Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə41/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   37   38   39   40   41   42   43   44   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
127 
Əlbəttə, buna yetəricə nümunə vermək olar, ancaq bunlar 
bəs edir deyək ki, bu rəşid xəlifələrə fərq qoymaq düz deyil. On-
ları ayırmaq istəyənlər müəyyən dəlillərə əsaslanmış və bundan 
öz məqsədləri üçün istifadə etmişlər. Məsələn, bir hədisdə Mə-
həmməd (s.ə.s.) peyğəmbər Hz. Əliyə (əs) belə deyir: “Ya Əli, hər 
peyğəmbərin nəsli özündən davam etmiş, mənim nəslimi isə sən 
davam etdirəcəksən” və ya “Mən sizə iki şey əmanət edirəm. 
Biri Qurani-kərim, ikincisi əhli-beytimdir.”
291
 Bu fikri Raci belə 
ifadə edir: 
Çıxmasin yaddan bu vəsiyyətim 
Var sizə iki zad əmanətim,  
Bir kitabi-həq, bir də itrətim.  
Yetdi rehlətə-həzrəti Rəsul.
292
  
Əhli-beyt və ya Ali beyt deyiləndə isə Hz. Əli və Hz. Fatimə-
nin soyundan gələnlər-imam Həsən və imam Hüseyn(ra) və on-
ların soyunu davam etdirənlər nəzərdə tutulur. Başqa sözlə, ”Hz. 
Əliyə itaət eynən Allah Rəsuluna itaətdir. Allah Rəsuluna itaət isə 
Allaha itaət deməkdir.”  
Könül, qəm çəkmə, müflislər pənahi 
Vəliyyül-həqq, Əliyyül-Mürtəzadır.  
Yetiş fəryadına ey şahi-Xeybər- 
Ki, Seyyid bir qulami-rusiyadır.
293
  
deyən Seyid Əzim Şirvani də Hz. Əliyə sevgisini bəyan edirdi.  
Bütün bəlaların mərkəzində də elə bu fikir- Əhli-beyt sev-
gisi  durur.  Bu  səbəbdən  əhli-dünya-siyasət  adamlari  Əhli-beytin 
nüfuzundan həmişə qorxmuş, çəkinmiş, ümmətin onlara qarşı sev-
gisini bildiklərindən hakimiyyətə-xilafətə gələcəklərindən ehtiyat 
etmişlər. Çıxış yolunu onları öldürməkdə, təqib etməkdə, zəiflət-
                                                           
291
  Ahmet Lütfi Kazançı. Peyğemberler lahikası. İstanbul,1997. 126 
292
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 216, 225 
  
293
  Köçərli F. Azərbaycan ədəbiyyatı. II c., Bakı: Elm, 1981, səh. 71 


Sədrəddin Hüseyn 
128
 
məkdə görmüşlər. Hz. Əli Heydəri-kərrar, Əmirəlmöminin, övli-
yaların babası idi. Bu nəsildən olanların böyük din alimi, övliyaul-
lah olduqlarını bildiklərindən ən yaxşı halda onlara ehtiram bəs-
ləmiş, amma saraydan uzaqda saxlamışlar. Şəhid edilən 11 ima-
mın başına gələnlərin səbəbi bunlardır. 12-ci imam Mehdi Sahi-
bəzzamanın isə qeybə çəkildeiyi və axır zamanda zühur edəcəyi 
söylənilir. Bir dini rəvayətdə “Hər yüz ildən bir Əhli-beytdən bir 
mücəddid gələcək və…”İmam Hüseyn də peyğəmbərimizin (s.ə.s.) 
nəvəsi idi və xəlifəliyə ən yaxşı, ən real namizəd idi. Qarşı tərəf 
də bu təhlükəni sovuşdurmaq üçün Kərbəla müsibətini törətdi. 
Əslində həm imam Həsən, həm imam Hüseyn xilafətdən çox, 
ruhani hakimiyyəti qoruyurdu və dinimizin qorunmasinda, 
təhrif  olunma  təhlükəsindən  qurtarmasında  gördükləri  və 
görəcəkləri iş xəlifəlikdən daha üstün və daha şərəfli idi. Bu 
məsələyə başqa yöndən də yanaşanlar var idi. “Şiələr ( Ali beyt 
deməli idi S.H.) hər şeydən əvvəl təqiblərdən və qırğından xilas 
olmağa çalışırdılar.”
294
  
Şiəliyin mahiyyətində hardasa gizli şəkildə ərəb dünyasına, 
əməvilərə, xəlifə Hz. Ömər ibn Xəttaba (ra), başqa sözlə, sünnilərə 
qarşı bir qərəz, nifrət vardır. Təsadüfi deyil ki, Axundov da Kəma-
lüddövlənin dili ilə “Əhli-İranın bu günə bədbəxtliyinə səbəb ərəb-
lər  oldu”,-deyir.
295
 Ərəblər  və  sünnilik  üzdə  görünənlərdir.  Pərdə 
arxasında Sasanilər xanədanlığının darmadağın edilməsi, Kəsra 
sarayının süqutudur. Bu işi də xəlifə Hz. Ömər (ra) görüb. İslamiy-
yət İrana Hz. Ömərin vaxtında gəlib. İkinci bir Ömər adı da var ki, 
çox vaxt bunlar səhv salınır. Bu, Kərbəlada orduya başçılıq edən 
və 72 məsumə olmazın müsibətlər verən, Yəzidin əmri ilə Kufə 
əmiri Ubeydullah bin Ziyadın göndərdiyi qoşunun başçısı Ömər 
ibn Səddir. Bu Ömərlə ikinci xəlifə Ömər bin Xəttabı qarışdırırlar, 
təssüf ki tənqid hədəfi çox vaxt xəlifə Ömər olur. Ömər bin Sədlə 
                                                           
294
  Masse A. Islam. Bakı, AE-nin baş redaksiyası, 1992, səh. 165  
295
  Axundov M.F. Əsərləri. 3 cilddə. I c.,  Bakı: Azərnəşr, 1951, 334 səh. 17 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
129 
Səd bin əbu Vəqqasın adlarındakı “Səd”lər də fikri qarışdırır ki, 
bunları da eyniləşdirmək olmaz. 
Üçüncü ən mühüm amil yenə siyasətlə bağlıdır. “İranda möv-
cud olan bir rəvayətə görə, Əlinin oğlu Hüseyn İranın sonuncu 
Sasani şahının qızını almış, bu qadın isə istila zamanı əsir düşmüş-
dür. Beləliklə, Əli nəslindən olanların hakimiyyətinin qanuniliyinə 
inamı iki qat artırmışdır.”
296
 Deməli, İmam Hüseynin sasani qızın-
dan olan övladı bir gün hakimiyyətə gələr və xəlifə ola bilər. Bu 
gizli niyyətin baş tutmaması və əvvəlki, yəni Kəsra hadisəsinin 
quyruq acısı o dövr İranını şiə pərdəsinə bürünməyə vadar edən 
ən mühüm amillərdəndir. İşin ən ağrılı tərəfi isə bu məsələnin 
daha çox türk əsilli hökmdarlar tərəfindən qabardılmasıdır. ”Şiə-
lik bir ideoloji silah olaraq Səfəvilərə lazım olduğu kimi, Azərbay-
can türkləri olan Qacarlara da lazım oldu.”
297
(Bəlkə də buna görə 
mərsiyə ədəbiyyatı məhz Qacarlar dövründə bu qədər vüsət aldı.) 
Bu səbəbdən də məhərrəmlik mərasimlərində şiələr səfərbərliyə 
çağrılır və sünnilərə, Yəzid və Şümrlə birgə Ömərə də lənət yağ-
dırılır, onlara qarşı nifrət oyadılırdı. Məsələnin əsil mahiyyəti isə 
yuxarıda deyildıyı kimi, unudulur, yada salmaq belə ağla gəlmirdi.  
Təziyədarlığın cəmiyyət həyatında tutduğu yer və ona mü-
nasibət qədər də təziyədarlıq ədəbiyyatının tədqiq və araşdırıl-
masına ehtiyacı var. Mərsiyə ədəbiyyatının mənşəyi, xronologi-
yası, mövcudluğu və ona münasibət də müxtəlif tarixi dövrlərdə 
müxtəlif olmuşdur. Çox vaxt bu ədəbiyyat bir sənət əsəri kimi 
kənarda  qalmış,  əvəzində  siyasi mübarizə  və  fikir  döyüşlərinin 
obyektinə çevrilmişdir. Bu mövzunun xranologiyasına, hər millə-
tin adət və ayinlərində oynadığı rola toxunmazdan əvvəl məsə-
ləyə iki asbektdən yanaşmağı lazım bilirik : 
1.   Mərsiyə ədəbiyyatının siyasi, ideoloji xüsusiyyətləri 
2.   Mərsiyə ədəbiyyatının bir ədəbi nümunə kimi bədii-estetik 
prinsipləri.  
                                                           
296
  Masse A. Islam. Bakı, AE-nin baş redaksiyası, 1992, səh. 169 
297
  Nadirov Özbəy. Hacı Rza Sərrafın yaradıcılq yolu. Bakı: Elm, 2005,səh. 74 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə