Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə58/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   54   55   56   57   58   59   60   61   62

Sədrəddin Hüseyn 
180
 
Raci, göz yaşi əgər əskildü cövri-düşməni, 
Şöleyi-atəş kabab əşkinə əfsanələnməsün. 
Raci gah müjganını darağa təşbeh edərək onunla zülfə şa-
nə çəkmək istəyir, gah qara zülfünü qara yaylığa, gah da səbanı 
məşşatəyə, könlünü aynaya bənzədir. Bəzən çox incə və gizli şə-
kildə siyasi manevrlər edir. Özünə qədər olmayan bir gedişlə şah 
rejiminə toxunur, ustalıqla qaşı sərkərdəyə, kibrikləri sərbaza bən-
zədir: 
Düzülmüş dəstə-dəstə, səfbəsəf müjganların guya, 
Könüllər mülkünün təsxirinə sərbaz məşq eylər.
410
  
“Nə eşq olaydı…” qəzəlində Sərbaz məsələsini N.Rizvan be-
lə izah edir: “…üsyançılara divan tutumuş şah cəlladlarına da cə-
sarətlə etirazını bildirir: 
Nə hüsn olaydı, nə könlüm, nə dəstə-dəstə bu zülf. 
Nə şah nə mülk, nə bu fövc-fövc ləşkər olaydı. 
Nə əbruyu-xəm olaydı, nə çeşmü, nə müjgan, 
Nə tiğ olaydı, nə cəllad, nə də bu xəncər olaydı! 
Ustad sənətkar dövlətin cəza aparatından yaxa qurtarmaq 
üçün gözəl ədəbi vasitəyə əl atır. Elə məcazlar işlədir ki, heç kim 
onu şaha, cəlladlarına, qoşun-ləşkərinə nifrətdə təqsirləndirmə-
yi bacarmır”.
411
  
Pərvanələr özlərini şama vurub onda fani olur, onu bürüyür, 
niqaba  çevrilir.  Şairin  sevgilisinin  yüzündən  şəmi-məclis  hicab 
eylər. Hilal onun qaşı ilə bəhsə girməsin, onun kəsikcə dırnağına 
tay ola bilməz. 
Mərsiyələrdə isə bənzətmələrin forma və məzmunu tamam 
dəyişir. Kərbəlanı Sinaya, şəhidləri İsmayıla, Leylanı Hacərə, Ab-
                                                           
410
  
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 36, 72, 65, 73
 
411
  Nazim Rizvan. Raci lirikasının bəzi xüsusiyyətləri // Azərbaycan SSR EA-nın 
xəbərləri. Ədəbiyyat.  Dil və incəsənət seriyası. Bakı, 1990, N-2, səh. 41 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
181 
basın halətini Heydərə, məlul, məhzun çöllərə dağılan “silsileyi-
ali-Rəsul”u “həlqeyi-silsilə”yə təşbeh edir. Fatimə Qasimə xitabən 
“… Afitabındən görülmüb ayrıla cahanda sayə”, -deyir. 
Bu dərd, ələm içərisində dəyişməyən təkcə sevgidir və ona 
xas  bənzətmədir.  Belə  ki,  Qasim  sevgilisininin  üzünə  baxanda 
görür ki,  
 
 
Dəstə-dəstə tökülüb gül yüzə bu zülfi-siyah,  
Deyəsən əbr düşübdür məhi-taban üzünə.  
Raci yaradıcılığı boyu metonimiya, təzad, mübaliğə, epitet, 
bədii sual kimi digər bədii təsvir və ifadə vasitələrindən də usta-
lıqla istifadə etmişdir:  
 
Su səpmək ilə şöleyi-atəş xamuş olur.  
Əmma sirişkin arturu könlüm zəbanəsin.
412
  
Burada  könlünün  zəbanəsi  şöleyi-atəşə  təşbih  edilməklə 
həm iki beyt arasında təzad, həm də göz yaşının könül zəbanə-
sini artırması ilə metafora yaradır. Sirişk sevgilisinin ona çəkdir-
diyi sitəmin əlamətidir. Əslində isə zəbanəni artıran sirişk deyil, 
sevgilisidir. Sirişk onu qismən əvəz edir –metonimiyadır. “Dil va-
diyi-heyrətdədü bir rəhbər istər”də olduğu kimi.  
Racidə ah Füzuli kimi asimanə bülənd olur, əflakı yandırır, 
göz yaşı səhralar suvarır, sel olur. Cami-eşqdən bir zərrə içən aşi-
qin göz yaşından dərya çıxır. Düşmən 140 minlədi, şəhidlər ye-
nilməz. Ərşə bülənd olan zülmə təhəmmül edə bilər. İmam Hü-
seyn 1950 yara alır. Burda qan cuşə gəlib ümmana dönür. Belə 
mübaliğələr istənilən qədərdir. Bəzilərinə nəzər salaq: 
Qoydum qədəm fəqan ilə bu asitanəyə,  
Çıxdım kəməndi-ahim ilə asimanə mən. 
Göz yaşım indi eylər bu Kərbəlanı tufan. 
Göz yaşim dəryayi-ümman tək vurar bu çöldə mövc,  
Səfbəsəf, dəstəbədəstə, beyt-beyt, fövc-fövc və s. 
                                                           
412
 Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh.175, 35 


Sədrəddin Hüseyn 
182
 
Təzadlar.  
Racidə “bülbüllə zağü zəğən,” “sübhi-vüsalla şəbi-hicran” 
bir yerdədir; məşuqə covr elədikcə, aşiq səbr eləyir, onun coxlu 
zoru, bunun təkcə Tanrısı var. Gülçöhrələr günbəgün lətafətdən 
düşür, Ra- cinin nigarının hüsnü günbəgün artır.  
Hər kimsə görər zaği gülşəndə qovar, ey şux,  
Gülzari –cəmalundan bilməm niyə zağ istər
413
  
Burada küfr ilə iman bir yerdədir. Ərus cameyi-gülgün ge-
yəcəyi halda, başına qara məcər salır. Adətən qurbana su veril-
diyi halda, bunlar 72 qurbanı susuz qoyur. bir çox halda kiçik bir 
parçada təzadlı səhnələr, antitezalar yaradılır. Leyla Əli Əkbərin 
zülfünə toz qonmağına dözmədiyi halda, indi qana bələnən zül-
fünə sığal çəkib təhəmmül edir.  
O yanda Şümri-dunun var başında sövqi-mülki-Rey,  
Bu yanda binəva Zeynəb sızıldar dəmbədəm çün ney,  
O yanda əhli-Şamü Kufə eylər zülm peydərpey,  
Bu yanda yalvarur Ali-Əli üdvanə meydanda.  
Əlavə olaraq onu da deyək ki, Racidə təzadlar sadəcə ayrı-
ayrı misraların, beytlərin içində deyil, bütünlükdə yaradıcılığında-
dır. 
Divanda bu dil şikəstə mən, bu bəxti qara mən, sərv qədd, 
qəmxanə cahan, əbr tək zülf, lalə rəng, gül cəmal, xəstə könül və 
s. kimi epitetlərdən ustalıqla istifadə edilmişdir. Burada Saqi, bu 
şəkər ləb ki, sənin vardı, kimin var? Bu cami-ləbaləb ki, sənin var-
dı, kimin var? mətləli büsbütün bədii sualdan ibarət qəzəlindən 
əlavə çox sayda bədii sual işlətmişdir.  
…Leyla necə görə, ya mən necə görüm,  
Gəlmiş bu nizədə cövlanə başuvi?  
                                                           
413
  
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 61, 124, 214, 53
 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə