Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə39/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   35   36   37   38   39   40   41   42   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
121 
Surad da şəhid olur. Bu məğlubiyyətin dalınca Muxtar əs-Şəkafi 
ortaya çıxaraq Hz. Əlinin oğlu Məhəmməd bin Hənəfiyyə tərəfin-
dən imam Hüseynin intiqamını almaq üçün göndərildiyini bəyan 
edir. Qısa müddətdə ordu toplayaraq vuruşa atılır. Gedən vuruş-
malarda İmam Hüseynə qarşı vuruşanların bir çoxu, o cümlədən 
qatili və ordu başçısı Ömər bin Səd, bir də Təvvabın döyüşündəki 
Übeydullah bin Ziyad da öldürülür. Lakin məsələ bununla səngi-
mir. Sonralar müxtəlif adda, daha çox da şiəlik pərdəsinə bürü-
nərək müxtəlif məqsədlə ortaya çıxır və bu günə qədər davam 
edib gəlməkdədir. Ortaya çıxan şiə məzhəblərinin önündə Zey-
dilik gəlir.  
İmam Hüseynin oğlu Əli tam bir inziva həyatı yaşadığından, 
Mədinədə həyatını zühd və ibadətlə keçirdiyindən “abidlərin gö-
zəli” -”Zeynül Abidin” adı ilə məşhur olmuşdur. İmam Zeyd, İmam 
Zeynalabdinin oğludur. Yüksək səviyyədə elm əxlaq və mənəviy-
yət imamıdır. İmam Əzəm Əbu Hənifə onun elmini yüksək dəyər-
ləndirmiş və Zeyd hərəkata başlayarkən “əgər insanların onun 
babasını (Imam Hüseyni) tək qoyduqları kimi, onu da tək qoy-
mayacaqlarını bilsəydim, onunla mütləq cihada qoşulardım. Çün-
kü o haqq imamıdır. Ancaq bu düşüncə ilə ona sadəcə maddi 
yardım elədim” deyərək on min dirhəm göndərmişdir.  
740-cı ildə xəlifə Hüsamın ordusu ilə vuruşda şəhid olan 
Zeyddən sonra Zeydilik bir çox qollara ayrıldı. Cabiriyyə, Salihiy-
yə və ya Butiriyyə, Süleymaniyyə, Qasimiyyə və s.  
Əslində kökü uzaqlara gedən və bünövrəsində Hz. Əli-Əhli-
beyt sevgisi dayanan bu hadisələr Hz.Hüseynin Kərbəla müsibə-
tindən sonra tarixə çevrildi və zaman keçdikcə xatırlandı, nəha-
yət, necə deyərlər, buna siyasi-hüquqi qiymət verildi. “352-(963)-
cü ildə ilk dəfə olaraq Buveyhilərin əmrilə Məhərrəmin 10-u ma-
təm və göz yaşları günü olaraq qəbul edilmişdi.  
Bağdadda çarşılar qapanmış, qadınlar saçları pərişan bir hal-
da küçələrə tökülmüşlərdi. Acı-acı bağırışaraq Kərbala faciəsini 


Sədrəddin Hüseyn 
122
 
yad etmişlərdi. Zilhəccə ayının 18-də isə Qadiri-Hum bayramı ke-
çirilmişdi.”  Katib  Çələbinin  “Təqvim-üt-Təvarix”  əsərinə  istinad 
edən Ə.Qaraxan “Füzuli mühiti, həyatı və şəxsiyyəti” əsərində gös-
tərir ki, sonrakı illərdə hər məhərrəm ayının onu mərasim keçirən-
lər  bununla  kifayətlənmədi,  sünni  məhəllələrinə,  evlərinə  hücum 
çəkərək dağıntılar, qətllər törətdilər.  
Sünnilər də boş oturmadı. Onlar da Musab bin Zübeyrin 
qətli gününə rast gələn 18 məhərrəmi matəm və hicrət əsnasın-
da Peyğəmbərin mağarada Hz. Əbu Bəkr(ra) ilə qaldığı 28 zülhəc-
cəni də bayram günü kimi tanıdılar. Bu qarşılıqlı nümayişlər ara-
dakı uyuşmazlığı sönməz bir kin halında yaşadır, insanlar öldürü-
lür, məhəllələr dağıdılırdı.  
“Sonrakı çağlarda Qaraqoyunlular şiəliyi, Ağqoyunlular isə 
sünnülüyü müdafiə edirdilər.”
274
  
Şah İsmayıl Xətayinin dövrünə A. Massenin məsələyə müna-
sibəti belədir: “1501-ci ildə o özünü İranın şahı elan etdi və şiəliyi 
dövlət dininə çevirdi.”
275
  
Məzhəb ayrılığı Nadir şahı da məşğul etmiş və o bu barədə 
1736-cı il martın 16-da belə bir fərman imzalayaraq “Hənəfilik və 
Cəfəriliyin yollarının bir olduqları, dörd xəlifəni tanıdıqları, bundan 
sonra dörd xəlifənin sayğı ilə anılması, sünnilər ilə şiələrin arasını 
açacaq sözlərin sərf edilməməsini” istədi.
276
  
Sonrakı dövrlərdə də dövlətin dinlə, məzhəblə bağlı rəsmi 
münasibətləri olub. Belə ki İran İslam Respublikası Ana yasasın-
da belə bir maddəyə yer verilmişdir: “İranın rəsmi dini İslam və 
İsnaaşəri Cəfəri məzhəbidir və bu maddə əbədiyyən dəyişdirilə 
bilməz. Hənəfi, Şafi, Maliki, Hanbəli və Zeydi kimi digər islam məz-
həblərinə də tam bir sayğı göstərilir.”
277
 Azərbaycan ictimai fakir 
                                                           
274
  Mutlu İsmayıl. Mazhebler nasıl ortaya çıktı. Istabul, 1997, səh. 49 
275
  Masse A. Islam. Bakı, AE-nin baş redaksiyası, 1992, səh. 214 
276
  Mutlu İsmayıl. Mazhebler nasıl ortaya çıktı. Istabul, 1997, səh. 225 
277
  İsmayıl Aka. (Prof.Dr.) Çağımızda etiqad, islam məzhəbləri.                          
İstanbul, 1998.səh. 107-120 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
123 
tarixində də Kərbəla olaylarına münasibət birmənalı olmamışdır. 
M.F.Axundovun, Z.Marağayinin əsərlərində, “Əkinçi”nin səhifələ-
rində, “Molla Nəsrəddin” və digər mətbuat orqanlarında, Mirzə 
Cəlil, M.Ə. Sabir və digərləri və sovet əsarəti dövrünün fikir sahib-
ləri hadisələrə müxtəlif mövqedən yanaşsalar da, bir necə məsə-
lədə həmfikirdirlər: 
1.   Şiəlik pərdəsi altında keçirilən məhərrəmlik mərasimləri əsa-
sən siyasi məqsədlərə xidmət etmişdir; 
2.   Bir neçə ərəbin bir neçə ərəbi qirmasından bizə nə? 
3.   Bunlar cəhalətin, elmsizliyin nəticəsidir
4.   Bir sira din xadimlərinin qazanc vasitəsidir; 
5.   Özünü döymək, baş yarmaq haramdır; 
6.   Şiəliyin qabardılması müsəlman dünyasını parçalamaq üçün 
Qərbin əlində çox kəsərli bir silahdır.  
7.  ”Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə Xətai və Füzuli ya-
radıcılığında Osmanlı təzyiqlərinə qarşı çevrilmiş mərsiyə şeiri 
çar  istilasından  sonra  Azərbaycanda  yenidən  canlanmağa 
başladı.”
278
 M.F.Axundov  Kəmalüddövlənin  dili  ilə  yazırdı: 
“Bundan əlavə xalq bir belə nadandır ki, bu növ bəlaların vü-
cudunu hərgiz dərk etməyib küçələrdə başına və gözünə dö-
yə-döyə gəzir, şaxsey-vaxsey naləsin ərşə bülənd edir… (nə 
var ki) min iki yüz bir neçə il bundan irəli beş-on ərəbi beş 
on ərəb Kufə səhrasında qırıblar.”
279
  
“Əvvəl  binayi-təziyədarlığı  səlatini-Dəyalimə  qoydular  ki, 
şiə-məzhəb  idilər,  sonra  səlatini-Səfaviyyə  ki,  Sadatı-ələviyyədən 
sayılırdılar, xüruc etdilər və öz politikasının xatiri üçün (S. H.) tə-
ziyədarlığa rəvac verdilər… Amma İranda təziyədarlıq Səfəviyyə 
zamanından da ziyadə rəvac tapıbdır. Yalnız məhərrəmin əşəreyi-
ulasında təziyədarlıqla məşğul olsalar, yenə səhldir; hər yerə ge-
dirsən, təziyədir, hər məsciddə həftədə ləəqqəl bir gün təziyə məc-
lisidir… Tehranda hər gün təkyələrin birində təziyə məclisi var.”
280
  
                                                           
278
  Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi. II c.EAAzF. Bakı: 1944, səh. 73 
279
  Axundov M.F. Əsərləri. 3 cilddə. I c.,  Bakı: Azərnəşr, 1951, səh. 23 
280
  Axundov M.F. Əsərləri. 3 cilddə. I c.,  Bakı: Azərnəşr, 1951, səh. 88  


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə