Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə47/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   43   44   45   46   47   48   49   50   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
145 
kimi ifadələr işlətməklə həm Hz. Əliyə olan sevgisini, həm də bü-
tün imamların, övliyaların, əhli-beytin babası olduğunu xatırladır. 
O Həzrət Əli ki, “O, Allah və Rəsulunu sevər, Allah və Rəsulu da 
onu sevərdi.
341
 Ali-əbanın başında Hz. Əli durur. O, Peyğəmbərin 
əmisi  Əbu-Talibin  oğlu,  doğularkən  adını  Peyğəmbərin  (s.ə.s.) 
özü ve- rən
342
, kiçik yaşlarından müsəlmanlığı qəbul edənlərin 
ilki, Xeybər və Xəndək döyüşlərinin əfsanəvi qəhrəmanıdır, “elmin 
qapısı” və 4-cü xəlifədir. Peyğəmbərimiz Mədinədə hicrətdə olar-
kən hər mühaciri bir mədinəli ənsarla qardaş edir, Hz.Əliyə isə 
“Sənin qardaşın mənəm” deyir. Hz.Əlinin Kərbəla ilə əlaqəsi ol-
masa da, Raci yeri gəldikcə adını çəkir, bu müqəddəs imama öz 
sevgisini  bəyan  edir.  Müaviyənin  xəlifəliyi  zəbt  etməsinə  mü-
nasibətini belə bildirir: 
…lə’nət belə dünyaya gələ 
Ali-Süfyanı qoyar zadeyi-Heydər yerinə.
343
  
Səkinə babası Hüseynin başını qucaqlayıb, sızlarkən Ali-beyt 
onları dövrəyə alıb Hz. Əliyə xitab edir.  
Həlqeyi-zənciri hülqindən açub Ali-Rəsul,  
Həlqeyi-matəm vurub dövrində məhzuni-məlul,  
Ərz ediblər: Qeyrətün aya buni eylər qəbul,  
Ya Əli, çəksün belə bu tifli-biyavər bəla.
344
  
Ayrıca Hz. Əliyə həsr etdiyi növhələrin birində İbn Mülcə-
min əli ilə şəhid olan xəlifəni oğlu Hüseynin şəhadəti ilə müqa-
yisə edir: 
Sənə hərçənd cəfa eylədilər, doymadilər,  
Götdülər nəşüvi, biqüsli kəfən qoymadilər,  
                                                           
341
  Kandehlevi M.Y. Həyatüs-Sahabe. (4 c.də) II c., İstanbul,1994, səh. 9,38 
342
  Məhəmməd Füzuli. Hədiqətüs-süəda.  Bakı, 1993, səh. 125 
343
  Raci Təbrizinin novhələri və mərsiyələri.(tərtibçi Əbulfəzl Əhmədlu)                 
”Fəxri-Azəri”. Təbriz,1389,  səh. 38 
344
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 97 


Sədrəddin Hüseyn 
146
 
Ya Əli, cismün Hüseyn cismi kimi soymadilər,  
Kərbəlada quri yer üstə qalub gül bədəni.
345
  
Bu qədər zülmə dözə bilməyən şair ümidini Allaha bağla-
yaraq yenə Əmirəlmöminə xitab edir. “Ya Əli, həqq özü divan 
edə bu hümmət ilən”. Başqa bir novhədə deyilir ki, “Yezidi-bihə-
ya” “Əli əyalinə” elədiyi zülmdən özü də dəhşətə gəlir, bunu öz 
şəninə xələl gətirəcəyini görür və sanki öz əməlindən “peşman 
olur”: 
Cövrü cəfanı tərk edüb düşdi vəfa xəyalinə,  
Gördü ki, az qalub gələ Şamdə canə əhli-beyt.
346
  
Bir nöfhədə Məhəmməd Peyğəmbərin (s.ə.s.) dövründən 
Hz. Əlinin şəhidliyinə və oradan Kərbalaya-İmam Hüseynin mü-
sibətinə qədərki dövrü təsvir edir. Ona mənsub olan 11 naibdən 
söz açır. İmam Həsənlə İmam Hüseynin başına gətirilənlərdən 
şikayət edir. Başda Şümr olmaqla ruzi-qiyamətdə Hz. Əlinin üzü-
nə necə baxacaqlarını düşünür.
347
 
Raci  Hz.Abbası  da  Hz.Əli  ilə  müqayisə  edir.  Su  gətirmək 
üçün göndəriləndə cəng alətin yerə tökür. Cəddi kimi haldan-
hala düşür.  
Qeyzindən olub rəngi gahi sürxü, gahi zərd,  
Heydər kimi təğyir tapub haləti-Abbas.
348
  
Başqa bir yerdə oğlu Əli Əkbər döyüşə göndərilərkən “Al-
laha tapşıran” Leyla onu babası kimi vuruşmağa çağırır: 
Çək qılınc Heydər kimi, bir həmlə et bu ləşkərə.
349
  
Bu müsibətlərdə başı ən çox bəlalar çəkən Zeynəb də Hü-
seyni vuruşdan çəkindirmək istərkən deyir: ”İmdi atası Heydərün 
                                                           
345
  Raci Təbrizinin novhələri və mərsiyələri.(tərtibçi Əbulfəzl Əhmədlu) ”Fəxri-
Azəri”. Təbriz,1389, səh. 274 
346
  Raci.Seçilmiş əsərləri.(tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 182 
347
  Yenə orada. səh.216-218 
348
  Yenə orada, səh. 114 
349
  Raci.Seçilmiş əsərləri.(tərtibçi Abıyev Hafiz).Bakı: Sabah,1992, səh. 163 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
147 
səndən iyin alur bacun.”
350
 Ümidi hər yerdən kəsilən Zeynəb bu 
halı görməyə bir müsəlman axtarır. “Bir müsəlman yoxdu baxsun 
hali-ali-Heydərə.”
351
  
Raci Hz. Əlinin də şəhadətinə Allahla qulu arasında əhdə 
vəfanın rəmzi kimi baxır.  
Çün qiyam eylədi Əmirəlmöminin qılsun nəmaz,  
Niyyət eylüb can verə məbudə bu iczü niyaz,  
Bəzmi-xas ol xasə baxdı, gördü ol Şahi-Hicaz,  
Tərki-can canan yolunda eyni taətdir bu gün.
352
  
deyən şair qəhrəmanına müştaqdır, özünü ziyarətdə görməklə 
xoşbəxt sayır. 
Çün təvafi-kuyi-canan Kəbeyi-üşşaqdür,  
Ya Əli, Raci təvafi -qəbrüvə müştaqdür,  
Taqətim ol taqi-eyvanundan ötri taqdür,  
Ey xoş ol zair ki, məşğuli-ziyarətdür bu gün.
353
  
Raci imamların müsibətinə ağlamaqla bərabər, həm də on-
ların çəkdikləri bu zülmlə, bu müsibətlə, bu əhdə vəfalıqla, axıt-
dıqları bu şəhidlik qanları ilə çatdıqları elə bir məqamı görür ki, 
möhnət çəkməyi mənasız sayır. Çünki “Aşiqi-sadiq gərək mutləq 
fənafillah ola.” Fənafillah olmaq -yəni Allahda fani olmaq sufilərin, 
haqq aşiqlərinin son arzusu, fəth edə biləcəkləri son zirvədir ki, 
imamlarımız o məqama yüksəliblər, “ənbiyalar belə buna həsrət 
çəkər”. 
Raci  sadəcə  mərsiyələrdə  deyil,  digər  şeirlərində  də  Hz. 
Əlinin (ə.s) adını çəkir, sevgisini bildirir. Ona arxalanır.”Göz yaşı 
ilə Hey- dəri-Kərrarə ərizə yazır.”
354
  
                                                           
350
  Raci Təbrizinin novhələri və mərsiyələri.(tərtibçi Əbulfəzl Əhmədlu)                    
”Fəxri-Azəri”. Təbriz,1389, səh. 187 
351
  Raci.Seçilmiş əsərləri.(tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 208 
352
  Raci Təbrizinin novhələri və mərsiyələri.(tərtibçi Əbulfəzl Əhmədlu)               
”Fəxri-Azəri”. Təbriz,1389,  səh. 278 
353
  Raci.Seçilmiş əsərləri.(tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 224  
354
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 50 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə