Aztu-nun nəzdində Bakı Texniki Kolleci nv-nin diaqnostikası fənnindən mühazirələr



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə7/38
tarix07.02.2022
ölçüsü0,81 Mb.
#83534
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   38
3 neqliyyat vasitelerinin dioqnostikasi

diaqnostika 

deyilir.Avtomobilin 

texniki  vəziyyətinin  təyin  olunma  prosesinə  isə 

diaqnostika  prosesi

  deyilir. 

Diaqnostika  prosesi  texniki  qulluq  da  görülən  nəzarət  işlərinin  təkmilləşdirilmiş 

formasıdır. O, ANM-də yerinə yetirilən nəzarət işlərindən 2 cəhətə görə fərqlənir. 1-cisi 

odur  ki  yüksək  dəqiqlik  və  inamla  təyin  edir.  2-cisi  isə  hərəkət  tərkibinin  effektiv 

göstəriciləri bilavasitə ölçülə bilir.  

Diaqnostikanın  köməyi ilə  avtomobilin  aqreqat  və  mexanizmlərində  gizli  imtinalar və 

nasazlıqları  və  onların  aradan  qaldırılması  üçün  zəruri  olan  cari  təmirin  işi  həcmi 

müəyyən  edilir.İmtinalar  və  nasazlıqlar  olmadıqda  isə  mexanizmin  sonrakı  işləmə 

resursu  və  onun  texniki  qulluğa  tələbat  təyin  edilir.digər  tərəfdən,  diaqnostika 

avtomobilinin imtinasızlıq və effektivlik göstəricilərin kəmiyyətcə qiymətləndirilməsinə 

imkan verir. 

Yuxarıda verilən şərhdən aydınlaşır ki, diaqnostika vasitəsilə obyektin texniki vəziyyəti 

haqqında  mühakimə  yürüdülərək    proqnoz  verilir.  Yəni,  ümumi  halda  avtomobilin 

texniki qulluq və təmir xarakterli texniki  təsirlərə  tələbatı müəyyən  edilir. Belə  tələbat 

olmadıqda isə onun son həddinə qədər işləmə qabiliyyəti proqnoz edilir. Bu baxımdan  

proqnozlaşdırma  dedikdə,  avtomobilin  son  həddinə  qədər  texniki  cəhətdən  saz 

vəziyyətdə olma müddətinin təyin edilməsi başa düşülür. Avtomobilin keçmiş dövrə aid 

olan texniki vəziyyəti bir retrospeksiya adlanır.  

Diaqnostikasının  əsas  məqsədi  ondan  ibarətdir  ki,  istismar  zamanı  avtomobilinin 

etibarlığı və ömür uzunluğu yüksək səviyyədə saxlanılsın,  ehtiyat  hissələrinə, istismar 

materiallarına,TQ və CT-ə sərf edilən xərclər azaldılsın. Beləliklə, avtomobilin texniki 

vəziyyətinin  diaqnostikası,  məhsuldarlığı  artırmağa  daşımaların  maya  dəyərinin  aşağı 

salınması üçün zəmin yaradır.  

Diaqnostika  onun  iqtisadi  cəhətdən  nə  dərəcədə  səmərəli  olduğu  aşağıdakı 

göstəricilərdən aydın olur.  

Diaqnostikanın  ANM-də tətbiq edilməsi nəticəsində cari təmir xərcləri 8 -12%,ehtiyat 

hissələrinin sərfi  10 -12 %,yanacaq sərfi 2 -15 % aşağı düşmüş, şinilərin yürüşü 4- 5 % 

və texniki hazırlıq əmsalı 3-5% yüksəlmişdir. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə