Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə55/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   51   52   53   54   55   56   57   58   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
169 
qarşı çıxanlar isə iki məsələdə haqlı idilər: Bu hadisələrdən və ona 
həsr olunan əsərlərdən öz çirkin məqsədi üçün istifadə edənlərin 
əlində vasitə olması, bir də rituallardakı yaşantı, mərasimlərdəki 
icraat. Bunlar həqiqətən yol verilən və qəbul edilən deyil və biz də 
bu məsələdə M.F.Axundovla, Seid Əzim və s.-lə eyni fikirdəyik. 
Bu məslələrin özü və ona  münsibətin ən dəqiq ifadəsi isə 
Racinin öz sözləri ilə yekunlaşdırıla bilər: 
İmdad elə, ya Rəbb, sən özün bimədədüğ biz, 
Başdan əyağə büxlü riyavü həsədüğ biz, 
Hər qədər təsəffür edax ondan da bəduğ biz
Əmma ki əzadari-şəhi-Kərbübəlayux. 
 


Sədrəddin Hüseyn 
170
 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
171 
 
III FƏSİL 
Ə.RACİ POEZİYASININ SƏNƏTKARLIQ 
XÜSUSİYYƏTLƏRİ 
Ə.Racinin sənətkarlığı  haqda danışmazdan  əvvəl onun şeir 
və sənət haqqında fikirlərinə nəzər salmaq lazımdır. Raci alim de-
yil, ədəbiyyatşünas deyil. Bu baxımdan onda sistemli şəkildə fəl-
səfi və ya estetik görüşlər aramaq doğru olmazdı. Bununla belə, 
bir çox sənətkarlar kimi o da yeri gəldıkcə, bəzi sənət məsələlə-
rinə öz münasibətini bildirmişdir. Raci şeirə həssas yanaşır, ona 
çox incə məsələ kimi baxır. Yüksək sənətin yüksək elmlə, savadla 
ola biləcəyi fikrindədir. Bunun üçün elmlərin əsas qaynağı kimi 
Qurana əsaslanır. Hər şeyi idrakın yolunun burdan keçdiyini bil-
dirir. Bunsuz haqqı dərk etmək mümkün olmadığı kimi, Racini 
də anlamaq çətin olacaqdır. 
Qəşr ilə annamaz bu sözün, Raci, məğzini, 
Dərrakə yox bu şəhrdə ləbbü ləbbadə. 
“Annamaq” üçün “rümuzi-eşqi dərk etmək” lazımdır. Rümu-
zi-eşqi dərk etmək üçün eşqə düşmək lazımdır. Çünki “bu” eşq 
ilə “Hüsnün mətalibin kəşf etmək” olur. ”Kəşfi-raz etməyə zəbanı 
olmasa da, yarə dərdini yenə də rəmz ilə bildirir”. Raci dərk olun-
mayacağından, ustadı Füzuli kimi şeirlərinin təhrif olunacağından 
qorxur: 
Bir hərfin bu şeirlərin salsa nəzərdən
Raci, görüm ol katibin əli qələm olsun. 
Şair “hər “əlif-bey” oxuyan”ın üzündən “rümuzi-eşqin dillərə 
düşməyini” istəmir, “tiflin, dərsin, məktəbin, elmin” olmasına eti-
raz edir. Bu eşqin nə olduğunu anlatmaq üçün Həllac Mənsuru 
yada salır: 


Sədrəddin Hüseyn 
172
 
Şərabi-eşqdən bir cürə içdi, ey zahid. 
Dedi məstanə-məstanə “ənəlhəq”, dar başində.  
Şairə görə bunları anlamaq üçün kitaba üz tutmaq lazımdır. 
Kitab deyəndə Raci Quranı, kainat kitabını (yaradılan nə varsa), 
onun içində də “xalü xətti” nəzərdə tutur. Bu kitaba “gözünə qa-
ra su gələnə qədər” baxacaq. 
Dur eylə sureyi-ixlası həzərxan, Raci, 
Müdərris ol ruxi-ümmülkitabə baxmaqdan. 
Müdərris olmaq-mədrəsə təhsili görmək və ümmülkitabə 
baxmaq. Racinin aləmində insanın qayəsi və vəzifəsi budur. Alla-
hın “ikra”-oxu
398
 əmrinə əməl etməsidir. O zaman “xalü xəttin” də 
sirrinı anlamaq olar: 
Nəzər et, səfheyi-ruyində xalü xəttə, əy zahid,  
Rümuzi-eşqi dərk eylə bu Qurani mütərcimlə.
399
  
Bütün bunlardan sonra “əfvaci-süturə hökmrəvan olan, qə-
ləmi nur saçan nəzmi ilə şair əzmi-Füzulini ehya edəcəkdir”. “Mə’ 
ni-nəfs olan” şair “namü nişanı çıxsın” deyə həm də “simü zəri tərk 
eyləyib, əşari-qəzəli cəm eləməyi”, indi kitab vəqti” olduğundan 
“vəsfi-nigari cəm eləməyi” lazım bilir. 
Şeir dünyasında özünü təsdiqləyən, öz səsi, öz sözü, öz yeri 
olan şair “fünuni-şeirdə həddə, kəmalə yetdiyini”
400
,“vahidliyini” 
bilir. Buna görə də məsələyə çox həssas, duyğu və düşüncə ilə 
yanaşır. Ənəniyyətindən, qürurundan, boşboğazlığından qorxur: 
Raci, fünuni-şeirdə gərçi vahidsən, 
Dəm vurma çox ki, baisi-lafi-gəzaf olur. 
“Xeyli nazik məsələdür, bunda diqqət yaxşıdır”, -deyir. O, 
”yarın təsvirini cana nəqş edən” sənətkardır. Bunun üçün şairə 
“dimağ” gərəkdir: 
                                                           
398
  
Quran. Səudiyyə Ərəbistanı. Əl-Mədinə Əl-Münəvvərə. 1305,səh. Alak surəsi, 96-cı ayə
 
399
  Raci. Seçilmiş əsərləri.(tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 75,  
400
  Yenə orada, səh. 28  


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
173 
Cana, şəbi-hicranun təqriri dimağ istər
Bu barədə söz çoxdur bir miri çirağ istər.
401
  
İki dildə gözəl əsərlər yazan Raci türki dilini üstün tutur. Bu 
“türki qəzəlində rümuzi-eşqə bələd olmaq” mümkündür. Klassik 
ədəbiyyatımızda vulqarizmlər adətən başqa dildən alınan söz-
lərlə ifadə edilmişdir. Öz dilimizdə ədəbsiz söz işlətmək ədəbdən 
kənar hesab olunmuşdur. Mənasını açmağı ədəbdən kənar he-
sab etdiyimiz “Dədə Qorqud”dakı “qavat” sözü də başqa dildə-
ərəbcədir. Bu, Q.Zakirdə də belədir, digərlərində də. Raci də yal-
varanda türkü-türkanə yalvarır, söyəndə başqa dildə “səgsifət” 
deyir.  
Şair forma baxımından da dolğun sənətkardır. Klassik ədə-
biyyatın qəzəl, qəsidə, rübai, mütəfərriqə, mürəbbe, hekayət, növ-
hə və sinəzən formalarında gözəl əsərlər yazmışdır. Daha çox qə-
zələ üstünlük versə də,”əşari-qəzəl cəm elə”sə də, mərsiyəni də 
unutmur və 
Qəsidə, mərsiyə mundan sonra da yaz, Raci, 
Micazi-yarə müvafiq dögül qəzəl görürəm,
402
 -deyir. 
Şeirə, sənətə belə dəyər verib onun məsuliyytinin fərqində 
olduğunu Raci əsərlərindəki yüksək sənətkarlıqla sübut etmişdir. 
Raci ustad sənətkardır. Ustadlarından aldığı dərsi layiqincə 
mənimsədiyi kimi, özündən sonrakılara da təsir edəcək, örnək 
olacaq  qədər  yüksək  qələm  əhlidir.  Onun  yaradıcılığında  bütöv-
lük və tamlıq var. İstər mövzular, istər hadisələr, istərsə də obraz-
lar bir-biri ilə intellektual vəhdətdədir. Yəni bir şairin qələmindən 
çıxması, özünəxas dili və üslubi ilə seçilir. Bədii-estetik idealın ten-
densiyasının ölçüləri ilə hesablansa, Ə. Raci sənətkarlıq baxımdan 
orijinal şairdir. Onun şeirlərində hər nə qədər alınma söz, iqtibas, 
başqa şairlərəxas izlər görünsə də, yetərincə özünəməxsus fikir-
                                                           
401
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992 səh. 17, 53 
402
  Yenə orada, səh. 22 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə