Aztu-nun nəzdində Bakı Texniki Kolleci nv-nin diaqnostikası fənnindən mühazirələr



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə34/38
tarix07.02.2022
ölçüsü0,81 Mb.
#83534
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   38
3 neqliyyat vasitelerinin dioqnostikasi

Diaqnostik texniki vasitələri. 

Avtomobilin  texniki  vəziyyətinin  təyin  edilməsi  üçün  diaqnostik  avadanlıqlardan 

istifadə  olunur.  Diaqnostik  avadanlıq  olmadan  avtomobilin  və  ya  onun  aqreqat  və 

mexanizmlərinin  işləmə  qabiliyyətini  qiymətləndirən  parametrlərin    təyin  etmək 

mümkün deyil. 



 

33 


Diaqnostik  avadanlıqların  əsas  vəzifəsi  diaqnostik  parametrləri  ölçmək  və  alınmış 

nəticələri  təhlil  edərərək  obyektin  texniki  vəziyyətini  dəqiq  müəyyən  etməkdir. 

Diaqnostik  avadanlıqlar  ilk  nəsli  içərisində  dinamometrik  inersiyalı  və  güc  stendləri 

çoxluq  təşkil  edirdi.Bu  stendlərə  misal  olaraq  KS-4856  markalı  avtomobilin  dartıcı 

keyfiyyətlərini  təyin  etmək,  KU-4998  markalı  tormoz  tormoz  sisteminin  texniki 

vəziyyətini müəyyənləşdirmək üçün nəzərdə tutulan stendləri vəs göstərmək olar. 

Avtomobilin  texniki  vəziyyətini  müəyyən  edilməsi  üçün  CD-3,  K-453,  K-455  tipli 

diaqnostik  stendlərindən  də  istifadə  olunmuşdur.  LV-  39CDA  universal  dianostik 

stendləri ilə yük avtomobillərinin texniki vəziyyəti müəyyən edilir. 

Sonralar  avtomobilin  texniki  vəziyyətini  avtomatik  təyin  olunmasına  imkan  verən 

avtomatlar və məntiqi maşınlar, qurğulardan istifadə olundu. Diaqnostikanın ilk inkişaf 

mərhələsində  sadə  stendlərin  ,  qurğuların  və  onların  avtomatlaşdırılması  istiqamətdə 

elmi  tədqiqat  işləri  aparılırdısa,  hazırda  avtomobilin  texniki  vəziyyətini  təyin  etmək 

üçün AVRO-3 və AVRO-4 standartlarına uyğun diaqnostik vasitələri tətbiq olunur. 

Avtomobilin diaqnostikasının texniki vasitələri üç qrupa bölünür: xarici DTV, özündə 

DTV,  quraşdırılan DTV. 

Xarici  DTV  avtomobilin  konstruksiyasına  daxil  olmayıb,  quruluşuna  və  texnoloji 

təyinatına görə stasionar və səyyar tipli olurlar. 

Stasionar tipli stendlər özül üzərinə tərpənməz bərkidilir və xüsusi avadanlıqlaşdırılmış 

(işlənmiş qazları təmizləyən, ventilyasiya , səs izolyasiyalı) tikilidə yerləşdirilir. 

Səyyar  cihazlar  stasionar  stend  kompleksində,  həmşinin  ayrılıqda  xüsusi  təmir 

sahələrində nasazlıqların təyin olunmasında istifadə olunurlar. 

Özündə  DTV-ləri  avtomobilin  konstruksiyasına  daxil  olan  vericilərdən  ,  ölçmə 

qurğusundan,  mikroprosessor  və  diaqnostik  informasiyanı  əks  etdirən  qurğudan 

ibarətdir. 

Sadə  özündə  DTV-nə  avtomobilin  konstruksiyasına  daxil  olub  sürücünün  qarşısındakı 

paneldə  yerləşən  ,  daima  nomenklaturası  genişlənən,  elektron  tipli  nəzarət  ölçü 

cihazlarını göstərmək olar. 

Quraşdırılan  DTV  özündə  DTV-lərdən  informasiyanın  emalı  ,  saxlanması  və 

ötürülməsinə görə fərlənir. Bu texniki vasitələr avtomobilin konstruksiyasına daxil deyil 

və blok şəklində dövri olaraq avtomobil xəttə çıxarkən quraşdırılır və avtomobil xəttən 

qayıtdıqda isə çıxarılır. 

Özündə diaqnostika texniki vasitələrdən fərqli olaraq az sayda QDTV ilə avtomobillərin 

diaqnostikasını səmərəli şəkildə aparmaq mümkündür. 

 



 

34 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə