Aztu-nun nəzdində Bakı Texniki Kolleci nv-nin diaqnostikası fənnindən mühazirələr


Bölmə3.Diaqnostikanın üsulları və texniki vasitələri



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə30/38
tarix07.02.2022
ölçüsü0,81 Mb.
#83534
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   38
3 neqliyyat vasitelerinin dioqnostikasi

Bölmə3.Diaqnostikanın üsulları və texniki vasitələri. 

Diaqnostik əlamətlər və parametrlər. 

Diaqnostika – avtomobili sökmədən onun bütövlükdə və ya ayrıca aqreqat və mexanizm 

-lərinin texniki vəziyyətinin müəyyən olunması prosesidir. 

Diaqnostika subyektiv və obyektiv olur. 

Subyektiv  diaqnostika  avtomobili  yoxlayan  şəxsin  duyğu  orqanları  vasitəsilə  , 

avtomobilin  sürüşüsi  tərəfindən  verilən  məlumatlar  əsasında  aparılır.  Belə  diaqnostika 

əsasən xarici əlamətlər əsasında aparılır. 

Diaqnostikanın xarici əlamətləri aşaöıdakılardır: 

-vibrasiyalar; 

-səslər; 

-sızmalar; 

-görünən çatlar; 

-səsbatırıcıdan çıxan tüstü; 

-aqreqat və mexanizmlərin qızması və s. 

Obyektiv diaqnostika ölçü – nəzarət cihazları , xüsusi avadanlıq və alətlərin köməyi ilə 

nasazlıq əlamətlərinin müəyyən olunmasıdır. 

Subyektiv diaqnostika yoxlanılan obyetin(avtomobilin və s.) texniki vəziyyəti haqqında 

istqamətverici ilkin məlumat verir. 

Obyektiv  diaqnostika  mükəmməl  texniki  vasitələrin  köməyi  ilə  obyektin  texniki 

vəziyyəti haqqında daha dürüst və dəqiq məlumat əldə etməyə imkan verir. 

Maşın,  aqreqat  və  mexanizmlərin  texniki  vəziyyəti  onları  təşkil  edən  elementlərin 

texnki vəziyyətindən asılıdır. Elementlərin texniki vəziyyəti – parametlərlə ölçülür. 

Parametr – fiziki kəmiyyət və ya funksiya olub iş prosesində (diaqnostikada) dəyişərkən 

obyektin iş qabiliyyətini və sazlığını xarakterizə edir. 

Texniki diaqnostikada mexanizmlərin texniki vəziyyətinin parametrləri iki yerə ayrılır: 

-struktur parametrlər; 

-diaqnostik parametrlər. 

Struktur parametr  - fiziki kəmiyyət olub birbaşa mexanizmin texniki vəziyyətini və ya 

iş qabiliyyətini xarakterizə edir. Struktur parametr ölçü , xətti ölçü , detalların qarşılıqlı 

yerləşməsi , materialın mikrostrukturu və s. ilə ifadə edilə bilər.Struktur parametr maşın, 




 

30 


aqre  -qat  və  mexanizmlərin  elementləri  arasındakı  əlaqəni  və  qarşılıqlı  hərəkəti  təyin 

edən göstərici- lərdir. 

İstismar  prosesində  avtomobilin  aqreqat  və  mexanizmləriinin  struktur  parametrləri 

özlərinin  nominal  qiymətlərindən  ( 

𝑌

𝑛

)  buraxıla  bilən  sərhəd  qiymətlərinə  qədər  ( 



𝑌

𝑏



dəyişirlər.  Struktur  parametrlərin  cari  və  nominal  qiymətləri  arasındakı  fərq  nəzərdən 

keçirilən elementin işləmə keyfiyyətinin nominala görə dəyişməsini göstərir, yəni sazlıq 

dərəcəsini əks etdirir. 

Struktur parametr aqreqat və mexanizmlərin keyfiyyət göstəricisidir. Başqa sözlə desək 

,  struktur  parametrlər  obyektin(avtomobilin,  aqreqat  və  ya  mexanizmin)  struktur 

sstemini xarakterizə edir.      Struktur parametrlər əsas və ikinci dərəcəli olurlar: 

Mexanizmin  normal  işləmə  qabiliyyətinə  təsir  edən  struktur  parametrlərə  əsas 

parametrlər deyilir. 

Maşın,  aqreqat  və  mexanizmlərin  iş  qabiliyyətinə  təsir  etməyən  parametrlərə  ikinci 

dərəcəli struktur parametrlər deyilir. 

Diaqnostik  parametr  –  fiziki  kəmiyyət  olub  maşının  texniki  vəziyyətini  və  iş 

qabiliyyətini dolayısı ilə xarekterizə edir. 

Diaqnostik  parametr  ola  bilər  ki,  ayrıca  bir  mexanizmin  TV  və  ya  onların  toplusunun 

TV xarakterizə etsin. Bu baxımdan diaqnostik parametrlər xüsusi və ümumi olur. Həm 

struktur , həm də diaqnostik parametrlər öz qiymətlərinə görə nominal , buraxıla bilən 

həddi və cari (diaqnostika vaxtı) ola bilər. 

 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə