Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə61/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   54   55   56   57   58   59   60   61   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
189 
Çox az hallarda rəqibi yamanlarkən (səgsifət), (zahidi-əbləh) 
və mərsiyələrində düşmənə qarşı (ləin, bihəya, Şümri-dəğa) kimi 
vulqar  ifadələr  işlədilir.  Qarğışlardan  istıfadə  edilir.  Bunlar  çox 
halda poetik mənin rəqibinə, mərsiyələrdə zəmanəyə, gərdişə, 
düşmənə qarşı yönəldilib: “Tuf belə gərdişə”, “lənət gələ dünya-
yə!”, “Axir Yezidin evin Allah özü yıxsun”, “Şümri-bipərvaya lənət 
ya Hüseyn” və s. 
Xitablardan daha çox növhələrdə istifadə olunur. Kərbəla, 
Əmmə, Ya Zeynəba, Ya Hüseyn, Əkbərim, Ey şəhidi-sitəmi-əhli-
cəfa, qardaş, bacı , şiələr və s. şairin tez-tez müraciət etdiyi ünvan-
lardır.  
“Divan”da İran, Şam, Məkkə, Mədinə-Yasrib, Kufə, Kərbəla, 
Fərat-Əlqəmə kimi coğrafi adlar, adı bəlli peyğəmbərlər, Fərhad, 
Şirin,Yusif, Züleyxa, Leyli, Məcnun, Sənan kimi aşiqlər tez-tez xa-
tırlanır.  
Nümunələr Racinin bir şair kimi sözə necə hakim olduğunu, 
xalq dilini dərindən bildiyini, onu klassik poetizmlərlə necə uzlaş-
dırdığını, poetik dilimizi necə zənginləşdirdiyini göstərir və onun 
necə qüdrətli bir qələm əhli olduğuna dəlalət edir. Onun poezi-
yası sənətkarlıq cəhətdən mükəmməldir; klassik poeziyanın bü-
tün özəlliklərini özündə daşıyan şair dövrün, zamanın ruhunu da 
əsərlərində əks elətdirir. Racinin əsərlərinin mövzusu, problema-
tikası ənənəvi olsa da, ona yanaşma, təsvir üsulu, poetizmlər ye-
nidir, özünəxasdır. Bunlar da Raci poeziyasını yaşadan amillərdən-
dir. 


Sədrəddin Hüseyn 
190
 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
191 
NƏTİCƏ 
Nəticə  olaraq  deyə  bilərik  ki,  Racinin  yaradıcılıgını  tədqiq 
edərkən bir tərəfdən onun dövrü, həyatı ilə baglı tarixi material-
ların öyrənilməsinə, digər tərəfdən də yaradıcılıgına dəxli olan 
başqa mənbələrə istinad edildi. Özündən əvvəlki və sonrakı ədəbi 
nümunələrə də istinad edilərək varislik əlaqələri işığında araşdı-
rıldı. Mümkün qədər sərbəst olmağa, müstəqil təhlil yolu tutmağa 
çalışdıq. Tədqiqatın yekunu bu qənaətlərə gəlməyə əsas verir:  
1.   Yaradıcılığında  müşahidə  etdiyimiz  üç  mərhələdən  poetik 
mənin prototipi -şairin özü görünür. Yəni öz həyatı ilə sanki 
əsərlərindəki şair mənini tamamlayır. Belə ki yazmağa “bis-
millah”la başlayıb ilahi eşqin bir  çox pərdələrində gəzişən 
şair bəşər övladının (yəqin ki özünün də) bağışlanmaz gü-
nahlara batdığını görür, tövbə edir, Allahdan mədəd diləyə-
rək “Kərbəla əzadarı”na dönür. Lakin bu da onu xilas edə 
bilmir. Küskünlük, az qala inkar kimi görünən özündənimtina 
“Nə eşq olaydı...” və bu məzmunlu başqa şeirlərində sabitlə-
şir. Bunun da sonunda dünyanın faniliyini dərk edir və qə-
bul edir. Nəticədə həyatın əsil qayəsini haqqa qovuşmaqda 
görür. Öz həyatı ilə də kredosunu təsdiq edir. 
2.   Raci Azərbaycan klassik şairləri içərisində öz yerini tutmağa 
layiq sənətkardır. Ancaq az çap, az tədqiq olunmuşdur. Yal-
nız mərsiyəxanlar arasında tanınmış, məhərrəmlik mərasim-
lərində  yada  düşmüşdür.  O  da  mərsiyəxan kimi  daha  çox 
Qumrinin adı hallandığından burada da Racinin “bəxti gəti-
rməmişdir”. Bununla belə dəfələrlə “Divan”ı basılmış, bir qis-
mi kitabxanalara düşmüş, bir qismi də Racisevərlərin şəxsi 
kitabxanalarında  qorunub  saxlanmışdır.  Onun  “Divan”ları 
hazırda Əlyazmalar İnstitutunda, ME Akademiyasının kitab-
xanasında və bəzi fiziki şəxslərdə mövcuddur. Cənubda di-
vanı dəfələrlə çap olunmuşdur. Tehran 1340, Təbriz 1287, Təb-


Sədrəddin Hüseyn 
192
 
riz 1289, Təbriz 1295, Təbriz 1364. Əsərlərini ana dilində və 
farsca yazmışdır.  
3.  Şairin yaşadığı dövr Azərbaycanın və Yaxın Şərqin ən qarışıq, 
gərgin və bizim üçün arzuolunmaz olan, heç də xoş gələcək 
vəd etməyən bir dövr idi. Nəsrəddin şahın hakimiyyəti döv-
ründə xalqın mənəvi və fiziki aşınması, assimilasiyası prosesi 
sürətlənmiş, Qüzey Azərbaycanı Rusiyanın, Güney isə İranın 
nüfuz dairəsində əzilməyə, əriməyə məhkum olunmuşdur. 
Belə bir şəraitdə sənətkarlar yaradıcılıqlarını dörd istiqamət-
də davam etdirirdilər: 
a.   Klassik ənənələr üzrə,  
b.   Zülmə, istibdada, müstəmləkə rejiminə qarşı mübarizə hissləri 
oyandırmaqla,  
c.   Avropadan Rusiyaya yayılan, oradan da Azərbaycana gələn, 
bir az da milli əsaslara söykənən maarifçiliyi yaymaqla
ç.   Xalqın dərdi-bəlasını Kərbəla müsibəti fonunda dilə gətirmək-
lə, Kərbəla dərdinə bürünüb özünü ağlamaq meyillərinin güc-
ləndiyi vaxtda mərsiyə ədəbiyyatını inkişaf etdirməklə.  
4.   Raci yaradıcılığı özünəxas şəkildə ortaya çıxdı və lirik şeirləri 
ilə ilahi eşqin tərənnümünü Füzuli səviyyəsində dilə gətir-
məklə bərabər, həm də onu dünyəvi məhəbbətlə əlaqələn-
dirdi. Bu ikisinin sintezindən ibarət zəngin bir poeziya yarat-
dı. Bir də bunların içərisinə ictimai rıh qataraq bir çox məsə-
lələrə  özünün  münasibətini  ustalıqla  və  matnaltı  ştrixlərlə 
verə bildi.  
5.   Mərsiyə ədəbiyyatının zənginləşməsində,  Kərbəla  faciəsinin 
əsil məram və məqsədinin aşkarlanmasında misilsiz rol oy-
nadı. Əbu Süfyandan tutmuş Şümrə qədər, Peyğəmbərimiz-
dən (səs) tutmuş Zeynəlabidinə qədər, bu hadisələrlə bağlı 
olan  digər  elementlərin  obrazlaşdırılmasına  qədər  zəngin 
bədii obrazlar silsiləsi yaratdı.  


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə