Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə43/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   39   40   41   42   43   44   45   46   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
133 
cini və oxucunu düşündürməyə çalışmışlar.”
306
 Mərsiyə ədəbiyya-
tına sonralar başqa mövqelərdən də yanaşıldı. “Mərsiyə şeirində-
ki dünyəvilik və tarixilik humanizm ideyaları ilə bağlı idi. … mər-
siyə şairləri də insanın azadlığı ideyasını müdafiə edirdilər.”
307
  
Məsələyə  sinfilik  nöqteyi-nəzərindən  yanaşan  F.Qasımzadə 
mərsiyə  ədəbiyyatını  ruhumuza zidd və yabançı hesab edərək 
onu həm də siyasi alət kimi dəyərləndirir. Onu keçmişin qalığı, 
mürtəce ruhlu, epiqonçu ədəbiyyat da adlandıran Kamal Talıb-
zadə öz araşdırmalarında o dövrün ədəbi prosesini incələyərək 
müxtəlif  baxışları  nəzərə  catdıraraq  daha  çox  sovet  dövrünün 
nöqteyi-nəzərini əks etdirir : “Ziya”da həyatla, yeniliklə səsləşən 
bəzi yazıların çap olunmasına baxmayaraq, o öz səhifələrində fe-
odal-mülkədar quruluşuna, ruhanilərə rəğbət oyadan məqalələr 
çap edir. ...”Ziya”nın səhifələrində Bixud, Qumri, Fazil Dərbəndi, 
Müşfiq kimi “köhnə şeir” tərəfdarlarına geniş meydan verən qə-
zet redaktoru Səid Ünsüzadə də... dini, epiqonçu ədəbiyyatın qatı 
tərəfdarlarından biri idi.”
308
  
Bu “tərəfdarlıq” sonrakı dövrlərdə də davam etmişdir. “Əgər 
türkcə mərsiyə olmasa, türk şeir və nəzmi də bu dərəcə ümumiləş-
məyəcək və Azərbaycan xalqı ehtimal ki, bir çox zaman daha doğ-
ma ədəbiyyat üzü görməyəcəkdi... Mərsiyənin xidmət və əhəmiy-
yəti  yalnız  ağlatmaqla  qalmamışdır.  Yeni  türk  ədəbiyyatımızın 
qaidləri  deyıb  Seyid Əzimləri,  Hophopları  təqdir edərkən sakın! 
Ağlamaqdan bıkan və buna görə də mərsiyələrdən əzilən cavan- 
larımız Racilərə Araz çayını addamış bəzi rozəxənlara baxan kimi 
baxmasınlar. Onların Azərbaycan ədəbiyyatındakı mövqeyi ehti-
ramsız bir mövqe deyildir. Şeyx Nizami nə qədər dahi, nə qədər 
böyük bir şairi-binəzir olsa da, azərbaycanlıları doğma türkcələ-
rinə qaytarmaq nöqteyi nəzərdən, məncə, Raci, Dəxil, və Qumrinin 
                                                           
306
  Külliyati-Divani-Raci, (t.S.Qəməri)Təbriz,Firdos kitabxanası,1364.səh. 3  
307
  Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə. 4 c., Bakı: “Elm”, 2011, səh. 299 
308
  
Talıbzadə Kamal. Azərbaycan ədəbi tənqidinin tarixi. Bakı: Maarif, 1984, səh. 87
 


Sədrəddin Hüseyn 
134
 
mövqeyini ehraz edəməz... Əcəba, Şeyx Nizamiyə abidə tikmək 
həvəsində olan nəslimiz Racisini unudacaq, Qumrisinə xor baxa-
caq, Dəxilini atacaqmı?”
309
 
Kamal Talıbzadə mərsiyə ədəbiyyatına qarşı çıxan ədibləri 
belə siralayır. “H. Zərdabi, N. Vəzirov, Əhsənül-Qəvaid, F. Köşərli, 
M.T.Sidqi, S.M. Qənizadə, R.Əfəndiyev, N. Nərimanov... “köhnə” 
şerin qeyri-ictimai, intim (?) keyfiyyətlərini tənqid edərək onun 
yeni tələb və ehtiyaclara cavab vermədiyini göstərir... Bütün bun-
lar... öz mahiyyəti etibarilə epiqonçu şeirin əleyhinə çevrilmişdi”
310
  
Müəllif sonra tənqidçi A. Surdan danışarkən “intim duyğu-
ların  tərənnümçüsü  kimi  dərk  edən  epiqonçuları  başa  salaraq 
...şairin (Füzuli nəzərdə tutulur. S.H.) erotik, parnoqrafik əsərlər 
yazmadığını...” və s. kimi ifadələr işlədir. Özü də bu ifadələr (ero-
tik  və  s.)  deyəndə  birbaşa  həm  də  mərsiyə  yazan,  yeni  şeirin 
“açarını tapa bilməyən” Raci kimilər nəzərdə tutulur. Bura qədər 
Racinin lirikasından danışarkən onda “intim hisslərin ifadəsinin” 
nə  dərəcədə  olduğunu  gördük.  Təəssüf  ki,  epiqonçu dedikləri 
şairlərdə belə  şeylər axtarıla-axtarıla  Vaqifin (Zakirdə də  qismən) 
yaradıcılığındakı o məlum hisslərin tərənnümü gözdən qaçıb, bu 
günə qədər heç fərqində olmadan o “sinəsi meydan” gözəllər or-
ta məkəb dərsliklərində hələ də təqdim edilməkdədir.  
Üstəlik, həm o dövr şairlərinin, həm də tənqidçilərinin bizə 
ziddiyyətli görünən cəhətlərinin sirrini açmaq da bu gün yeni və 
ciddi araşdırma tələb edir. Eyni ziddiyyəti Abdulla Surda da gör-
mək mümkündür. O bir tərəfdən cəmiyyətdəki ictimai xəstəlikləri, 
cəhalət və mədəniyyətsizliyi cəsarətlə tənqid edir, xalqı maarifə, 
elmə  səsləyirsə,  digər  tərəfdən  həqiqi  mədəniyyət-islamiyyət 
deməkdir, əsil mədəniyyət nə isə islamiyyət də odur” kimi fikirlər 
irəli sürür, elmlə dini eyniləşdirir…”zaman elm və hünər zamanı-
                                                           
309
  
Talıbzadə Kamal. Azərbaycan ədəbi tənqidinin tarixi. Bakı: Maarif, 1984, səh. 207
 
310
  Yenə orada, səh. 207-209 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
135 
dır”, -deyə xalqı qabağa gedən millətlərə çatmağa… çağırıb “ba-
balarımızdan qalmış qəbih–qəbih köhnə və qədim adətlərdən” əl 
çəkməyi təklif edırsə, digər tərəfdən, “cənabi-həqdən şəfa və mər-
həmət” gözləyir, -deyirsə, başqa bir yerdə ”Artıq vaxtdır ki, moi-
zələrə, mərsiyəxanlıqlara xitamə çəkilsin” fikrini irəli sürür.
311
  
Bu ziddiyyətli görüşlər M. İbrahimovu da təəccübləndirir: 
“Küll halında Azərbaycanın 19-cu əsr ədəbiyyatında ilk nəzərdə 
anlaşılmaz və qəribə görünən bir hal müşahidə olunmaqdadır. 
Nəinki Dəxil və Qumri kimi dindar, məhdud dünyagörüşlü (? S. 
H.) şairlər, hətta Bakıxanov, Seyid Əzim Şirvani, Ləli, Raci və Ha-
dici kimi dar təəssübkeşliyi pisləyən, fanatik görüşlərin əleyhinə 
olan və bütün bunları xalqın tərəqqisinə, zəmanə ilə ayaqlaşma-
sına mane olduğu üçün tənqid edən, meyi, meyxanəni ehkamçı-
lığa qarşı qoyaraq azad düşüncə rəmzi kimi vəsf eləyən şairlərin 
bir qismi mərsiyə yazmışdır. Bunu nə ilə izah etməli. Bizcə, bu 
əvvəla o zamankı ictimai həyatın hələ billurlaşmaması, bulanıq 
vəziyyəti ilə bağlı idi. Bir yandan mövhumi görüşlər dumanı çox 
qəliz idi.  
O biri yandan da İran dövlətinin Osmanlı imperiyasına qarşı 
rəqabətli mübarizələri, şiəliyi bayraq etməsi ilə əlaqədar olaraq 
sünnü-şiə ədavətləri hakim dairələrin və qaragüruh xadimlərin 
əlində  xalqı  qızışdırmaq, itaətdə  saxlamaq,  soyub talan  etmək 
üçün  güclü  propaqanda  vasitəsi  olmuşdur.  Müəllifə  görə  elə 
bu səbəbdən təziyədarlığa rəvac verilmiş və bu da mərsiyə ədə-
biyyatının yaranmasına zəmin hazırlamış, az-çox istedadı olanlar 
buna sövq edilmişdir. Bəzi şairlər mədrəsə təhsili almış, mollaxa-
nada böyümüş və mərsiyə şeirləri yazmışdır, amma əvvəlkilərin 
mərsiyə  yazmağına  yox,  bu  sonra  qeyd  olunanların  “dünyəvi 
hissləri, işıqlı fıkırləri tərənnüm edən, hətta xarabatı təriflə-
yən şeirlər yaratmasına təəccüb etmək lazımdır.”
312
  
                                                           
311
  Talıbzadə Kamal. Azərbaycan ədəbi tənqidinin tarixi.                                          
Bakı: Maarif, 1984, səh. 226, 231 
312
  Cənubi Azərbaycan Ədəbiyyatı tarixi I c., Bakı: Nurlar nəşriyyatı, 2009, səh. 22, 24
 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə