Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə55/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   51   52   53   54   55   56   57   58   ...   135

 

 

197 



Hər iki qardaş yola düşdülər; ceyranı qova–qova gətirib 

bir  qalaçaya  saldılar.  Istədilər  ceyranın  dalınca  qalaçaya 

girsinlər, gördülər ki, bir oğlan çıxıb deyir:  

 

– Ey şahzadələr, mənim ceyranımı niyə qovursunuz?  



 

Məlik Məmmədgil oğlana dedilər:  

 

– Bizim şikarımızı ver. Ceyran bizim şikarımızdı.  



 

Oğlan dedi:  

 

–  Ay  oğlanlar,  sizə  yazığım  gəlir,  yoxsa  tilsimə 



salardım, heç çıxa bilməzdiniz.  

 

Bu  oğlan  girib  içəridən  bir  şəkil  gətirib  Məlik 



Məmmədgilə verdi. Məlik Əhməd gördü ki, bir qız şəklidi ki, 

allahı–tala  xoş  gündə,  xoş  saatda  yaradıb.  Bunu  görən  kimi 

Məlik Məmmədin ürəyi getdi.  

 

Bir azdan sonra ayıldı, bunlar geri qayıtdılar. Yol uzunu 



Məlik Əhməd buna təskinlik verirdi ki, o qızı ələ gətirərik. Nə 

фayda  qızın  yerini  bilmədik,  hansı  padşahın  qızıdı.  Məlik 

Əhməd bir elə pəhləvandı ki, Rüstəmə əvəz. 

 

Qardaşına dedi:  



 

– Qardaş, bu başı  ya bədəndən gərək cida eyləyəm, ya 

da o qızı tapam.  

 

Məlik Məmməd evə qayıdıb şəkli gətirib qoydu atasının 



qabağına.  

 

Atası dedi:  



 

–  Ey  oğul,  o  boş  фikirdi,  bu  qız  yeddiqardaş  devin 

bacısıdı.  Mən  düz  yeddi  dəфə  onların  üstünə  qoşun 

göndərmişəm, qoşunumu təmiz qırmışdılar. Onu almaq olmaz. 

Həmin  qızın  adına  Güli–Qahqah  deyərlər.  O  qıza  cəmi 

padşahlar  aşıqdı,  ancaq  ələ  gətirə  bilmirlər.  O  qız  tilsimlidi. 

Mən sizə qoşun verə bilmərəm ki, aparıb qırdırasınız. O qızın 

bəlkə könlü olub, özü gəlsə, bu iş mümkündü.  

 

Məlik Əhməd dedi:  



 

– Ay padşah, mənə qoşun lazım deyil, ancaq yolunu de 

ki,  hara  gedəcəyəm.  Bu  baş  nə  qədər  ki,  sağdı,  gərək  o  qızı 

gətirəm.  




 

 

198 



 

Padşah dedi: 

 

Bəli, məşriq tərəфə getsəniz, qızı tapa bilərsiniz.  



 

Hər ikisi azuqəsini götürüb, atlarına minib sübh tezdən 

yola düşdülər. Günbatanda gedib bir yerə çatdılar. Gördülər bir 

qırx pilləkənli bir evin aynasınnan bir qız baxır. Bunu görəndə 

Məlik Məmmədin az qaldı ürəyi getsin. Məlik Əhməd ona bir 

az təsəlli verib dedi:  

 

– Bizi biabır eləmə, özünü toxdat.  



 

Qız  da  Məlik  Məmmədi  görən  kimi,  bir  könüldən  min 

könülə ona aşiq oldu. Qız dedi:  

 

–  Ey  oğlan,  mənə  çox  padşahlar  aşıqdı,  amma 



qardaşlarım  onların  qoşununu  qırıb  tərk  edib,  məni  heç  kəsə 

vermirlər,  ancaq  sənə  indi  bir  şey  öyrədəcəyəm.  Mənim  bir 

taxtım var ki, gərək onu suda elə axıdasan, suya dəyməyə. Bir 

də  bir  qazanım  var,  yeddi  dəmirçi  hərəsi  onun  bir  küncündə 

oturub  çəkic  döyür.  Qazan  o  qədər  böyükdü  ki,  bunların  səsi 

bir–birinə  çatmır.  Gərək  onu  suynan  doldurub  götürəsən  bir 

gilə də su yerə düşməyə. Mən də qardaşlarıma demişəm ki, hər 

kəs  taxt  axıtsa,  o  qazanı  da  doldurub  gətirsə,  ona  gedəcəyəm. 

Gələndə  sənə  deyəcəklər  ki,  bu  taxt  axıt,  qazanı  da  doldur. 

Onda sən də de ki, taxt, Güli–Qahqah eşqinə nə  sən suya dəy, 

nə  su  sənə.  Qazanı  da  doldur,  deynən:  qazan,  Gülü–Qahqah 

eşqinə  qalx.  Qazan  özü  qalxacax.  O  vaxt  qardaşlarım  heç  bir 

söz deməyib, məni sənə verəcəklər.   

 

Axşam  oldu,  qızın  qardaşları  gəlib  gördü  ki,  iki  oğlan 



oturub. Birinin siфətinə baxanda elə bil Rüstəm qəbirdən dirilib 

gəlib. Böyük qardaş dedi:  

 

– Mənim bacımın bir taxtası var, onu gərək elə axıdasan 



ki,  nə  taxta  suya,  nə  su  taxtaya  dəyə.  Bir  də  qazan  var,  yeddi 

dəmirçi hərəsi bir küncündə çəkic döyür, onların səsi bir–birinə 

getmir. Onu da sudan doldurarsan elə götürərsən ki, bir gilə də 

su  yerə  dəyməyə.  Əgər  onları  eləyə  bilməsəniz,  ikinizin  də 

boynunu vuracağam.  

 

Oğlan qazanın qulpundan yapışıb basdı suya, dedi:  




 

 

199 



 

– Gül–Qahqah eşqinə, qazan qalx.   

 

Qazan  qalxdı.  Sonra  oğlan  taxtanı  götürüb  atdı  suya, 



dedi:  

 

–  Taxta,  Gülü–Qahqah  eşqinə  nə  suya  dəy,  nə  su  sənə 



dəysin.  

 

–  Bəli,  taxta  sudan  bir  az  qəlbi  axmağa  başladı. 



Qardaşlar  bunu  görən  kimi,  bir  molla  gətirib  qızın  kəbinini 

Məlik Məmmədə kəsdirdilər.  

 

Məlik  Məmməd  qıznan  oturub  evdə  söhbət  edirdi. 



Şikara  gedəndə  bu  qızın  yeddi  qardaşı  bir  də  Məlik  Əhməd 

gedirdi.  Bir  gün  qıznan  Məlik  Məmməd  söhbət  edirdi.  Birdən 

Məlik  Məmməd  əlini  qızın  kurəyinə  vurdu,  gördü  bir  yumru 

var, dedi:  

 

– Ay qız, deyirlər hər  gözəldə bir eyib olar, bu  yumru 



nədi?  

 

Qız dedi:  



 

–  O  eyb  deyil.  Mənə  bir  ağ  dev  aşiqdi,  qırx  ildi  onu 

tutub salmışam tilsimə. Bu, o tilsimli evlərin açarıdı.  

 

Məlik Məmməd o saat dedi:  



 

– Gərək o evləri açıb devi mənə göstərəsən.  

 

Qız dedi:  



 

– Gəl açdırma qapıları, dev məni götürüb aparacaq.  

 

Nə qədər elədisə, olmadı, yenə dedi:  



 

–  Məlik  Məmməd,  gəl  açdırma,  açsan,  ta  məni 

görməyəcəksən.  

 

Məlik Məmməd dedi:              



 

 – Xeyr, aç! 

 

Qız qapıların otuz doqquzunu açıb, qırxıncıda dedi:  



 

– Məlik Məmməd, gəl açdırma.  

 

Məlik Məmməd dedi:  



 

– Xeyr, aç!  

 

Qız yenə dedi:  



 

– Qapını açan kimi dev məni aparacaq, gəl açdırma.  

 

Oğlan dedi:  




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə