Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə60/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   54   55   56   57   58   59   60   61   62

Sədrəddin Hüseyn 
186
 
deyirlər. Şair sevgilisinin sinəsini o qarla müqayisə edir və gözün-
dən “əşki-tər” gətirdiyini bildirir:“Daim gözüm sinən görəli əşki-
tər  tökər,  Bicarə  Racinin  gözünü  qarə  salmısan”.  Badi-səba  ilə 
dərdlərini bölüşən, onunla sevdiklərinə, dərdi-dilini ərz edən şair-
lərdən fərqli olaraq, Racinin istəyi başqadır. Özü də bəzən güclə 
hiss olunan zərif və incə yumor tərzində deyir fikrini.  
Dəgüb ahəstə tərpət ol nigarın zülfi-pürçinün 
Sənə, badi-səba, yüz yol bu bəxtiqarə tapşırmuş.
421
  
Racidə klassik ədəbiyyatda çox az rastlanan söz, hətta he-
ca və səs oyunları da müşahidə olunur. Nəsimidə rast gəldiyimiz 
“Gə, gə, gə, gəl ki, sevirəm, sə, sə, sə, sən Mahi-Cini, Za, za, za, zar 
olubam mən çə, çə, çə, çəndi nişini.”
422
 kimi ritmik vahidlərin Tərzi 
Əfşarda daha çox işlədildiyini görən Ə.Əhmədlu söz törəmələ-
rinə nümunə kimi verdiyi 
Pərvazlandı dil yenə bağdalanmağa, 
Ol  bürcü-övliyaya  qonub  şadlanmağa...  beytindən  sonra 
diqqəti məhz buraya çəkərək bildirir ki, bu cür söz oyunları Ra-
ciyə də təsir etmiş... dir”. 
Laləyə göstər yüzün gülşəndə həmrələnməsun, 
Nitqə gəl, bülübl çəməndə bir də şeydalanmasun, 
Dur gözün qurbanı səhni-gülşənə qoy bir qədəm, 
Sərv bəlalanmasun, nərgiz də şəhlalanmasun.
423
 
  
Şeirlərin qrammatikasına diqqət yetirərkən bunları müşa-
hidə edirik: Fellərdə 3-cü şəxsin cəmini bildirən “–lar
2
” şəkilçısı çox 
vaxt “–la
2
” şəklində işlənir. Məs: “açıbla, eylüblə, versəllə, yazmub-
la, vuralla, salulla” və s. İnkar ədatı “deyil” sözündə bəzən son sa-
mit ixtisar olunur. “Degü” şəklində. Bəzən indiki zamanın 3-cü 
                                                           
421
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 83 
422
  Klassik Aərbaycan ədəbiyyatı kitabxanası.V c., Bakı: Elm.1985, səh. 243 
 
423
  Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).                                             
Təbriz: Fəxri-Azər nəşriyyatı.1377, səh.38, 39 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
187 
şəxsin təkində bir “–ı
4
” səsi əlavə olunur. “Olmur” əvəzinə “olmu-
ru” şəklində. Bəzən də indiki zaman şəkilçisindən “-r” ixtisar olu-
nur. “Öldürür”- “öldürü”, “çəkdilər-çəkdilə”, “-ma
2
” inkar çəkilçisi 
“-me”, “-ıb
4
” zaman çəkilçisi “-üb” şəklində. Qalmayıb-qalmeyüb. 
“-ın
4
” mənsubiyyət şəkilçisi “-ün”, “-ım
4
, -ın
4
” şəxs şəkilçisi “-üm, 
-ün” şəklində. “Arüzün, ləbün, çəkün, baxdum” və s. Yiyəlik halın-
da çox vaxt “-ın,-in,”əvəzinə, “-un,-ün” variantı işlənir. Şəkilçilər-
də  ahəng  qanununun  pozulması  Raci  yaradıcılığında  normaya 
dönür ki, bunlar cənub -Təbriz dialektinin əsas xüsusiyyətləridir. 
Məs: “güzaruvi, aruvi, ölməqimü, dəgsün, getməsün.”  
Sonu “k”ilə bitən sözlərə saitlə başlayan şəkilçi artırdıqda |k| 
|g|-yə keçir. Bu hal cənub dialektinəxas formalarda Racidə də yer 
alır. “Ölməyimi” – “ölməgimü” və s.  
Dilimizdə II şəxsin tək və cəminin mənsubiyyəti (-ın
4
, -ımız
4

Racidə “güzaruvi, aruvi, xumaruvi, canuvi, cananuva, hüsnüvün” 
və s. şəklindədir. Racidə “y”, “g” əvəzlənməsi də özünü göstərir. 
“deyil-dögü”. Bu gün M. Şəhriyarda da “-maq” məsdər şəkilçisi-
nin tələffüzdəki özünü göstərən “-max
2
” forması Racidə də mü-
şahidə olunur. “vurmax”, “ayırmax”, “bəlayux, edax, keçmax”, və 
s. (-lar

) cəm şəkilçisinin təsiri ilə geri assimilasiya müşahidə olu-
nur. Yəni tələffüzdəki kimi yazılır. “Deyirlər”- “deyillər”, “eylərlər-
eyləllə”, “olur-olu”. və s.  
Bir sıra sözlərdə orfaqrafik norma pozulur. Dialektəxas şə-
kildə işlədilir: növ-nov bu qədər-bu qədri, gündüz-günüz, müftə-
müf, sonra-sora və s.  
M-b əvəzlənməsi. Bundan sonra-munnan sora.  
Felin şəkillərində eləməyin -eləmün, qoymayın-qoymun, tut-
mayın-tutmun  (Füzulidə  olan  kimi),  bax-baxgilən  (“Dədə  Qorqud” 
da baxgil.), söyləyib-söylüb, eyləyibsiz-eylübsüz, qoymayıb-qoy-
mub, oxşayırsan-oxşisən və s. Cənubaxas ən mühüm cəhət indiki 
zaman fellərində (–ır
4)
 şəkilçisinin sonuna (–i) səsinin artırılması-
dır: qoymuri, gəliri, gediri və s.  


Sədrəddin Hüseyn 
188
 
Felin inkarında m-n əvəzlənməsi. ayağa duranmadı
İndiki zamanda bilirsən-bilüsən, sındırır-sındıru, artırır-artıru, 
qoymur-qoymuri 
Başqa  sözlərdə:  isti-issi,  könlüm-köylüm,  kimsə-kmsənə, 
qiyamətədək-qiyamətətən, indiyədək-indiyətən, yüz minətən, tut-
maq-dutmaq, peygəmbər-peyəmbər, stəkan-istəkan kimi əlamət-
lərə rast gəlirik. Sonradan o, ki, ilə, vaxt, qərar vermək şəklinə dü-
şən ol, kim, ilən, vəqt, qərar qoymaq və s. kimi söz və ifadələr Ra-
cidə  də  klassik  ədəbiyyatda  olduğu  kimidir.  Qut,  nəsnə,  banu, 
qübar, əyağ, yəğma, us, dişrə kimi çox az miqdar arxaik sözlərə 
rast gəlinir. “Divan”da təqribən iki-üç yüzə qədər söz var ki, on-
ların tərcüməsini verməyə ehtiyac hiss olunur. Amma bunun da 
çoxu klassik ədəbiyyatda sıx-sıx işlədilən bildiyimiz ərəb-fars tər-
kibli sözlərdir. Mənasını bilmədiyimiz yüzə qədər sözün də çoxusu 
mətmin məzmunundan aydın olur. Bu baxımdan Racinin dili bu 
günkü oxucu üçün Vaqif qədər, Aşıq Ələsgər qədər aydındır, oxu-
naqlıdır. Yalnız mərsiyələ- rində bəzən “düçari-qəzəbi-dəhri-xu-
dayux”,  “Mirati-füyuzati-ilahiy-yə”,  “Səltənəti-ruyi-zəmin”,  “əyali-
şahi-mərdan”,  “mövsümi-fəsli-bəhari-Kərbəla”,  “Ey  xaki-dəri-şöv-
kəti-Əbbas”, ”dudi-ahi-dili-yeti-man” və s. kimi çox az miqdarda 
mürəkkəb quruluşlu söz birləşmələri-zəncirləmələr işlədilmişdir 
ki, bunların da tərkibindəki sözlərin çoxu anlaşılandır.  
Bəzən izafət birləşmələri dilimizdəki II və III növ təyini söz 
birləşməsi şəklində işlədilir. “Bələd olsun əzəl Raci rümuzi-eşq(in) 
dərdinə” cümləsindəki “rümuzi-eşq” izafəti başqa yerdə “Naqis-
lərə təklif eləmün eşq rümuzin” şəklində milliləşdirilir ki, bu, dili-
mizin inkişaf tarixində mühüm tarixi dil faktıdır. Yad kəlmə-
ləri alıb özəlləşdirmək, onu dilin qanunlarına uyğunlaşdırmaq, dil-
də əritmək mümkündür, amma söz birləşmələrini bu şəklə sal-
maq sintaksislə bağlı məsələdir ki bu, XIX əsr ədəbiyyatında Ra-
cinin timsalında özünü büruzə verir.  
Racidə vətən və millət anlayışı da geniş yer tutur. O, 5-6 yer-
də türk və türki sözləri işlədib. Təbriz, vətən kəlmələrini dilə gətirib.  


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə