Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə59/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   54   55   56   57   58   59   60   61   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
183 
Gördüz bir o xatuni, necə qəddi var axir,  
Olsun ona manənd, kimün həddi var axir?  
Ya Hüseyn, eylədün aya necə bu zülmü qəbul,  
Vurala itrətüvə silsiləvü kündə sənün?  
Misalların sayını artırmaq mümkündür, ancaq bəzilərinə bir-
iki nümunə verməklə kifayətlənirik. Şair görün hüsn ilə günü, əbr 
ilə zülfü, tar ilə nuru necə ustalıqla qarşılaşdırır, müqayisə edir, 
necə gözəl poetik mənzərə yaradır.  
Gün ilə hüsndə bu məhvəşin fərqi budur,  
Əbr ilə tar olu gün, zülf ilə pürnurdu bu
414
  
Təkrir: 
“Misraların səs naxışları şeir dilinin poetik gücünü, səslərlə 
maneralar bədii mətnin elastikliyini nümayiş etdirir. Təkrarlan-
maqla səslərin formalaşdırdığı obraz fonoloji vahidlərin linqvo-
poetik imkanlarından xəbər verir”
415
. Bu baxımdan Racinin yara-
dıcılığında  fonetik  səviyyədə  poetizmlər  də  mühüm  yer  tutur. 
Misallara nəzər salaq. “Bu ada şəkk eyliyən zatində bişəkk vardu 
şəkk”. “Ümmətə cümlə şəfaət edərəm mən mən ilə”. Cinas təkrir: 
”Sən məgər üz verüsən aşiqüvə, yoxdur üzi, Ta ayaqüvə qoya bu 
müztər üzin”. “Yüz verüb viranədə yüz dərdi möhnət Zeynəbə”. 
“Onu hər dərdə gördüm çarə mən, hər dərdən əl çəkdim”. Yeri 
gəlmiş deyək ki, Racidə cinas qafiyələr çoxdur, üstəlik ayrica bir 
məsnəvisi cinaslı qafiyələrdən ibarət olduğundan onu “Təcnis” 
adlandırmışdır.  
“Gül kimi gül xilas ola könlüm gümandən”. “Gülsən, yara-
şusən gülə sən, ey gül üzlü, gül üzlü, gəl”, nümunələrində g səs-
ləri; “Nineyvada ney kimi eylər nəva bu binəva”da n səsləri; “Ta-
qətim ol taqi eyvanundan ötri taqdür”-də səsləri; ”dəstə-dəstə, 
                                                           
414
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).                                                      
Bakı: Sabah,1992, səh. 186, 212, 217, 230, 55 
415
  Hüseynov Məhərrəm. Dil və poeziya. Bakı: Elm, 2008, səh. 15 


Sədrəddin Hüseyn 
184
 
naqə üstə eyləyüm əfğan, gedüm”-də s və t səsləri, ”sənsən gərib, 
mən də qərib, qəriblər gedə gərək daim qərib evinə”, “Gülsən 
yaraşusən gülə sən, ey gül üzlü gül, mən bülbüləm gərək gələm 
ahü fəğanə mən” nümunələrində g,q,l səsləri orijinal alletirasiya-
lar yaradır. “Könül, könül, nə könül; Biçarə mən, fələkzadə mən 
bəxtiqarə mən” kimi anaforalar və təkrirlər işlədir. ”Təbibi-eşqi 
gedün başim üstə bir gətirin, Bu dərd ilə gedə bilməm dəxi təbib 
evinə” kimi litotadan istifadə edir. Bu kimi poetizmlərin qaynağı 
əlbəttə sözdür, sözün sahibi də dildir, şairlər üçün poetik dil. Raci 
söz sərrafıdır, dilin-cənub ləhcəsinin poetik imkanlarından mə-
harətlə istifadə edən qüdrətli bir söz sərrafıdır. 
Hər bir “…şairin poetik təfəkkürünün açarı, oxucuya təsir et-
mə vasitəsi onun dilidir.”
416
 “Dil millətin kodlaşmış yaddaşı, mə-
nalı işarələr sistemidir. Bədii mətn harmoniyası tapılmış dil işarə-
ləri sistemidir.”
417
 Əbulhəsən Racinin ədəbi dilimizin inkişafında, 
onun xəlqiləşməsində və milliləşməsində, yeni poetik füqurlarla 
zəngin- ləşməsində, bədii mətnin harmonik inkişafında, oxucu 
zövqünün formalamasında xüsusi yeri və rolu vardır. Müxtəlif ob-
razların canlandırılmasında onun fərqli üslubu ortaya çıxır. Çox 
incə, bəzən yumoristik, bəzən ritorik, bəzən kinayəli şəkildə mü-
nasibət  bildirilir.  Rəqibə  qarşı  münasibəti  heç  kəsə  bənzəmir. 
”…şeirlərə canlılıq və həmişəyaşarlıq bəxş edən qısqanclığın duz-
lu, məzəli ifadəsi Racini demək olar ki, bütün qələm sahiblərindən 
fərqləndirir…: Razı deyiləm yar ilə əğyar danışsın, Əğyar hələ cəhl-
di, istər dədəm olsun.”
418
  
Şair farsca divan bağlasa da, türkcəyə üstünlük verir və bir 
yerdə “De bir türki qəzəl, Raci, oxusun bu gözəl Raci”,–deyə türk-
cənin yerini bildirir. “Ana dilinin dadı-tamı şeir dilində daha şirin, 
                                                           
416
  Hüseynov Məhərrəm. “Sözün poetikası”. Bakı: Elm, 2010, səh. 15 
417
  Şəmsizadə Nizaməddin.Ədəbiyyat nəzəriyyəsi. Bakı, 1912, səh. 118-119 
418
  Nazim Rizvan. Raci lirikasının bəzi xüsusiyyətləri // Azərbaycan SSR EA-nın 
xəbərləri. Ədəbiyyat.  Dil və incəsənət seriyası. Bakı, 1990, N-2, səh. 37 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
185 
daha mənalı əks olunur. Onun qüdrəti, əzəməti poeziya fonunda 
daha füsunkar görünür. …şeir ancaq bədii istedad sahibinin xalq 
dilini mükəmməl bilməsi və poetik mədəniyyət səviyyəsi ilə …ara-
ya-ərsəyə  gəlir”.  Racinin  dili  sadədır,  aydındır,  xəlqidir,  poetikdir. 
Şirin Cənub dialektinə xas bir çox xüsusiyyətlər qorunub saxlan-
mışdır. Cənub şairlərınin (Q. Təbrizidən Şəhriyayadək) çap olunan 
əsərlərində cənub dialektinəxas xüsusiyyətlər ya yoxdur, ya da çox 
az hiss olunur. Racidə isə bu özünü qabarıq şəkildə göstərmək-
dədir.  
Onun şeirlərində çoxlu müxtəlif ifadələrə, deyimlərə də tez-
tez rast gəlmək olur. “qan tutmaq”, “tükətdi ömrümü”, “Bahar 
ayında oruc tutmaq deyil insaf”, “Boyun bəlasun alım”, “gözdən 
salmaq, mən kimi bir bəxti qarə yox”, “döndərdi gözün, vurdi mə-
nim sinəmə bir ox, Dəydi o oxun adinə qıyqaci deyillər”, “üzü 
qara olmaq”, “ey zalım oğlu”, “əl mənim, damən sənin”, “şami-
şum eləmək, əlim əldən üzüldü” , “boyun bəlasın alum” , “zülfü 
yolub açma başın”, “sənə qurban”, “qurbana su verəllər başin kə-
sən zamanda”, “qoymazdım onun zülfünə toz qona əsla”, “baran 
tək olub ox-oxa peyvəstə havadə.”  
Cana, bu hüsn ilən gecə ayı gün eylisən,  
Qurban olum cəmaluva yoxsa güneylisən?
419
  
İstəsən puli siyəh ilə uşaq aldadasan,  
Raci sərrafdu bu çox görüb simü zər üzün.
420
  
“Gözə qara su gəlmək”, “qolun sal boynuma”, “gözün qur-
banı”, “bir gül ilə yaz, insaf tərəzisi”, “vay mənim halimə” kimi de-
yimlər Raci poeziyazını zənginləşdirən ifadələrdir. 
Qışda insan ağ qara çox baxarkən gözləri ağrıyır, sulanır, 
xəstəhal olur. Onda “gözünü qara salıb və ya gözünə qar düşüb” 
                                                           
419
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 63 
420
  Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).                                             
Təbriz: “Fəxri-Azər” nəşriyyatı.1377, səh. 188 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə