Aztu-nun nəzdində Bakı Texniki Kolleci nv-nin diaqnostikası fənnindən mühazirələr



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə26/38
tarix07.02.2022
ölçüsü0,81 Mb.
#83534
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   38
3 neqliyyat vasitelerinin dioqnostikasi

Plastik  yağlar.

Avtomobilin  bir  çox  açıq  birləşmələri  üçün  yağlama  materialı  kimi 

plastik  yağlardan  istifadə  edilir.  Bu  yağların  istifadə  edilməsi,  vaxt  itkisi  ilə  əlaqədar 

olduğundan  yeni  avtomobilləri  layihə  etdikdə  açıq  birləşmələrin  sayı  mümkün  qədər 

azaldılır.  Bu  məqsədlə  rezin  materiallardan  və  plastik  kütlələrdən  yüksək  keyfiyyətli 

yağlardan və avtomatik təsir edən yağlama qurğularından istifadə edilir.  

Plastik  yağlar  sürtünmə  qovşaqlarına  kiçik  təzyiq  altına  vurulmalı,  sürtünən  səthləri 

kənar  zərərli  birləşmələrdən  qorumalı,  korroziya  əmələ  gətirməməli  və  sair  bu  kimi 

tələbləri təmin etməlidirlər. 

        Plastik  yağların  istismar  keyfiyyətini  qiymətləndirən  əsas  göstəricisi  effektiv 

özlülükdür. 

Effektiv  özlülük  yağın  reoloji  xüsusiyyətlərindən,  yəni  müxtəlif  mexaniki  yüklərin 

təsirindən  öz  formasını  dəyişmə  qabiliyyətini  xarakterizə  edir.Plastik  yağın  açıq 

birləşmələrə  daxil  olması  effektiv  özlülükdən  asılıdır. Özlülük  ardıqca  yağın  nöqtələrə 

vurulması çətinləşir. 

       Plastik  yağların  həqiqi  yağlama  qabiliyyəti  damcı  düşmək  temperaturu  ilə 

qiymətləndirilir.Bu  göstərici  yağın  hər  hansı  temperatura  qədər  işləmə  qabiliyyətinin 

saxlanmasını  müəyyən  edir.  Əgər  plastik  yağın  damcı  düşmə  temperaturu  aşağıdırsa  

onda yağ birləşmələrə axır,detallar sürətlə yeyilir, sıradan çıxır.Bu halın qarşısını almaq 

üçün damcı düşmə temperaturu sürtünmədə iştirak edən detalların temperaturundan 10-

15Cböyük qəbul edilir.      

      Plastik  yağlar  bir  sıra    mənfi  xüsusiyyətlərə  malik  olduqları  üçün  son  zamanlar  bu 

yağlar  avtomobillərin  konstruksiyalarında  az  işlədilir.  Artıq  bir  sıra  hallarda  plastik 

yağların əvəzinə transmissiya yağları istifadə edir. Tədqiqatlar göstərir ki, avtomobilin 




 

24 


açıq birləşmələri transmissiya yağları ilə yağalandıqda detallarını ömür uzunluğu 30%-ə 

qədər  artır.  




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə