyir: 
Necə ki, çəngəli şahbazdə tuhiyi-tətər,  
Titrər ol pənceyi-müjganda bu mürği-dili-zar. 
və ya 
Dolanda sinəmə fikri-müjən ürək döyünür,  
Sipihi-fəth kimi təbl şadyanə vurar.
405
 
Racidə inzibati-hərbi istilahlarla ənənəvi bədii simvollar iç-
içədir. Ədəbiyyatımızda adətən qaş yaya, kiprik oxa bənzədilir. 
Racidə bu elementlər ayrı mahiyyətdədir. Hətta çox incə şəkildə 
ictimai motivlərə meydan verilir. “Qaşun sipahi-kiprigə sərtib ve-
rilir”, “Nərdi-eşq üstündə gahi sülhü, gahi cəng olur”, Üstünə “həl-
qeyi-zülfdən qəravil” qoyduğu üçün könlü heç yerə qaça bilmir. 
“Könüllər mülkünə müjganlar elə səfbəsəf düzülüb ki, sanki sər-
baz məşq eləyir”. -Sərtibin, sərbazın xalqa və müəllifin onlara mü-
nasibəti bu şəkildə üstüörtülü bildirilir. Əgər “zəmanənin dolaşıq 
kələfini zərəfşan zülfə” təşbih edir desək, onda bu dolaşıqlığı kip-
riyin  oxla  atdığı  “qətrə-qətrə”  göz  yaşı  damlalar  bombaları ilə 
açmaq istəyir.  
Zərəfşan zülfüvə lazımdu inci dişli bir şanə,  
Düzüm qoy qətrə-qətrə əşki-çeşmi növki-müjganə.  
Məşşatə, vurma şaneyi-şümşad o kakilə,  
Müjganım ilə qoy edərəm yaxşı şanə mən. 
                                                           
405
  
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 26, 40, 69,29
 


Sədrəddin Hüseyn 
176
 
Racinin göz yaşı, qaş və kiprik ilə bağlı beytlərinə nəzər salaq:  
Su səpmək ilə şöleyi-atəş xamuş olur,  
Əmma sirişkün artıru könlüm zəbanəsin. 
…Yolların silləm, supurrim qaş ilən, müjgan ilən. 
Racinin şeirlərində Günəş və Ay obrazlaşır. Sevgilisinin qaşı-
gözü ilə müqayisələr aparılır. “Xurşid rubəru dursa, asimandan 
ayağına düşər”, ”Qaşları altından tülu edən yanaqlarını qövsdən 
Günəşin doğmasına bənzədir”, ”Bu məhvəşin gün ilə hüsndə fərqi 
budur ki, Əbr ilə tar olu gün, zülf ilə pürnurdu bu”, “Hüsnünün 
şüası günəş kimi gözünü qamaşdırıb onu görməyə mane olur.” 
Raci zülflə bağlı çox qəribə ifadələr işlədir. Az qala hər şe-
irində ona toxunur: 
Zahiddən etdim üqbeyi-zülfün sual,  
Saldım hərifi bəndə, dügüldü cavabdə. 
Ey badi-səba , rəhm elə, mümkün dögü görmək,  
Yarın yizini zülfi-siyahkari tututbdu
406

Sayeyi-zülfi-siyahində könül daldalanur,  
Ay aman, qoyma, ona rəhm elə, bir kəs dəgsün. 
Nizaminin Fərhadı Şirinin rəsmini qayalara rəsm edir, Raci 
öz ürəyinə. Özü də bunu elə “şirin” ifadələrlə nəqş edir ki, bu ifa-
dələrə ancaq Raci şirinliyi demək olar. 
Qazaram sinəmi dırnaq ilə şirin-şirin,  
Eşq Fərhadı nədür, kuh nədür, tişə nədür?  
Qazaram tişeyi-həsrətlə dildə nəqşi rüxsarun,  
Məni Fərhada nisbət etmə, ey Şirin şəmayil sən.  
Şair təkcə Fərhadla deyil, digər rəmzlərlə də qarşılaşdırır və 
üstünlüyü yenə öz sevgisinə, öz sevgilisinə aid olanlara verir, onu 
tərənnüm edir.  
                                                           
406
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,                           
1992,278 səh. 67, 60, 35, 43, 19, 21 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə