Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə54/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   50   51   52   53   54   55   56   57   ...   62

Sədrəddin Hüseyn 
166
 
mü ərşə dirənir. Şümr əmr edir ki, “fövti-fürsət olmağa qoyma-
sınlar”. Qarət eləyib talasınlar. Gözü səccadədə olan Səkinəyə de-
yir: Hüseyndən gözünü kəs, çün başını kəsmişəm. Şümrün alça-
qlığı o yerə çatır ki, Hüseynin kəsik başını qamçı ilə vurur. Dözə 
bilməyən Zeynəbü Gülsümü Səkinə şur ilə: - “Vurmazla kəsik başi, 
bu nə dindü, nə məzhəb”, -deyirlər. Zülmlər o həddə çatır ki, Şüm-
rə belə təsir eləyir. “Ağladı haluva ol vəqtdə düşmən də sənün.”
393
  
Bədiiliyin şərti kimi bəzi mübaliğələr nəzərə alınmazsa, təs-
vir olunan hadisələr tarixi həqiqtlərlə üst-üstə düşür. Bu düşmən 
obrazlarının hərəsinin öz marağı var. Mərsiyələrdə də lənət ob-
yekti Şümrdür, Ömər Səddir və Yeziddir. “Yezidin evin Allah özü 
yıxsın” şəklində qarğış edilir. Əslində bütün məsələlərin başında 
elə Yezid durur. “Müaviyənin oğlu Yezid… İslam aləminə xəlifə 
olmaq fikrinə düşdü. Odur ki, islamın həqiqi varisləri olan bəni-
Haşim övladlarını… ələlxüsus Hüseyn ibn Əlini ya biət etdirməli, 
ya da qətlə yetirməli idi.” Kufə valisi Übeydullah Ziyad ondan əmr 
alır ki, əgər biət eləməsələr, tutulub gətirilsinlər və ya məhv edil-
sinlər. O da eyni əmri Ömər Sədə verir. Deyək ki, bu ikisi əmri icra 
edir. Qətldə iştirak edən Şümrün də zülmü intiqam hissindən və 
qəddarlıq xislətindən irəli gəlir. Bəs Yəzid niyə müsəlman ola-
ola Peyğəmbərimizin (s.ə.s.) əmanətinə qarşı bu cür xəyanət edir? 
Çünki onun babası Əbu Süfyandır. Atası Müaviyə hələ Şam valisi 
olanda xəlifə Hz. Əliyə biyət eləməmişdi, hətta ona qarşı üsyan 
etmiş, aralarında əvvəl qeyd etdiyimiz müharibə olmuşdur. Hz. 
Əli qətlə yetirildikdən sonra Xəlifə olan İmam Həsənə biət etmə-
miş, əksinə üstünə qoşun çəkmişdir. İxtilaf olmasın deyə hakimiy-
yətdən əl çəkib biət edən İmam Həsəni zəhərlədib öldürtmüşdür. 
Müaviyə üçün dava hakimiyyət, xilafət davasıdır. Ona görə də 
“Kindən əl götürmüri taifeyi-Müaviyə” (96, 168). Bu davada qar-
şılarında ən böyük güc olan “Peğəmbər itrətidir”. Bu səbəbdən 
biət etsə belə məhv etməkdən əl çəkmir. Bu da bəs eləmir, xalq 
                                                           
393
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 230 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
167 
arasında onları “xarici məzhəb” adlandırırlar. “Zülmü kin ilən fir-
qeyi-Ləhəb, Ad qoyar sizə: “xarici-məzhəb”. Bunu bildiyindən şair 
sanki İmam Hüseyni müdafiə edir, “əzəl gündən şəhadət əmrini 
qəbul edən, cananı ilə əhdini yerinə yetirməyə hazır olan” İmamın 
dilindən “Həqq imamın öldürürsüz, neyləyib nahəq yerə, Mən ki 
həq-həq söylərəm, kim xarici söylər mənə”
394
, -deyir. Imam Hüsey-
nin davası, hakimiyyət deyil, həqq davası, din davası idi. Bilə-bilə 
mərdanə ölümə getməkdə bircə məqsədi vardı, o da “Hakimiy-
yəti bu şəkildə qəsb etmək olmaz, bələ xəlifəyə biət olunmaz və 
əsil Haqq aşiqləri Allah yolunda candan belə keçərlər, bu mey-
dan Yezidlərin meydanı deyil, bu Əhli-beytin meydanıdır” fikrini 
yaradıb formalaşdırmaq və yaşatmaq idi. Bunu təkcə Kərbəlada 
şəhid olanlar isbat etmir, bunu sağ qalanlar, xüsusən Zeynəb və 
İmam Zeynülabidin Kərbəladan xəbərsiz aldanan müsəlmanlara 
Şamda, Kufədə sübut edir, həqiqəti aşkara çıxarır. İmam Zeynül-
abidin bir imam kimi, böyük bir din alimi kimi öz elmi, təkvası, züh-
dü ilə, yaşantısı ilə, şəxsiyyəti ilə dinə xidmət etdi, onu qoruyub 
saxladı, təhrif olunmağa qoymadı. Onun başladığı işi sonrakı imam-
lar davam etdirdilər, imam Mehdi Sahibəzzamana kimi hər biri 
sonsuz zülmlərə mərüz qaldı, amma dini qoruyub saxladı.  
Burada nə bədii, nə də elmi əsərlərdən sirrini tapa bilmədi-
yimiz bir sual da cavabsız qalır. Düşmən cəbhədə əmr verənləri 
anlamaq olur, ancaq bu zülmü icra adən əsgərlərin durumunu, 
bunun psixologiyasını və fəlsəfəsini anlamaq mümkün deyil. Bun-
lar da müsəlman idi, kimin üzərinə getdiklərini bilirdilər. Əmrə 
itaət fəlsəfəsinin yanında bir də bu əmrin zülm olduğunu, zülmün 
də necə bir günah olduğunu bilməmiş deyildilər. Kütlə psixolo-
giyası da desək, döyüş meydanının psixologiyası və fəlsəfəsi də 
desək, bunlar ya savaşdan əvvəl, ya da sonra namaz da qılırdılar. 
İçlərində verilən əmrin zülmə səbəb, ona itaətin, icrasının da za-
lımlıq olduğunu bilənlər yox deyildi. Amma vuruşurdular. Tədqi-
                                                           
394
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 168, 116 


Sədrəddin Hüseyn 
168
 
qatda bu məsələyə münasibətə və bu zülmə düşmən cəbhədən 
etiraz edilən bir fakta belə rast gəlmədik. Bu tam başqa və möv-
zumuzdan kənar bir məsələ olduğundan cavabını açıq qoyub de-
yilənlərlə kifayətlənirik. 
Nəticə etibarilə “Uzun illər... yasaq olsa da, xalqın yaddaşın-
dan silinməyən”
395
 (40.) digər mərsiyə nümunələri kimi Racinin 
mərsiyələri də ədəbiyyatımızda hadisədir, və müsbət hadisədir. 
Həm dini-ideoloji, həm ədəbi və dil baxımından müsbət təsirini 
qorumaqdadır. ”Mərsiyə şeiri Azərbaycan ədəbiyyatında süjetli 
lirikanın inkişafına xeyirli təsir göstərmiş, insanın daxili dünyasının, 
subyektiv hisslərinin canlı və təsirli təcəssüm etdirilməsində, po-
etik dilin orta əsrlərə məxsus qəliz ərəb-fars tərkiblərindən təmiz-
lənməsində  və  sadələşməsində  əhəmiyyətli rol oynamışdır. Bu 
əsərlər poetik-struktur baxımdan bəzi keyfiyyətlər qazanmışdı. 
Növhə və sinəzənlərin bir çoxu yüksək bədiiliyi və şeiriyyəti ilə 
fərqlənirdi.”
396
  
Kərbəla mövzusu Azərbaycan hüdudlarını aşaraq islam dün-
yasının yayıldığı coğrafiyada bu gün üçün də aktuallıq kəsb et-
məkdədir. İstər Osmanlı, istər indiki Türkiyədə də bu mövzuya 
müraciət edən şairlər yüzlərlədir.
397
 Hər il məhərrəm ayında dün-
yanın bir çox telekanallarında bu mövzu ilə bağlı verilişlər gedir, 
mərsiyələr səsləndirilir, bunların hamısında da müsbət əxlaqi də-
yərlər təlqin edilir. 
Bütövlükdə mərsiyə ədəbiyyatına mövcud olan mənfi mü-
nasibətə gəldikdə isə deyə bilərik ki, Kərbəla mövzusunda yazılan 
bəzi zəif, ideoloji, siyasi məqsəd güdən, bıqdırıcı mübaliğələrlə 
süslənən şeirlərdən başqa, haqqında söhbət gedən mərsiyə ədə-
biyyatı göz ardı edilə, diqqətdən kənarda qala bilməz. Bu olaylara 
                                                           
395
  Qarayev Yaşar. Meyar şəxsiyyətdir. Bakı: Yazıçı, 1988, 452 səh. 
396
  Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə. IV c., Bakı: “Elm”, 2011, səh. 299 
397
  Mehmet Arslan (Prof.dr.), Mehmet Erdoğan. Kerbela mersiyeleri. Tunceli 
Universitesi. Qrafikler yayinevi. Ankara, 2009, 809 səh. 118 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə